Britaniya kəşfiyyatı Rusiya Federasiyasının müharibə ilə əlaqədar silah ixracı ilə bağlı problemlərindən danışıb...

Tezadlar.az Böyük Britaniya KİV-lərinə istinadla bildirir ki, Ukraynada öz qüvvələrini silahlandırmaq üçün müstəsna tələb və Qərb sanksiyalarının artan təsiri səbəbindən Rusiya çətin ki, zirehli texnikalar üzrə bəzi ixrac sifarişlərini yerinə yetirə bilsin. Bu barədə həm də “European Truth” Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalına istinadla paylaşım edib. Məlumatda bildirilir ki, Belarus bu yaxınlarda yeni, ölkə daxilində təkmilləşdirilmiş T-72-B əsas döyüş tankı haqqında təfərrüatları açıqlayıb.
Belarus, ehtimal ki, Rusiyanın dövlət şirkəti "Uralvaqonzavod" ilə müqavilə bağladığı modifikasiya proqramının əvəzinə bu alternativ həlli işləyib hazırlayıb. Sitat: "Rusiya uzun müddətdir ki, müdafiə sənayesini özünün ən mühüm ixrac uğurlarından biri hesab edir. Bununla belə, onun hərbi-sənaye potensialı hazırda ciddi təzyiq altındadır və bir çox silah sistemlərinin etibarı onların zəif performansı ilə əlaqələndirildiyi üçün sarsılıb. Ukraynadakı müharibədə rus qoşunları özünün silah təminatında çətinliklər çəkir". Britaniya kəşfiyatı bir məqamı da izahlayıb: Rusiya Ukraynada müharibə üçün yeni ordu korpusu yaradıb, lakin çətin ki, ona lazımi sayda insan cəlb edə bilsin.
Avqustun 9-da Britaniya kəşfiyyatı bildirmişdi ki, Rusiya Donetsk bölgəsində daha ciddi irəliləyiş əldə etmək üçün döyüş qabiliyyətinə malik kifayət qədər döyüş piyadası toplaya bilməyib.

Müharibə isə, təəssüflər olsun, hələki davam edir...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN