Şuşa şəhəri yaxınlığında bu gün törədilən terror hücumunun təşkilatçıları və iştirakçıları məsuliyyətə cəlb olunmalı, erməni terrorçusu Bakıya gətirilməlidi... 

Çünki bu hadisə Rusiya üçün də təhqiramiz hərəkətdir. Ermənilər bununla da demək istəyirlər ki, Rusiyalı sülhməramlılar da bizi sakitləşdirə bilməz...

XXX

Bu gün Şuşada olan rusiyalı hərbi ekspert İqor Korotçenko maraqlı açlqlama ilə çıxış edib: “Azərbaycanlı hərbçilərin və Rusiya sülhməramlılarının həyatını təhlükəyə qoyan bu terror hücumuna dair Paşinyan tərəfindən rəsmi açıqlama gözləyirik. Bu hücumun məqsədi sülhməramlıları Azərbaycan hərbçiləri ilə qarşı-qarşıya qoymaqdır. Bu xəstəlik artıq yan fəsadları verir, bu kimi hücumlar gələcəkdə də baş verə bilər”, - ekspert vurğulayıb.

O, erməni terrorçusunun Şuşaya Laçın dəhlizi vasitəsilə gəldiyini deyib: “Burada pasport yoxlanışı aparmaq məsələsi yoluna qoyulmalı, Ermənistan vətəndaşlarının gəliş-gedişi barədə Azərbaycan tərəfinə məlumat verilməlidir”.

İ.Korotçenko məlum üçtərəfli bəyanatların müddəalarını yerinə yetirməsi, sərhədlərin delimitasiya və demarkasiya işlərinə başlanması, minalanmış ərazilərin xəritəsinin Azərbaycana təqdim etməsi üçün Ermənistana siyasi və iqtisadi vasitələrlə təzyiq göstərməyin vacibliyini diqqətə çatdırıb.

İndi ən maeaqlısı budur ki, Paşinyanın komandası bu günkü terrora susur, şərh vermir. Deməli, bu işdə kiminsə barmağı var və həmin barmaq sındırılmalıdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN