...Dünya bilir ki, BMT 1992-ci ildə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə çıxardığı 4 Qətnaməsinin icrasını 30 il uzatdı...

Nəhayət, Azərbaycan Ordusu 30 illik səbr nümayişindən sonra BMT-nin bu vecsizliyinə 44 gündə özü son qoyub tədbir gördü... İndi isə həmin o vecsiz-dişsiz BMT-dən fərqli mövqe görürük. Belə ki, Azərbaycan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində keçirilən açıq dinləmələrin ikinci gününü başa vuraraq, İrəvanın Bakıya qarşı iddiası çərçivəsində Ermənistanın təminat tədbirlər tələbini rədd etməyə çağırıb. "Azərbaycan Respublikası inandırıcı surətdə Ermənistan Respublikasının müvəqqəti tədbirlər haqqında tələbini rədd etməsini məhkəmədən xahiş edir",-Azərbaycan nümayəndəsi dinləmələrin ikinci günündən sonra məhkəmədə bildirib. O qeyd edib ki, erməni tərəfinin tələbləri "bu şəraitdə əsassız və yersizdir".
Məhkəmə bu gün və dünən İrəvanın Azərbaycan tərəfindən etnik ermənilərə qarşı irqi ayrı-seçkiliklə bağlı qaldırdığı iddia üzrə müvəqqəti tədbirlər məsələsinə baxırdı. Hakim qərarın ən qısa zamanda veriləcəyini söyləyib və dəqiq tarixin daha sonra hər iki tərəfə bildiriləcəyinə söz verib.
İndi nə edək: Azərbaycan daha bir 44 günlük ikinci "dəmir yumruq" əməliyyatına başlasın?! BMT-nin bəlli yersiz addımından belə hiss olunur...
A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN