Fridrix Nitsşe: Bütlərin alatoranlığı və ya çəkiclə necə filosofluq edirlər

Fridrix Nitsşe: Bütlərin alatoranlığı və ya çəkiclə necə filosofluq edirlər

 Fridrix Nitsşe  Bütlərin alatoranlığı və ya çəkiclə necə filosofluq edirlər 1 Avaraçılıq bütün psixologiyanın anasıdır?Necə? Məgər psixologiya q...

"ABZAS MEDİA" ƏMƏKDAŞININ HƏBS MÜDDƏTİ UZADILDI

"ABZAS MEDİA" ƏMƏKDAŞININ HƏBS MÜDDƏTİ UZADILDI

“Abzas Media” işi üzrə saxlanılan Elnarə Qasımova və Fərid Mehralızadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar ...

ABŞ İSRAİLİ ƏBƏDİ OLARAQ İRANDAN QORUYA BİLƏCƏKMİ?

ABŞ İSRAİLİ ƏBƏDİ OLARAQ İRANDAN QORUYA BİLƏCƏKMİ?

ABŞ administrasiyası İsrail rəhbərliyinə Amerika təyyarədaşıyıcılarının İranın hərəkətlərini izləmək üçün həmişə bölgədə ola bilməyəcəyini bildirib. ...

İLHAM ƏLİYEVİN İTALİYA PREZİDENTİ İLƏ BİRGƏ İŞÇİ  NAHARI OLUB

İLHAM ƏLİYEVİN İTALİYA PREZİDENTİ İLƏ BİRGƏ İŞÇİ NAHARI OLUB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 5-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birgə işçi naharı olub. ...

PREZİDENT İLHAM ƏLİYEV ROMADA İTALİYANIN "ENİ S.P.A" ŞİRKƏTİNİN BAŞ İCRAÇI DİREKTORU İLƏ GÖRÜŞÜB

PREZİDENT İLHAM ƏLİYEV ROMADA İTALİYANIN "ENİ S.P.A" ŞİRKƏTİNİN BAŞ İCRAÇI DİREKTORU İLƏ GÖRÜŞÜB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə ...

ONLAR SÜNİ İNTELLEKT STANDARTLARINA DAİR SAZİŞ İMZALAMAĞA QƏRAR VERİB

ONLAR SÜNİ İNTELLEKT STANDARTLARINA DAİR SAZİŞ İMZALAMAĞA QƏRAR VERİB

Böyük Britaniya, ABŞ və Aİ hüquqi cəhətdən məcburi olacaq süni intellektdən (Sİ) istifadəyə dair ilk beynəlxalq müqaviləni imzalamağa hazırlaşır.

KORRUPSİYA İDARƏSİ ƏMƏLİYYAT KEÇİRİB - İSMAYILLIDA BƏZİ VƏZİFƏLİ ŞƏXSLƏR SAXLANILIB

KORRUPSİYA İDARƏSİ ƏMƏLİYYAT KEÇİRİB - İSMAYILLIDA BƏZİ VƏZİFƏLİ ŞƏXSLƏR SAXLANILIB

 İsmayıllı rayonunda əməliyyat keçirilib və bir sıra vəzifəli şəxslər saxlanılıb.

BAKIDAKI TOZ TÜRKMƏNİSTANDAN GƏLİR, YOXSA... (FOTOLAR)

BAKIDAKI TOZ TÜRKMƏNİSTANDAN GƏLİR, YOXSA... (FOTOLAR)

Bir müddətdir ki, Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda tozlu hava şəraiti müşahidə olunur.

MSK MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏLƏRİNİ AÇIQLAYIB

MSK MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏLƏRİNİ AÇIQLAYIB

Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov Milli Məclisə seçkilərin ilkin nəticələrinə dair mətbuat konfransı keçirib.

MEDİA

06-Sent-2024 By Asif Memmedov

"…

“Abzas Media” işi üzrə saxlanılan Elnarə Qasımova

Detay

Nigar Haqverdiyeva: “Ağ Səs varsa, demək ki, hələ dünyadan əlimizin üzülməyəcəyinə ümid var, işıq var, ağ səs var, tapdanmamış, qaralmamış ağ yol, təzə cığır var...”

Adı yurdu ilə eyni rəngdə olan Şair, bəli, bu, doğrudan da belədir. Adının rəngi də yurdunun rəngindədir, özü də bilmədən, ya da bilərəkdən bilmirəm, amma rəssamlıq sevdasından da ola bilər, şairlik dünyasından da… Nə fərqi ki, hər ikisini birləşdirən bir ruh, duyum, anlamdan gəlir bəlkə də…İlahi, necə oxşayırlar, necə tamamlayırlar bir-birilərini- Ağdam və Ağsəs… Nədənsə, ilk dəfədir ki, yurduna çevrilmiş İnsan gördüm, onu oxuyarkən, müsahibələrini dinlərkən…

 Yuxarı başına keçən kafirə
yuxarıdan aşağı baxan,
Allahdan da çəkinməyən,
bircə əsarətdən qorxan!
Ağ alınlı qızılı atların vətəni,
seyid cəddinə içilən andların vətəni!
Sən dar gündə
Şuşaya arxa,
Xocalıya ümid oldun.
Son nəfəsəcən döyüşdün,
son nəfərəcən şəhid oldun...
Ağam şəhərim!

Əgər bir müəllifi oxuyarkən istər-istəməz onun haqqında oz-özünlə danışmağa başlayırsansa, özün də hiss etmədən əlin qələmə doğru gedirsə, demək ki, əsl ƏDƏBİ adama rast gəlmisən…İndi yazan çoxdu, kitab nəşr edən də çoxdu. Amma Qulu Ağsəs yaradıcılığında lazım olan, əsl söz, fikir, ruh aləmi, mənəvi dünya, bəşəri hisslər, pak duyum, təmiz ağrı, vicdan siziltisi, gizli, qapalı daxili mənin zahiri mənlə aşkar, heyrətamiz vəhdəti, sözün ucuz məqama çevirildiyi bir bəsit aləmdən, sözün ədiblər dəyərinə, əksinə, Tanrının ilkinə, imzasına belə hörmətsiz yanaşıldığı bir dönəmdə öz kamil məqamına qaldırıldığı bir ağ səsə, ağ sözə rast gəlirsən…

Uzun zaman rastıma çıxan “yazı”lardan çox bayağı qeydlər olan söz yığınağından sonra təsadüfən onun haqqında yazıya, paylaşıma rast gəldim və bu rastlaşma gözəl bir təsadüfə bağlandı. Bu gözəl təsadüf məni aydın bir yola çıxartdı. Bu aydın yol məni, özü demiş, “ən böyük yüksəklik olan Ruh yüksəkliyinə” qaldırdı və bu Ruh yüksəkliyi sözün əsl mənasında Ağ Səsə apardı, apardı və apardı... Ağ Səs varsa, demək ki, hələ dünyadan əlimizin üzülməyəcəyinə ümid var, işıq var, ağ səs var, tapdanmamış, qaralmamış ağ yol, təzə cığır var....

Qulu Ağsəsin hansı şerlərini deyim ki, bir deyil, iki deyil, hamısında o ağ səs duyulur: “Müharibə əlili”, “İşdi-qəzadı səndən əvvəl ölsəm...”, “Hərdən anamdan xəlvət...”, “Dağa bax, sən allah...”, “Sağ-salamat ölsəydim...”, “Nə olar, bir səhər durub görəsən...”, “Rum rəqəmiylə onuncu...”, “Ağaclar hamısı kürəkən, qayın”, “Bəlkə də bu qanundu...”, “Görsən ki, qaranlıq çökür aləmə...”, “Nöqtələr”, “Ömrümdən neçə gün qalıb, neçə saat, İlahi?”, “Görsən üşüyürsən...”, “Tövbə, görünməyib fəlakət belə...” və s.,və i.a...

Bu sözləri hər yerdə, daim məşhur Albinoni haqda deyərdim, “Adagio” əsərinə görə... İlk dəfə Ağsəs haqda da deyə bilərəm ki, bir insanda nə qədər böyük ürək, nə qədər böyük işıq olar, bir şair nə qədər dərin duyumlu olar, bir insan nə qədər özü olar- İNSAN olar ...

Onun yazılarından, fikirlərindən keçmiş kişilərin avazı gəlir, Azərbaycan kişisinin məni görünür, ancaq günümüzlə səsləşən avazdır bu... Qulu Ağsəsin Ağdam şeri, Şuşa şeri və ya digər şerləri ilə tanış olarkən bu, aydın sezilir. Şairin dərdi, ağrı-acısı, yaşadıqları, gördükləri, sarsıntıları onu nə qədər incitsə də, rahatlığına qənim kəsilsə də, o, bunu mərdanə qarşılayir, qürurunda gizlədir, necə deyərlər ağayana yanaşır, onun şerlərinə ağ səs salan fikirləri artıq fərdiliyi aşaraq bəşəri xarakter alır:

“Hər gözünü sıxanda şəhid anası
əri dişini sıxar:
"Olmadı,
bu ki, olmadı!".
...Dörd şəhid atasının
dişlərini saydım
otuz iki olmadı...”

Qulu Ağsəs şerlərində məkan və zaman vəhdəti, keçmiş və indi anlamı, ruh və yaddaş birliyi ilə qəribə, qeyri-adi sintez təşkil edir. Bunu, onun Qarabağın işğalı vaxtı və işğaldan azad olunandan sonra Şuşaya həsr etdiyi ikili yanaşmada yazdığı hər iki şerində aydın görmək olar. Özü fərqində olsa da, olmasa da, o, dünənin adamıdır, amma bu gündə yaşayan və ya əksini də demək olar, keçmişi özüylə daşıyan bu günün adamıdır,... Əslində bilirik ki, insan bütövlükdə keçmişlə indinin vəhdətindən ibarətdir... Bax elə, bu vəhdət Ağsəs dünyasından qırmızı xətlə keçir:

“Xoş gördük,
əyil qulağına söz deyim, Şuşam:
nə vaxtdı,
yad səslərdən yağır qulağına...
mən pambıq götürüm,
sənsə çöp götür,
enək İsa bulağına –
təmizləyək nisgilin,
28 bəlaya gəlmiş ilin!
...Bir də xoş gördük,
əyil qulağına söz deyim, Şuşam:
da-rıx-mı-şam!..”

O bir söz sahibi olsa da, həm də inanclı bir şairdir, ancaq, sözə inanclı biri... Şair bir çıxışında bu barədə belə deyib: “Mən sözə inanıram. Əgər bu dünya və o biri dünya deyilirsə, o biri dünya da var.”

Qulu Ağsəs şerlərindəki ağ səsi ilə dünyadan böyük olan az ədiblərdəndir. Şeirlərində insanı oxuyur, yurdunu arayır və əslində o yurdda özünü arayır, tapmağa çalışır...  Sanki yol gedən, özünü axtaran Qoca Müdrikdir...Həm şerilərində, həm də müsahibələrində dediyi hər fikri bir kəlamdır, hər kəlməsi bir yanğıdir, bir səsdir:

“Görsən üşüyürsən yandır özünü!”

Yazın, Qulu Ağsəs, yazın ki, üşüyəndə yana bilək! Yananda şeirlərin ürəyimizdəki yanğını söndürə bilsin.... Şeirə möhtac ruhumuzu oxşasın....Yazın, Qulu Ağsəs, yazın, yazmağa və şair kimi yaşamağa haqqın var....

 Nigar Haqverdiyeva,

Azərbaycan Dillər Universitetinin (ADU) baş müəllimi

Pin It

CƏMİYYƏT

04-Sent-2024 By Yasemen Memmedov

KORRUPSİYA İDARƏSİ ƏMƏLİYYAT KEÇİRİB -…

 İsmayıllı rayonunda əməliyyat keçirilib və bir sı

04-Sent-2024 By Yasemen Memmedov

BAKIDAKI TOZ TÜRKMƏNİSTANDAN GƏLİR, YOXSA…

Bir müddətdir ki, Bakıda və Abşeron yarımadasında

30-Avq-2024 By Elbar Şirinov

MÜDAFİƏ NAZİRLİYİNİN EHTİYATDA OLAN ZABİTİ…

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yana

SİYASƏT

05-Sent-2024 By Yasemen Memmedov

İLHAM ƏLİYEVİN İTALİYA PREZİDENTİ İLƏ…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

05-Sent-2024 By Elbar Şirinov

PREZİDENT İLHAM ƏLİYEV ROMADA İTALİYANIN…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

02-Sent-2024 By Elbar Şirinov

MSK MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN İLKİN…

Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir P

30-Avq-2024 By Elbar Şirinov

ELNUR MƏMMƏDOV İƏT XARİCİ İŞLƏR…

29-30 avqust 2024-cü il tarixində İslam Əməkdaşlıq

30-Avq-2024 By Yasemen Memmedov

MİNSK QRUPU LƏĞV EDİLMƏLİDİR -…

 ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan təsis

MƏDƏNİYYƏT

06-Sent-2024 By Yasemen Memmedov

""KOMEDİXANADA" PARÇALANMA OLDU - YARADICILIQ…

"6 il "Komedixana"da çalışdım. Biri var işçi, biri

06-Sent-2024 By Yasemen Memmedov

HÜSEYİN PAMUKÇU AZƏRBAYCAN MƏTBƏXİNİN ZƏNGİNLİYİNDƏN…

Son illərdə Azərbaycanda eksperimental qastronomik

06-Sent-2024 By Yasemen Memmedov

BU GÜN UNUDULMAZ AKTYOR İLHAM…

Azərbaycan səhnəsində aktyorluq məharəti, ecazkar

06-Sent-2024 By Yasemen Memmedov

HÖKMƏLİ QƏSƏBƏSİNDƏKİ ANTİSANİTARİYAYA ƏNCAM ÇƏKİLDİ…

Vətəndaş təəssübkeşliyi həmişə aktualdır.

06-Sent-2024 By Yasemen Memmedov

ŞUŞADA BEYNƏLXALQ QASTRONOMİYA GÜNÜ KEÇİRİIİR-…

Dövlət Turizm Agentliyi, Şuşa Şəhəri Dövlət Qoruğu

05-Sent-2024 By Elbar Şirinov

YAZIÇI DOSTOYEVSKİNİN NƏVƏSİ DÜNYASINI…

Yazıçı Fyodor Dostoyevskinin yeganə nəvəsi Dmitri

KRİMİNAL

05-Sent-2024 By Elbar Şirinov

ÖTƏN GÜN İKİ KİLOQRAMDAN…

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbir

04-Sent-2024 By Elbar Şirinov

15 KİLOQRAMADƏK NARKOTİK VASİTƏ QANUNSUZ…

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbir

03-Sent-2024 By Asif Memmedov

CİNAYƏT TÖRƏDİB ARADAN ÇIXDILAR, AMMA...

Onlara elə gəlirdi ki, cinayət törədib gizlənsələr

TEXNOLOGİYA

16-Iyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-Iy-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

07-Sent-2024 By Yasemen Memmedov

DEPUTATLIĞA NAMİZƏD SƏRBƏST BURAXILIB

Ötən gecə saat 23.00 radələrində deputatlığa namiz

06-Sent-2024 By Elbar Şirinov

BU SƏBƏBDƏN BRİTANİYALI MƏHBUSLAR…

Həbsxanalarında yer çatışmazlığı səbəbindən Böyük

06-Sent-2024 By Elbar Şirinov

BRİKS SAMMİTİNDƏ ERMƏNİSTANI PAŞİNYAN TƏMSİL…

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrda K

06-Sent-2024 By Elbar Şirinov

PENTAQON: S-300 VƏ R-27 RAKETLƏRİ…

ABŞ avropalı tərəfdaşları ilə birlikdə Ukrayna ilə

06-Sent-2024 By Elbar Şirinov

ŞAHZADƏ HARRİ KRAL AİLƏSİNƏ QAYITMAQ…

III Çarlzın kiçik oğlu Şahzadə Harri yalnız qardaş

06-Sent-2024 By Elbar Şirinov

BAYDEN UKRAYNA ÜÇÜN YENİ MÜQAVİLƏ…

ABŞ prezidenti Co Bayden Ukraynaya 250 milyon doll

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

05-Sent-2024 By Elbar Şirinov

AQTA-DA TÜRKİYƏDƏN OLAN MÜTƏXƏSSİSLƏR VƏ FAO-NUN…

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Age

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

06-Sent-2024 By Elbar Şirinov

"…

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə s

TƏHSİL

06-Sent-2024 By Yasemen Memmedov

ALİ MƏ…

16 nəfər  BANM-a müsabiqədənkənar qəbul olub