Gördüyünüz bu fotolar Bakının Xətai rayonu ərazisində yerləşən Əhmədli metro stansiyasının bir neçə addımlığında, həm də səhər saatlarında çəkilib. Axşama çox var və bu vəziyyət daha da ağırlaşacaq...

TEZADLAR.AZ xəbər verir ki, nəinki dayanacağın yaxınlığında, hətta yaxın ətrafda belə zibil qutusuna rast gəlmək olmur. Dayanacağın içərisi əməlli -başlı zibilxananı xatırladır- natəmizlik baş alıb gedir. Bu zibillik yay aylarında daha da acınacaqlı hal alır. Dayanacaqda avtobus gözləyən sərnişinlərin bir çoxu əllərindəki dondurmanın kağızını, su butulkasını, siqaret kötüklərini, bir sözlə, yediklər-içdikləri nə varsa ayaq altına atırlar. İnsaflıları isə əllərində olan həmin atılası zibilləri çantalarında özləri ilə ilə daşıyası olurlar...

Bu vəziyyətdən avtobus gözləyən sərnişinlər də narazılıq edirlər, amma nə faydası.

Nəzərə alsaq ki, həmin dayanacaqdakıların bir çoxu şəhər istiqamətinə dönəsi olan  46 saylı marşrut avtobusunu gözləyənlərdir, demək ki, onlar uzun zaman susuzluğa dözməyib yaxınlıqdakı marketdən su alıb içməlidirlər... Daha sonra isə...

Bəli, bu mənzərə təəssüf ki, yalnız bu dayanacaqda deyil, çünki bir çox dayanacaqların yaxınlığında zibil qutuları qəhətə çəkilib. Bunu isə təkcə yerli sakinlər deyil, xarici turistlər də görür və nə dərəcədə “təmizkar” olduğumuzu anlayırlar.

Bir neçə ay sonra isə Bakı COP29-a ev sahibliyi edəcək...

ehmedli-astanovka2

ehmedli-astanovka3ehmedli-astanovkaehmedli-zibil

ehnedli-astonovka-4

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN