Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör

QAZAXISTAN ÜÇÜN İLK – YENİ SAZİŞ İMZALANDI

Qazaxstan paytaxtında Sinqapur prezidenti Həlimə Yakobun dövlət səfəri çərçivəsində xidmətlərin və investisiyaların azad ticarətinə dair Saziş imzalanıb. Qazaxıstan üçün bu, bu qəbildən olan ilk sənəddir.

«AZAD İSTEHLAKÇI»LARIN BEYLƏQAN UĞURLARI- FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə QHT koalisiyası tərəfindən “Azad İstehlakcılar” İctimai Birliyinin (AİİB) rəhbərliyi vasitəsilə Beyləqan rayonunda həyata keçirilən 

HACIQABUL SM-NİN REZİDENTİ “AZƏRMAŞ” KOMMERSİYA AVTOMOBİLLƏRİ İSTEHSAL EDƏCƏK

Tatarıstanın Kazan şəhərində keçirilən “Rusiya – İslam dünyası: Kazan Forumu 2023” Beynəlxalq İqtisadi Forum çərçivəsində Rusiyanın “Sollers” şirkəti və Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş” MMC arasında Azərbaycanda “Sollers” yüngül kommersiya avtomobillərinin istehsalı üzrə əməkdaşlıq memorandumu imzalanıb.

NƏBATAT BAĞININ SON VƏZİYYƏTİ NECƏDİR?

Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında əldə edilən razılığa əsasən Mərkəzi Nəbatat bağındakı ağac və yaşıllıqların vəziyyəti ilə bağlı hər iki qurumun əməkdaşlarının iştirakı ilə ay ərzində 2 dəfə birgə monitorinqlərin keçirilməsi qərara alınıb.

TÜRKİYƏ GƏLƏCƏYİNİ SEÇİR: SİNAN OĞAN KİMİNLƏ OLACAQ?

«Sinan bəy hazırki iki namizəddən birini dəstəkləsə belə ona səs vermiş  5.2 faiz seçicilərin səsi dərhal həmin namizədin xeyrinə keçməyəcək… Sinan bəyin mövqeyini nəzərə alsalar da, türk seçici kimi istəyirsə səsini həmin namizədə verəcək…»

AVİAŞİRKƏTDƏN PREZİDENTƏ QARŞI İNANILMAZ TƏXRİBAT

Gürcüstanın milli aviadaşıyıcısı “Georgian Airways” ölkə prezidenti Salome Zurabişvili şirkəti boykot etdiyini və onun xidmətlərindən imtina etdiyini bildirdikdən sonra onu təyyarələrinə buraxmayacaqlarını elan edib.

“6 GÜNDƏ TERRORİZMƏ AÇIQ DƏSTƏK OLDUĞUNU MİLLƏTƏ BİLDİRƏCƏK”

fwmishgwiaqz8ml

“6 GÜNDƏ TERRORİZMƏ AÇIQ DƏSTƏK OLDUĞUNU MİLLƏTƏ BİLDİRƏCƏK” Ak Partiya sədr müavini, keçmiş nazir Numan Kurtulmuş Anadolu Birləşdirən Sənayeçi və İşadamları Dərnəyini (ASIAD) ziyarət edib, iqtisadi və siyasi mövzularda məsləhətləşib. Azad edilib: “2. Turun finalına 6 gün qalıb. Millimiz mayın 28-də keçiriləcək 2-ci tur finalında nə lazımdırsa edəcək”. dedi. “Parlamentdə çoxluq Xalq Alyansındadır. İndi qarşıda […]

ŞAGİRDLƏRİN NƏZƏRİNƏ: BU GÜN HƏYATA SINAQ GÜNÜNÜZDÜR!

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün  II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni imtahanı) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.

ZELENSKİ YAPONİYAYA GƏLİB

Ukrayna prezidenti Vladimir Zelenski Xirosimada keçirilən “Yeddilik Qrupu” (G7) sammitində şəxsən iştirak etmək üçün bu gün Yaponiyaya səfər edib.

BERLUSKONİ XƏSTƏXANADAN BURAXILIB

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni bir aydan artıqdır ki, qaldığı Milanda San Raffaele xəstəxanasından bu gün buraxılıb.

G7-NİN UKRAYNA İLƏ BAĞLI BƏYANATI DƏRC OLUNUB

G7 ölkələri yardım tədbirlərini Kiyevin ehtiyaclarına uyğunlaşdırmaq niyyətində olan Ukraynaya dəstəyi davam etdirmək üçün qlobal anti-Rusiya kursunun gücləndirilməsini təsdiqləyiblər.

RAFİQ YUSİFOĞLU VƏ MÜASİR AZƏRBAYCAN UŞAQ ƏDƏBİYYATI

Çağdaş poeziyamızda uşaq ədəbiyyatı nümunələri ədəbiyyatımızın əsas sahələrindən biri kimi böyük əhəmiyyət kəsb edir. Belə ki, uşaqların mənəvi aləmini zənginləşdirmək, onların estetik tərbiyəsi və humanist ideyalar ruhunda böyüməsi qayğısına qalmaq, müasir cəmiyyətin  quruculuğunda fəal iştirak etməyə hazırlamaq kimi xeyirxah və nəcib bir vəzifə məhz uşaq ədəbiyyatının da üzərinə düşür.

ERMƏNİSTAN DÖYÜŞ PUA-LARINDAN İSTİFADƏ EDİB

Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.

İRAN RUSİYA İLƏ RAZILIĞA GƏLDİ

İranın Rəşt-Astara dəmir yolu hissəsi Rusiya ilə birgə tikiləcək. Belə bir sazişi çərşənbə günü iki ölkənin nümayəndələri – Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyev və İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş imzalayıblar.

BSU-NUN BEYNƏLXALQ İCLASI REGİONDA BAŞ TUTDU

Mayın 16-da bu ilin 4-5 may tarixlərində Bakı Slavyan Universitetində (BSU)  “Heydər Əliyev İli” çərçivəsində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş

BALA PƏHLƏVİNİN BAŞI KİMİN NOXTASINDADIR?

…Bu günlərdə İsrail parlamentinin 32 deputatının Güney Azərbaycanla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müraciəti çulunun rəngindən asılı olmayaraq türk millətinin ən qatı düşmənlərindən biri olan şovinist fars rejiminin bütün nümayəndələrinin, o cümlədən 1925-ci ildə ingilislərin vasitəsilə hərbi çevriliş edərək, Qacar türk yurduna sahibləndikdən sonra orada 1274 il ərzində hökmüranlıq etmiş türklərə qarşı 53 il ərzində […]

MOLDOVA İKİ MDB SAZİŞİNDƏN ÇIXDI

Moldova hökuməti Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində imzalanmış iki sazişi – MDB-yə üzv dövlətlərin xarici sərhədlərinin mühafizəsi, habelə birliyə üzv ölkələrin təşkilatları arasında malların tədarükü üçün ümumi şərtlər haqqında məlumat mübadiləsi haqqında sazişi denonsasiya edib.

EKSPERT “AZERCELL”İ TƏNQİD ETDİ: BAŞ QATIR – BİABIRÇILIQDI…

“Azercell” bəsit müzakirələrlə baş qatır, qonşu ölkələr də 5G infrastrukturunu, süni intellekti və əşyaların internetini genişləndirir. Baxıram ki, ölkənin ən öndə gedən mobil operatoru “5G-nin sınaqdan keçirilməsi haqqında” məlumatı beynəlxalq konfrans iştirakçıları ilə bölüşür. Hətta qürurla bununla bağlı açıqlama da yayır.

“TƏZADLAR” YAZDI- 6 İLLİK QALMAQALLI PROBLEM HƏLLİNİ TAPDI

Xəbər verdiyimiz ki, Şükürova Amaliya Sevindik qızı rəsmi çıxarışla və digər rəsmi sənədlər əsasında  “Real” MTK- dan 6 ildir -2017-ci ildə 129 min manata  satmış olduğu təmirsiz mənzildən çıxarılma təhlükəsi ilə üz-üzə idi…

“HEYDƏR ƏLİYEV. HƏYATIN 100 ANI”- TƏQDİMAT

Bu günlərdə Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyevin irsinin təbliği” beynəlxalq layihəsi çərçivəsində nəşr olunmuş “Heydər Əliyev. Həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirildi…

TƏZADLARIN İZİ İLƏ 30 İL…

I yazı ŞƏHİDLƏR OYANIŞA VASİTƏDİR! Çoxları elə düşünür ki, insan şəhid oldusa, öldü və görəvi bitdi. Şüurlara yerləşdirilən bu yanaşma səhvdir. ŞƏHİDLƏR BİLİNMƏZLİK ALƏMİNDƏN CƏMİYYƏTLƏRİNƏ POZİTİV TƏSİR GÖSTƏRMƏKLƏ DƏ GÖRƏVLİDİR! Bu, sözə sığmaz qəlb, ruh yaşantısıdır.

HƏFTƏBECƏR

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova bir il əvvəl evləndiyi Eşqin Cəlilovdan bir həftə əvvəl boşanıb. Aysun bu boşanmanın dərdi-qəmini unutmaq üçün Qəbələyə gedib və oradan çəkdirdiyi şəkilləri sosial media hesabında paylaşıb. P.S. Ay başınıza dönüm, bu qız nə yatdı ki, nə yuxu görə? Aysun xanımın bu evliliyi heç bir il çəkmədi. Keçmə də şou-əhlinin […]

“YÜKSƏLİŞ” BAKI SLAVYAN UNİVERSİTETİNDƏ…

“Yüksəliş” müsabiqəsinin qalibləri, ekspert və təlimçiləri tərəfindən Bakı Slavyan Universitetinin (BSU) gənc əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə mütəmadi olaraq silsilə təlimlərin keçirilməsi nəzərdə tutulur.

“TƏZADLAR” YAZDI, YASAMALDAKI SAAT DÜZƏLDİLDİ

Tezadlar.az saytının ötən buraxılışlarında  Yasamal rayonunda, daha dəqiq desək, Dövlət Statistika Komitəsinin qarşısındakı (vaxtilə Mikayıl Müşfiqin büstü olan yer) tarixi-arxitektur binanın üstündəki saatın daim 16:00-ı göstərdiyini yazmışdıq…

BRYANSKDA UKRAYNAYA MƏXSUS PUA VURULUB

Hava hücumundan müdafiə sistemi Klintsıda (Bryansk vilayəti) Ukraynaya məxsus təyyarə tipli pilotsuz təyyarəni vurub. Bölgənin qubernatoru Aleksandr Boqomaz bildirib ki, yaşayış binasının eyvanı zədələnib.

TOKAYEV ƏRDOĞANI TƏBRİK ETDİ

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı onu mayın 14-də respublikada keçirilən prezident seçkilərinin birinci turunda liderliyi münasibətilə təbrik edib.

SOROS ÖLMƏYİB

Amerikalı milyarder Corc Soros ölümü ilə bağlı yayılan xəbərləri təkzib edib.

ÖZBƏKİSTAN BMT-YƏ YENƏ KÖNÜLLÜ YARDIM EDƏCƏK

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 75-ci ildönümü şərəfinə Özbəkistan Respublikası BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsinin  (OHCHR)  fonduna könüllü töhfə olaraq 100 min dollar köçürəcək.

HACI ƏKBƏR RÜSTƏMOV: “QAYIT, GƏL”

Hacı Əkbər Rüstəmovun “Qayıt, gəl” adlı kitabı işıq üzü görüb. Jurnalist-yazıçı-tərcüməçi Novruz İbrahimoğlunun redaktoru olduğu bu kitabda müəllifin səngər qeydləri yer alıb. N.İbrahimoğlunun “Ölümün ağuşunda doğulan düşüncələr” başlıqlı ön sözdə qeyd etdiyi kimi, “Qayıt, gəl” kitabı bir əlində silah, bir əlində qələm tutan Hacı Əkbər Rüstəmovun səngər qeydlərindən yaranıb.

GÜLLƏRƏ AŞİQ ULU ÖNDƏR

Respublikamızın ayrı-ayrı yerlərində, dünyanın bir sıra ölkələrində “HEYDƏR ƏLİYEV – 100” yubiley tədbirləri keçirilir. Onun uzaqgörən siyasətçi, bənzərsiz strateq, dərin ədəbiyyat və incəsənət bilicisi, erüdisiyalı şəxsiyyət olduğunu heç kim inkar etmir. Əksinə, Dünyanın Siyasi cameəsində o, hamı tərəfindən bəyənilir, sevilir və təsdiqlənir. Hətta düşmən düşərgəsində olanlar belə, Heydər Əliyev şəxsiyyəti qarşısında baş əyib, “papaq çıxarmalı” […]