Bu gün Azərbaycan Mətbuat Şurasında intihar və intiharı doğuran səbəblər, onların mediada işıqlandırılması ətrafında müzakirə aparılıb...
Azərbaycan Mətbuat Şurasında tərkibində 17 dövlət qurmunun təmsil olunduğu intihar və intihara cəhd hadisələrinin baş verməsinin minimuma endirilməsi və bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə yaradılmış İşçi Qrupun üzvlərinin Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbər şəxsləri ilə görüşü keçirilib. Toplantını açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan Respublikasının Baş Prokurorunun təşəbbüsü ilə intihar və intihara cəhd hadisələrinin baş verməsinin minimuma endirilməsi və bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə yaradılmış İşçi Qrupu fəaliyyətdədir. Həmin qrupun üzvlərinin media təmsilçiləri ilə təmasları vacibdir. Bu günkü toplantı da belə bir təmasın yaradılması, mövcud sahədəki problem və çətinlikləri birgə müzakirə etmək və çıxış yolları müəyyənləşdirmək məramından irəli gəlir. Ə.Amaşov məlumat verib ki, görüşdə Baş Prokurorluqla yanaşı, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə Nazirliklərinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman), Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edirlər. “Biz bəzən medianın intihar hallarına geniş yer ayırdığını görürük. İntihar və intiharı doğuran səbəblər mediada necə işıqlandırılmalıdır? İctimaiəyyət bu barədə hansı tərzdə informasiyalar əldə etməlidir? İntiharın ictimai yükü varmı? Necə fəaliyyət göstərilməlidir ki, media materialı intiharı təbliğ edən vasitə təsiri bağışlamasın? Bu kimi məsələlər son dərəcə vacibdir”, - deyən Ə.Amaşov onu da bildirib ki, intihar mövzusu bəzən müəyyən KİV-lər tərəfindən manipulyasiya predmetinə çevrilir. Belə xoşagəlməz halların qarşısının alınması üçün mövcud sahədə maarifləndirməyə və digər qabaqlayıcı tədbirlərə ehtiyac duyulmaqdadır. Şura sədri mövcud istiqamətdə rəhbərlik etdiyi qurumla sözügedən işçi qrupun səmərəli əməkdaşlıq göstərməsi zərurətinə də toxunub.
*** 
 İntiharlarla bağlı ən ideal-əhatəli araşdırmanı Ukrayna, Gürcüstan, Rusiya, Türkiyə və Azərbaycan üzrə (1970, 1980, 1990, 2000 və 2010 və 2020-ci il üzrə) şəxsən mən aparmışam. Təxminən bir il əvvəl... Dəhşətə gəldim: bütün bu ölkələr üzrə vəziyyət acınacaqlı olaraq qalır... Anasının, atasının başını kəsən, bacısını zorlayan, nənəsini 10 manata görə öldürən, anasını və ya atasının başını kəsən, özünü göydələndən atan, kəndirlə asan... -lar 90 faiz 90-cı illərdən sonra doğulanlardır. Səbəb: ölkəyə sintetik yağlar, qidalar və s. gələndən sonra... vəziyyət dəyişib! Özünüz nəticə çıxarın! Heç bir tədbirlə bunun qarşısını almaq mümkün deyil. Çünki "səbəb" qandadır...
Hətta Rusiyada, Ukrayna və Türkiyədə yaşayıb işləyən dostlara zəng edərək vəziyyətə dair mövqelərini soruşanda, dəhşətə gəlmişəm. Bilirsiz nəyə görə? Çünki bütün bu ölkələrdə həmin bəd hadisə və ya cinayətlər motivcə eynidir... Səbəb isə...
Rusiyadan olan həmsöhbətim, psixoloq Nikolay Maksimoviç də etiraf etdi ki, görülən tədbirlərin heç bir təsiri yoxdur, çünki gen dəyişib, zədələnib...
A.Məmmədli
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN