Ermənistanın eks-prezidenti Robert Köçəryan hesab edir ki, Ermənistanın hazırkı hakimiyyətinin siyasəti Qarabağ yolunda bütün əvvəlki nailiyyətləri puç edib. 

"Ermənistan tərəfi Qarabağ nizamlanması üzrə danışıqlarda ərazilərin itirilməsi ilə yanaşı, kozırlarını da itirib", deyən Koçaryan bu gün İrəvanda keçirilən mitinqdə əlavə olaraq bildirib ki, birinci Qarabağ müharibəsindəki qələbədən sonra Ermənistanın ilk növbədə Dağlıq Qarabağla Vardenisdən çaya qədər uzun müştərək sərhəd formasında ciddi diplomatik rıçaqları olub. "Amma bütün bunlar artıq yoxdur, çünki bir nəfər danışıqlara öz nöqteyi-nəzərindən başlamaq qərarına gəlib (Baş nazir Nikol Paşinyan 2019-cu ildə demişdi - red.). O, bizim bütün danışıqlardakı üstünlüklərimizi ləğv etdi, qələbəmizi ləğv etdi. İndi nə var? Danışıqlar kompromislərə əsaslananda uğurlu olur, bəs indi bu kompromis üçün bizim nəyimiz var?"
Xatırladaq ki, Köçəryanın bloku Dağlıq Qarabağda 44 günlük müharibəyə son qoyan üçtərəfli bəyanatın imzalanmasının ildönümü ərəfəsində mitinq keçirmək qərarına gəlib. "Hayastan" blokunun lideri, eks-prezident Robert Köçəryan daha əvvəl xalqı hakimiyyət dəyişikliyinə nail olmaq üçün müqavimət hərəkatı yaratmağa çağırmışdı. Onun fikrincə, yalnız bundan sonra respublikanı mövcud vəziyyətdən çıxarmaq, layiqli sülh və təhlükəsizliyi təmin etmək, sosial-iqtisadi böhrandan çıxmaq mümkün olacaq.

*** 

Koçaryan unudur ki, artıq o xəyal-plovdan əsər-əlamət yoxdur. Çünki dünya düzəni dəyişib, artıq Ermənistanın arxasında 30 il əvvəlki Rusiya da yoxdur... İndi Şuşada Azərbaycan və Türkiyənin bayrağı dalğalanır və Xankəndi də həmin bayrağa hazırdır, azacıq səbr etmək lazımdır... Ermənistanın "odda yanmaz, suda batmaz" kimi feyk mifi kanalizasiyalara axıdılıb... 

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN