…Taksi sürücülərinə kələk gələn, pulunu ələ keçirən dələduzlar barədə kifayət qədər məlumat verilməkdədir…
Bu günlərdə daha belə bir maraqlı hadisə baş verib. DİN-nin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev özünün fb statusunda bu tip hadisədən yazıb: «…Bir neçə gün öncə xəbər saytlarında və sosial şəbəkələrdə məlumat paylaşıldı ki, Bakı şəhəri ərazisində yeniyətmə qız taksi xidmətlərindən istifadə edərək gedəcəyi ünvana çatdıqdan sonra gediş haqqını ödəmədən, o cümlədən müxtəlif bəhanələr gətirərək sürücüləri aldadıb onlardan 20-30 manat pul aldıqdan sonra yaxınlıqda olan çoxmərtəbəli binalara daxil olaraq qayıtmır. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində həmin qızın paytaxtın Yasamal rayonunda yaşayan 18 yaşlı Səriyyə İsmayılova olması müəyyən edilib. O, saxlanılaraq polis idarəsinə gətirilib və törətdiyi hüquqazidd əməlləri etiraf edib.
S.İsmayılovanın hüquqazidd əməlləri ilə bağlı hələki əlavə olaraq Bakı şəhəri üzrə ərazi polis orqanlarına heç bir şikayət xarakterli müraciət daxil olmamışdır. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir…».
Bəli, sürücülər də ayıq və sayıq olmalıdır ki, iş işdən keçəndən sonra polisə müraciət edib pozulmuş hüququnun bərpasını tələb etməsinlər…
A.Məmmədli