Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasətinə qarşı ictimai etirazlar səngimir...

Bu gün Xerson vilayətində Xerson və Kaxovka şəhərlərində yenidən rus işğalına qarşı etiraz aksiyaları keçirilib. "Təzadlar" sosial platformalarda yayılan və hadisə şahidinin videosunu təqdim edir. İnsanlar kütləvi şəkildə Ukrayna bayraqları ilə şəhərlərin meydanlarına çıxırlar. Kaxovkada insanlar qışqırır: “Ukrayna vahiddir!”, “Ukrayna hər şeydən üstündür”. Xersonda isə insanlar işğalçılara qışqırır: “Rədd olub evinizə gedin”. Oxşar etiraz aksiyalarına Rusiya ərazilərində də rast gəlinməsinə dair məlumatlar artmaqdadır. Rəsmi Kreml isə Ukraynanı işğal etmək üçün bütün inadkar vasitələrdən istifadə edir, raket zərbələrini davam etdirir, mülki əhali məhv edilməkdədir. 

A.Məmmədli

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN