“Motovelozavod” komandası Belarusun rəhbəri Aleksandr Lukaşenkoya “Minsk” markalı motosiklet hədiyyə edib.
Tezadlar.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb. Media avtomobilin qiymətini öyrənib.
Müəssisə Minsk Şəhər Texnoparkının ərazisində yerləşir. Belə bir səxavətli hədiyyə zavodun qorunub saxlanılması qərarına görə minnətdarlıq əlaməti olaraq respublika Prezidentinə təqdim edilmişdir. Vurğulanır ki, “Minsk D4 125” yenilənmiş istehsal sahəsində istehsal olunan ilk modeldir.
“Bütün hədiyyələri dövlətə verirəm. Amma mən motosikletdən əl çəkməyəcəyəm”, - deyə Lukaşenko bildirib.
“Minsk D4 125” MDB ölkələrinin yol şəraiti üçün yaradılmış müasir balanslaşdırılmış dizayna malik qənaətcil motosiklet modelidir. Zavodun özü bu motosikleti etibarlı, davamlı və baxım üçün qənaətcil adlandırır.
Bu motosiklet modelinin gücü 10,5 at gücü, iş həcmi 124 sm3, maksimal sürəti 85 km/saat, mühərrik dörd vuruşludur. Model beş rəngdə mövcuddur. Smartpress.by portalı yazır ki, istehsalçının saytına görə, motosiklet 4600 rubla satılır.
E.ŞİRİNOV