booked.netbooked.net booked.net  

İsrail vətəndaşları da avropalıların ilk beşliyində dördüncü ola bilib.

Dünyanın ən xoşbəxt ölkələrinin siyahısı açıqlanıb.

Belə ki, hər il “World Happiness Report” dünyanın ən xoşbəxt ölkələrini sıralayır.

Reytinq “Gallup International”ın araşdırmasının nəticələrinə əsaslanır. Bundan əlavə, adambaşına düşən ÜDM, gözlənilən ömür uzunluğu, korrupsiyanın inkişafı və sosial dəstək tədbirləri kimi göstəricilər, eləcə də digər parametrlər nəzərə alınır.

Beləliklə, altıncı dəfə lderlik Finlandiyaya qismət olub. İlk onluğda isə bu xoşbəxt ölkələr daxildir:

  1. Finlandiya
  2. Danimarka
  3. İslandiya
  4. İsrail
  5. Hollandiya
  6. İsveç
  7. Norveç
  8. İsveçrə
  9. Lüksemburq
  10. Yeni Zelandiya.

 

Qazaxıstan Mərkəzi Asiyanın ən xoşbəxt respublikası kimi tanınıb - 44-cü yer. Reytinqin 54-cü pilləsində Özbəkistan, Qırğızıstan - 62, Ermənistan - 79, Tacikistan - 80, Gürcüstan - 90, Türkiyə - 106, Misir - 121 yer alıb, şimal qonşumuz Rusiya isə 70-ci sıradadır.

 Reytinqdə sonuncu - 137-ci yeri Əfqanıstan tutub.

“Dünya Xoşbəxtlik Hesabatı”nın araşdırması dünyada xoşbəxtlik hesabatlarındakı fərqləri izah etmək üçün altı əsas amildən istifadə edir: sosial dəstək, gəlir, sağlamlıq, azadlıq, səxavət və korrupsiyanın olmaması. Hesabat müəllifləri, hökumətlər bu təhlildən getdikcə xoşbəxtliyə doğru siyasətləri istiqamətləndirmək üçün istifadə edirlər. Hesabatın dərci martın 20-də qeyd olunan Beynəlxalq Xoşbəxtlik Gününə həsr olunub.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN