Azərbaycanda “Sonsuz Qardaşlıq” çoxmillətli hərbi təlimi keçiriləcək

Sentyabr ayında Azərbaycanda Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan və Qətərin xüsusi təyinatlılarının iştirakı ilə “Sonsuz Qardaşlıq” çoxmillətli təliminin keçirilməsi nəzərdə tutulub. “Tezadlar” xəbər verir ki, bunu Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev 30 avqust- Türkiyənin Zəfər bayramı münasibətilə Bakıda keçirilən qəbulda deyib. “Azərbaycan və Türkiyənin müdafiə sahəsində əldə etdiyi […]
Türkiyədə dəhşət: Gənc işçi həmkarını öldürüb meyitini soyuducuda gizlətdi

Türkiyədə gənc oğlan iş yoldaşını öldürərək meyitini soyuducuda gizlədib. Tezadlar.az yerli mediaya istinadla bildirir ki, Aksaray şəhərində bir fabrikdə işləyən 54 yaşlı Tekin Altıntağla əlaqə saxlaya bilməyən yaxınları polisə müraciət ediblər. Axtarışlar zamanı Altıntağa məxsus avtomobil yol kənarında tərk edilmiş halda aşkarlanıb. Axtarışları genişləndirən polislər onun işlədiyi fabrikin ətrafındakı kameraları izləyiblər. Nəticədə Tekin Altıntağın itkin düşdüyü […]
Jay-Z-nin sərvəti 2,6 milyard dollara çatdı

“Forbes” jurnalı dünyanın ən zəngin sənətçisinin adını açıqlayıb. “Tezadlar” xəbər verir ki, onun Jay-Z (əsl adı Şon Karter) olduğu məlum olub. Karterin sərvəti 2,6 milyard dollar olaraq qiymətləndirilir. Nəşr qeyd edib ki, 2019-cu ildə hip-hopun ilk milyarderi olduqdan sonra Jay-Z gəlirli içki biznesi sayəsində sərvətini iki dəfədən çox artırıb. 2021-ci ildə spirt nəhəngi LVMH, Armand de […]
Elnarə Baxış TƏBİB-dəki postunu tərk etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə Əlaqələr Şöbəsinin məsləhətçisi Elnarə Baxış vəzifəsindən ayrılıb. Tezadlar.az xəbər verir ki, bu barədə o, sosial hesabında paylaşım edib. Xatırladaq ki, Elnarə Baxış bu vəzifəyə 2020-ci ildə təyin olunmuşdu.
IDF: “Husilərin qərargahına mürəkkəb hücum həyata keçirilib”

İsrail Müdafiə Qüvvələri (IDF) Yəməndə husilərin Baş Qərargah rəisi və müdafiə nazirinin olduğu hərbi obyektə hücumu təsdiqləyib. “Tezadlar” xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb. IDF hücumun nəticələrinin təsdiqlənməsini gözləyir. “Bu, kəşfiyyat məlumatlarına əsaslanan mürəkkəb zərbə idi”, – məlumatda qeyd olunub. Husilərin mümkün cavab zərbəsinə hazırlaşan IDF bildirib ki, bu addım […]
“Fənərbaxça”nın yeni baş məşqçi favoritı: Serjio Konseysao

“Fənərbaxça” prezidentliyinə namizəd Sadettin Saran komandanın yeni baş məşqçi namizədini açıqlayıb. Bu barədə Tezadlar.az Türkiyə mediasına istinadən məlumat verir. Onun sözlərinə görə, İstanbul təmsilçisinin baş məşqçi vəzifəsinə əsas favorit portuqaliyalı mütəxəssis Serjio Konseysaodur. O vurğulayıb ki, hazırkı şəraitdə klubun gələcəyi üçün ən doğru qərar məhz bu addımdır: “Konseysao keçmiş baş məşqçimiz Mourinyoya nisbətən daha əlverişli şərtlərlə komandamıza […]
Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu 3 sentyabra qədər davam edəcək

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin (MİQ) müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu barədə “Tezadlar”a Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən nəlumat verilib. Müsahibələrdə uğur qazanan namizədlər 3 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, […]
Süni intellekt bəşəriyyəti “tədricən gücdən sala” bilər

Alimlər qorxurlar ki, süni intellekt insanlığı “tədricən gücdən salma” taktikasına əl ata bilər. Süni intellektin (Sİ) sürətli inkişafı səbəbindən bəşəriyyətin məhv olması ehtimalı “ən azı 95%” təşkil edir. Bu fikri keçmiş Google və Microsoft mühəndisi, hazırda isə Maşın İntellekti Tədqiqat İnstitutunun rəhbəri Neit Soares bildirib. Tezadlar.az bu barədə xarici mediaya istinala xəbər verir. Soaresin sözlərinə görə, […]
ABŞ-də qalmaqallı qərar: Kamala Harrisin xüsusi mühafizəsi dayandırıldı

ABŞ Prezidenti Donald Tramp keçmiş vitse-prezident Kamala Harrisin xüsusi xidmət orqanları tərəfindən mühafizəsini ləğv edib. “Tezadlar” xəbər verir ki, bu brarədə “CNN” kanalı məlumat yayıb. Məlumatda bildirilir ki, ABŞ-də Federal qanunla sabiq prezidentlərin ömürlük, vitse-prezidentlərin isə istefadan sonra 6 ay müddətinə dövlətin qoruma xidmətindən yararlanmaq haqqı var. Xanım Harris üçün bu müddət başa çatsa da, […]
“Neftçi”nin U-12 komandası beynəlxalq turnirə dəvət aldı

“Neftçi”nin U-12 komandası Özbəkistanda keçiriləcək futbol üzrə beynəlxalq turnirə dəvət alıb. Bunu “Tezadlar”a Bakı klubunun aşağı yaş qrupları üzrə koordinatoru İslam Kərimov deyib. Komanda Qubada keçirilmiş II “Ulduz Cup” yarışının qalibi olduqdan sonra Özbəkistana dəvət edilib. Beynəlxalq turnir oktaybrda Daşkənddə təşkil olunacaq.
Bakıdan Maleyə birbaşa uçuşlar yenidən açılır – həftədə 3 dəfə

“Azərbaycan Hava Yolları” QSC (AZAL) oktyabrın 27-dən etibarən Maldiv adalarına birbaşa uçuşları bərpa edəcək. “Tezadlar” bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata görə, uçuşlar Bakı–Male istiqamətində həftədə 3 dəfə – bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcək. Biletləri AZAL-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə bron etmək mümkündür. Xatırladaq ki, AZAL ilk dəfə 9 […]
Kişilər arasında yeni trend – cərrahi boy uzatma

Boyun cərrahi yolla uzadılması əvvəllər yalnız ayaqlardakı uzunluq fərqini aradan qaldırmaq üçün istifadə edilirdi. Lakin bu əməliyyat son illərdə estetik məqsədlə, xüsusilə də kişilər arasında populyarlaşaraq dəbə çevrilib. Türkiyə isə nisbətən ucuz qiymətlər səbəbindən bu sahədə əsas mərkəzlərdən biri olub. Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, prosedur sümüyün (baldır və ya bud) kəsilməsi və xüsusi […]
“Fənərbahçe” Joze Mourinyo ilə yollarını ayırdı

“Fənərbahçe” klubu baş məşqçi Joze Mourinyo ilə yollarını ayırdıqdan sonra komandanın başında kimin yer alacağı maraq mövzusu olub. Tezadlar.az xəbər verir ki, “Gençlerbirliyi” ilə qarşılaşmada komandanı müvəqqəti olaraq köməkçi məşqçi Zeki Murat Göle idarə edəcək.Mourinyonun gedişindən sonra həm o, həm də onun məşqçi heyəti ilə əməkdaşlıq dayandırılıb. Komandanın sükanı müvəqqəti olaraq Göleyə tapşırılıb və o, […]
Bako Sahakyan: “Qondarma rejimə silahı Ermənistan Müdafiə Nazirliyi göndərirdi”

Avqustun 29-da Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan digər sənədlər səsləndirilib. “Tezadlar”un məlumatına görə, təqsirləndirilən şəxs Bako Sahakyan ibtidai istintaqda ifadəsində bildirib ki, o, 1993-1995-ci illərdə qondarma rejimin “müdafiə ordusu”nda “maddi-texniki təchizat üzrə qərargah rəisi” işləyib. 1994-cü ilin mayında […]
Türkiyədə maliyyə müşaviri silahlı hücum nəticəsində öldürüldü

Türkiyədə vəzifəli şəxs sui-qəsd nəticəsində öldürülüb. Tezadlar.az yerli mediaya istinadla bildirir ki, hadisə Afyonkarahisar rayonunun Bolvadin qəsəbəsində baş verib. Maliyyə müşaviri 65 yaşlı İsmet Çelik evdən çıxarkən naməlum avtomobillə gələn maskalı şəxs ona ardıcıl atəş açıb. Nəticədə ayaqlarından güllə yaraları alan müşavir xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə rəğmən onu xilas etmək mümkün olmayıb. Digər tərəfdən məlum […]
Damla açıq hava konserti ilə pərəstişkarlarını duyğulandırdı

Məşhur müğənni Damla görüntüsü ilə diqqət çəkib. Tezadlar.az xəbər verir ki, sevənlərinin qarşısında açıq hava konsertində çıxış edən ifaçı geyim tərzi və izləyiciləri səmimiyyəti ilə seçilib. Emosiyalara qapılan pərəstişkarlardan bəziləri göz yaşlarına hakim kəsilə bilməyiblər. Sosial şəbəkələrdə müzakirə yaradan videonu təqdim edirik:
Oktyabrın 1-də Azərbaycanda 13 hərrac və 2 torpaq müsabiqəsi keçiriləcək

Oktyabrın 1-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Azərbaycanın regionlarında 2 torpaq müsabiqəsi və 13 hərrac keçirəcək. “Tezadlar” bu barədə quruma istinadən xəbər verir. Hərraclar ƏMDX-nın Sumqayıt, Gəncə, Şirvan, Mingəçevir, Qazax, Xaçmaz,Beyləqan, Cəlilabad, Qazax, Cəlilabad və Şəki ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 15 torpaq sahəsi çıxarılacaq. Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.
UEFA Konfrans Liqasının 2025/26 mövsümü üçün püşkatma keçirildi

Bu gün 2025/26 mövsümü UEFA Konfrans Liqasının Liqa mərhələsinin püşkü atılıb. “Tezadlar” xəbər verir ki, nəticədə komandaların əsas mərhələdəki rəqibləri müəyyənləşib. Konfrans Liqasında Çempionlar Liqası və Avropa Liqasından fərqli olaraq komandalar əsas mərhələdə 8 yox, 6 oyun keçirəcəklər. 36 iştirakçının hamısı vahid sıralamada yer alacaq. Xalı ən çox olan 8 komanda 1/8 finala yüksələcək. 9-24-cü […]
Dələduzluqda təqsirləndirilən Özbəkistan vətəndaşı ölkəsinə təhvil verildi

Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib. “Tezadlar” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 1987-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Burxonova Gulnoza Raxmatullaevnanın cinayət məsuliyyətinə cəlb olunması üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib. Özbəkistanda dələduzluq və rəsmi sənədləri saxtalaşdırma cinayətlərinin törədilməsində təqsirləndirilərək, […]
Söküntü prosesi: Yasamal sakinlərinə minimum 2 min manat kompensasiya

Bakının Yasamal rayonunda yeni söküntü prosesi həyata keçiriləcək. Yasamal rayonunda yerləşən Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində yerləşən fərdi yaşayış evləri mərhələli şəkildə söküləcək. Hazırda həmin ərazilərdə inventarizasiya işləri aparılır. Bu proses tamamlandıqdan sonra söküləcək evlərin dəqiq sayı açıqlanacaq. Planlaşdırmaya əsasən, söküntü işləri mərhələli şəkildə icra ediləcək. Əmlakı söküləcək sakinlərə minimum 2 min manat kompensasiya […]
Müharibə hər halda bitəcək, Putin qaça bilməyəcək

Ukrayna Birləşmiş Ştatlardan Rusiyaya qarşı “güclü addımlar” gözləyir. “Tezadlar” “RBK-Ukrayna”ya xəbər verir ki, bunu ölkə Prezidenti Vladimir Zelenski bildirib. “Hər birimiz dediyimiz və hazır olduğumuz şeylərə görə məsuliyyət daşımalıyıq… ABŞ-dan Rusiyaya qarşı hansısa güclü addımlar gözləyirik, çünki onlar bizə təklif etdilər və biz razılaşdıq. Rusiya isə hələ razılaşmayıb”, – o qeyd edib. V.Zelenski əlavə edib ki, […]
Azərbaycanlı müğənnilər Rusiyaya buraxılmır – Tovuzlu və Qafarzadə də siyahıda

Son günlər Azərbaycanın bir sıra şou-biznes nümayəndələri, müğənnilər Rusiyaya səfər edən zaman problemlərlə qarşılaşırlar. Onlardan bəzisi, ümumiyyətlə, adıçəkilən ölkəyə buraxılmır, digərləri isə keçid məntəqələrində saatlarla gözlədilir. “Tezadlar”ın məlumatına görə, bu gün müğənnilər Şəbnəm Tovuzlu və Nadir Qafarzadə bənzər problemlə üzləşiblər. Bu barədə paylaşım edən Ş.Tovuzlu aparıcı Çinarə Əliyevanın həyat yoldaşı, həkim Ruslan Rəsulla birlikdə qonşu ölkəyə buraxılmadıqlarını, […]
Masazır-Novxanı yolunda hərəkət sxemi dəyişdirilir

Bu gün saat 19:00-dan dan etibarən Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsinin 16-cı kilometrində Masazır-Novxanı və Saray-Novxanı avtomobil yollarının kəsişməsində (Masazır gölünün yanı) aparılan tikinti işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək. “Tezadlar” xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, yol hərəkəti […]
Lənkəranda onlarla vətəndaşı aldatdı – 32 min manatlıq zərər

Lənkəranda vətəndaşlara qarşı külli miqdarda dələduzluq edilib. Tezadlar.az xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək tanınmış mağazalar şəbəkəsindən onların adına kredit yolu ilə götürülmüş məişət avadanlıqlarını dələduzluq yolu ilə ələ keçirən şəxs saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, həmin cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 43 […]
Zelenski: “Qlobal Cənub və ABŞ ilə əsir mübadiləsi üzərində işləyirik”

Ukraynanın danışıq qrupları Qlobal Cənub ölkələri və ABŞ ilə hərbi əsirlərin mübadiləsi, ukraynalı uşaqların və digər dövlətlərin əsir düşmüş vətəndaşlarının qaytarılması üzərində işləyir, həmçinin gələcək lider görüşləri üçün platformalar hazırlayırlar. “Tezadlar” xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. “Danışıqlar prosesinə gəlincə, hazırda komandamız Qətər – Səudiyyə Ərəbistanı – Türkiyə – BƏƏ – İsveçrə – […]
TBMM-də Qəzza iclası: Ankara İsraillə bütün əlaqələri kəsdi

Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) Qəzza ilə bağlı xüsusi iclas keçirilib. “Tezadlar” xəbər verir ki, iclasda çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə və İsrail arasında əlaqələrin hazırkı vəziyyətindən danışıb. O, ölkəsinin İsraillə ticarət əlaqələrini kəsdiyini vurğulayıb: “İsraillə ticarətimizi tamamilə kəsmişik. Türkiyə gəmilərinin İsrail limanlarına getməsinə, İsrail təyyarələrinin isə hava məkanımıza […]
Kremldən Paşinyana sərt cavab: “Üçtərəfli razılaşmalar aktual olaraq qalır”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın üçtərəfli bəyanat barədə dediklərinə münasibət bildirib. Tezadlar.az “Ria Novosti”yə istinadla xəbər verir ki, Zaxarova bugünkü brifinqdə Paşinyanın bəyanatını “nitq fiquru” adlandırıb. Zaxarova qeyd edib ki, 2020-2022-ci illərin üçtərəfli razılaşmaları aktual olaraq qalır, tərəflərdən heç biri onlardan çıxmayıb, bu barədə sənədlər də mövcud deyil. […]
Kreditləşmənin ən yüksək artım tempi baş verən regionlarımız

2025-ci ilin avqustun 1-nə Azərbaycanın regionlarında (Bakı iqtisadi rayonu istisna olmaqla) bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 6 milyard 755 milyon 296 min manat təşkil edib. Bu rəqəm ötən ilin müvafiq dövrünün göstəricisindən 15,98 faiz çoxdur. Tezadlar.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, regionlar arasında kreditləşmənin ən yüksək artım tempi Abşeron-Xızı […]
Ağdaşın gənc icra başçısı prezidentdən şiddətli töhmət aldı

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Rüfət oğlu Hüseynzadəyə işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət elan edilib. Tezadlar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. *** Xatırladırıq ki, Orxan Hüseynzadə ikinci icra başçısıdır ki, Prezident sərəncamı ilə şiddətli töhmət alır. İlk dəfə pandemiya dövründə isə İsmayıllının […]
SƏRƏNCAM: “Qarabağ” futbol klubuna 5 milyon manat!

UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 5 milyon manat ayrılıb. Tezadlar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli […]
Çin Qələbənin 80 illiyi münasibətilə Prezident İlham Əliyevi, o cümlədən 25 ölkənin liderlərini ölkəsinə dəvət edib -KİV

Çin Yaponiya işğalçıları üzərində Qələbənin 80-ci ildönümü və İkinci Dünya Müharibəsinin başa çatması münasibətilə böyük tədbirlər hazırlayır.
Trampın başına faciə gələrsə prezident olmağa hazıram – Vens

ABŞ-ın vitse-prezidenti J.D.Vens bildirib ki, əgər Donald Tramp prezidentlik müddətini başa vura bilməyəcəksə, o, vəzifəsini yerinə yetirməyə hazırdır. “Mən tam əminəm ki, Birləşmiş Ştatların prezidenti yaxşı vəziyyətdədir, səlahiyyət müddətini başa vuracaq və Amerika xalqı üçün böyük işlər görəcək. Əgər Allah göstərməsin, dəhşətli faciə baş versə, mən son 200 gündə yaşadığımdan daha yaxşı təcrübə təsəvvür edə […]
Həftəsonu “Kənddən şəhərə” yarmarkası bakılıları gözləyir – bu ünvanda

Avqustun 30-31-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən şəhərə” yarmarkası keçiriləcək. Tezadlar.az nazirliyin məlumatına istinadən xəbər verir ki, ənənəvi olaraq təşkil olunan bu yarmarka həm yerli fermerlərin satış imkanlarının genişləndirilməsini, həm də şəhər sakinlərinin sağlam və təbii məhsullarla təmin olunmasını hədəfləyir. Tədbirdə ölkənin müxtəlif bölgələrindən […]
Ermənistanın metallurgiya zavodunda mərmi istehsalı-ƏDALƏT VERDİYEV YAZIR

…Hakimiyyətə yaxın olan Ermənistan vətəndaşı Daniil İonannisyan öz səhifəsində Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən dövlət sirrini paylaşıb. Onun sözlərinə görə metallurgiya zavodu kimi fəaliyyət göstərən GTB zavodunda artilleriya mərmiləri istehsal olunur. Bu haqda müxalifət və ya bitərəf biri məlumat versəydi, onun başına itin oyunu gələrdi. Amma İonannisyanı hələlik həbs edən yoxdur. İndi isə bu […]
Məktəbli valideynindən 1 milyon pul alıb və yoxa çıxıb

Kubanda 13 yaşlı yeniyetmə valideynlərindən bir milyon rubl alaraq yoxa çıxıb. Tezadlar.az bildirir ki, bu barədə lenta.ru-ya Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsindən məlumat verilib. İdarədən verilən məlumata görə, məktəblinin anası polisə müraciət edib. O, oğlunun yoxa çıxdığını deyib. Məlum olub ki, o, dələduzların qurbanına çevrilib. Bir neçə gün fırıldaqçılar yeniyetmə ilə əlaqə […]
Hindistan daha bir Rusiya məhsulunun alışını artırır

2025-ci ilin yanvar-iyun aylarında Rusiya Hindistana gübrə ixracını 20 faiz artıraraq 2,5 milyon tona çatdırıb. Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Gübrə İstehsalçıları Assosiasiyasının rəhbəri Andrey Quryev deyib. Beləliklə, Hindistanın gübrə idxalında Rusiyanın payı rekord həddə – 33 faizə yüksəlib. Quryev izah edib ki, xarici bazarlardan Hindistana daxil olan bu məhsulun hər üç […]
TƏBİB-in 7 saylı poliklinikası iflic olub- BİBARÇILIQ

Bakının Xətai rayonundakı 7 saylı poliklinikada xəstələrə işgəncə verilir. Səbəb belədir: bu gün “Təzadlar”a zəng edən bir neçə xəstə bildirdi ki, 4 gündür poliklinikaya gəlib-getməkdən beziblər: “…Poliklinikada aidiyyəti bölmələrlə əlaqə sistemi işləmir, internet yox, vayfay olmamasına görə həkimlər kompüterdə heç bir yazışma apara bilmirlər. Özləri bizə deyirlər ki, TƏBİB-dən yuxarılara, mətbuata şikayət edin, bu qurum […]
Zaxarova Zelenskinin terrorçu liderlərlə ortaq xüsusiyyətindən danışıb

Ukrayna prezidenti Vladimir Zelenskinin bəyanatları keçmişdəki terror qruplaşması liderlərinin lüğətini təkrarlayır. Tezadlar.az lenta.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. O xatırladıb ki, Kanadanın baş naziri Mark Karni ilə görüşdə Ukrayna lideri Kiyevin KXDR-də təxribat hazırladığına eyham vurub, həmçinin Donbasdakı uzaq məsafədən zərbələrin müsbət nəticələrindən danışıb. Bundan […]
Daşkənd metrosu da ilin sonunadək nağd ödənişlərdən imtina edəcək

Özbəkistan Respublikasının Daşkənd Metropoliteni 2025-ci ilin sonuna kimi kassirlərin və baş operatorların xidmətlərindən tamamilə imtina etməyi planlaşdırır.
Üç minanın üstündən keçib və möcüzə nəticəsində sağ qalıb

Rusiya xüsusi təyinatlılarının “İmam” çağırış nişanlı “Axmat” döyüşçüsü RT-yə müsahibəsində avtomobili üç minanın üzərindən necə sürdüyünü və sağ qaldığını deyib. Kanalın hesabatında qeyd olunur ki, xüsusi əməliyyat başlayandan döyüşçü bütün regionları – Xersondan Kurska qədər keçib, sakinləri Sudjadan təxliyə edib, minalarla partladılıb, həmçinin FPV pilotsuz təyyarələrindən yayınıb. Tezadlar.az lenta.ru-ya istinadən xəbər verir ki, döyüşçünün özü […]
Qırğızıstanda pensiyalar artırılır – oktyabrın 1-dən

Qırğız Respublikasının Nazirlər Kabineti 2025-ci il oktyabrın 1-dən dövlət pensiyalarının indeksləşdirilməsini təsdiqləyib.
İsrail Qəzzada atəşkəsi ləğv edib

İsrail avqustun 29-da saat 11:00-dan (Bakı vaxtı ilə) Qəzza zolağını təhlükəli döyüş zonası elan edir və anklavda taktiki atəşkəs rejimini ləğv edib. Tezadlar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Telegram-da məlumat yayıb. “Bu gün səhər saat 11:00-dan etibarən yerli taktiki atəşkəs təhlükəli döyüş bölgəsi olan Qəzza şəhəri ərazisinə şamil edilməyəcək”, – […]
Ayı ona qışqıran adama hücum edib

Amerikanın Florida ştatının Apopka şəhərində ayı ona qışqıran kişiyə hücum edib. Tezadlar.az xəbər verir ki, bu barədə “News 6” məlumat yayıb. Hücum avqustun 15-də səhər saat dörd radələrində baş verib. Apopka sakini Aleksandr Roxas həyətdə iki bala ayı görüb, çölə çıxıb və onları qorxutmaq üçün qışqırıb. Təsir isə əksinə olub: ayılardan biri qışqıran adama hücum […]
Rusiya “İskəndər”lə Ukraynanın “Neptun” kompleksini vurub

Rusiya Silahlı Qüvvələrinin hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin Zaporojye vilayətində yerləşən “Neptun” kompleksini “İsgəndər” operativ-taktiki raket kompleksinin zərbəsi ilə məhv edib. Tezadlar.az xəbər verir ki, bu barədə obyektiv nəzarətin görüntülərini dərc edən Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Daha əvvəl həftəlik xülasədə Rusiya hərbi idarəsi “Neptun” kompleksinin məhv edilməsi barədə məlumat vermişdi. “İskəndər” operativ-taktiki raket kompleksindən yüksək […]
İsrail Qəzza şəhərini “təhlükəli döyüş bölgəsi” elan etdi

İsrail Müdafiə Qüvvələri Qəzza şəhərini “təhlükəli döyüş bölgəsi” elan edib və şəhərdə yerli taktiki atəşkəs rejimini ləğv edib. Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Bundan əvvəl İsrail hökuməti avqustun 31-nə Qəzzanın ələ keçirilməsi əməliyyatı ilə bağlı əməliyyat planlarının müzakirəsini planlaşdırmışdı. Qeyd olunub ki, avqustun 26-da bu məsələ ilə bağlı Nazirlər Kabinetinin […]
Qazaxıstanda yeniyetmələr arasında narkotik cinayətlərinə cəlb olunanların sayı artıb

Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi narkotik cinayətlərinə cəlb olunan yetkinlik yaşına çatmayanların sayının artdığı barədə məlumat yayıb.
Makron arvadına görə səlahiyyətlərini itirir

Fransada Makronun arvadı Brijitin özünün iddia etdiyi şəxs olmadığına dair davamlı şayiələrin səbəb olduğu siyasi böhran böyüyür. Prezident cütlüyünün apardığı sınaqlar yalnız marağı artırır. “Yelisey Sarayının işin mahiyyətinə deyil, periferik aspektlərinə yönəlmiş seçmə məhkəmə strategiyası yalnız şübhələri artırır və yeni suallar doğurur. Bu cür qeyri-müəyyənlik şayiələri tabloid dedi-qodu səviyyəsindən ölkə əhəmiyyətli məsələyə çevirib”, – Tezadlar.az […]
“12 addım” Reabilitasiya Mərkəzinə kitablar hədiyyə edildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və X.B.Natəvan adına 4 №-li kitabxana filialı narkomaniya, alkoqolizm və oyun asılılığından psixoloji müalicə “12 addım” Reabilitasiya Mərkəzinə kitablar hədiyyə etdilər. Yasamal rayon MKS-nin direktoru tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova görüşdə bildirdi ki, müasir dövrümüzda əsrin bəlasına […]
Yanvar-iyul aylarında verilən ipoteka krediti ötən ilin eyni dövründən 12 faizədək az olub…

2025-ci ilin yanvar-iyul aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 247,2 milyon manat kredit verilib.
Minsk Qrupunun ləğvini Rusiya da dəstəklədi

“Rusiya ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı Azərbaycan və Ermənistanın birgə qərarını dəstəkləyir”. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupun 2025-ci ilin dekabrına qədər tam ləğv edilməsi planlaşdırılır: “Burada söhbət üç institutun – Minsk qrupunun, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin və Yüksək Səviyyəli […]
Hərraca 56 ədəd avtomobil çıxarılacaq -başlanğıc qiymətləri 1 600 manat…

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2 oktyabr 2025-ci il tarixində saat 10:00-da hərrac keçiriləcək. Tezadlar.az xəbər verir ki, hərraca Dövlət Gömrük Komitəsinin balansında olan 56 ədəd avtomobil çıxarılacaq. Avtomobillərin buraxılış illəri 2001-ci ildən 2013-cü ilə qədər dəyişir. Hərraca çıxarılan avtomobillərin markaları arasında əsasən Volkswagen, Hyundai, Fiat, Nissan, VAZ, Mercedes Benz, Peugeot, Ford, Chevrolet və UAZ […]
Səs-küylü texnikaları ilə sakinlərin yuxusunu ərşə çəkən daha bir tikinti şirkətindən şikayət var – VİDEO

Nə gecələri var, nə gündüzləri… Ekskovatorların səsi beton qarışdıran maşınların səsinə qarışır…Tikinti materaalları danışınır, qazıntı işləri aparılır, hündür mərtəbəli yaşayış kompleksinin tikintisi gecədən səhərədək davam edir… Tezadlar.az xəbər verir ki, görüntülər Yasamal rayonu ” Nizami City” yaşayış kompleksindəndir. Ərazidə yaşayan sakinlər səs-küydən təngə gəldiklərini deyirlər. Özünü yaşayış kompleksinin iş icraçısı kimi təqdim edən şəxs iddiaların həqiqətə uyğun […]
Tanımadığı şirkətə borclu olduğu deyilərək 351 manat pensiyasından 174 manat tutulur – VİDEO

Pensiyasından şirkətə borcu olduğu bildirilərək pul tutulur… Amma vətəndaş belə bir şirkət tanımadığını iddia edir… Tezadlar.az xəbər verir ki, hadisə İsmayıllı rayon sakini Əfrail Səfərovun başına gəlib. Əfrail Səfərov deyir ki, onu bu yaxınlarda Rayon İcra və Probasiya şöbəsinə dəvət ediblər. Bildirilib ki, “AllAll Finance” MMC-yə borcu var. Əfrail Səfərovun iddiasına görə, borcu əsas gətirilərək […]
“Tramp dəhlizi” yox, Tramp adına Zəngəzur dəhlizi…

Biz heç vaxt istəmərik ki, qədim Azərbaycan torpağı olan Zəngəzur ərazisindən keçən dəhliz yeni tarixə Tramp dəhlizi kimi düşsün və Azərbaycana məxsus qədim coğrafi adı unudulsun… Təzəlikcə Prezident Cənab İlham Əliyevin “Əl-Ərəbiyyə” televiziyasının xanım müxbirinə verdiyi geniş müsahibə ölkəmizdə və beynəlxalq aləmdə böyük rezonans doğurub. Verilən suallara olduqca mükəmməl və diplomatik verilən cavablar Prezident İlham […]
“OBA” bu sahələr üzrə mütəxəssislər axtarır – son tarix 28 sentyabr

“OBA” marketlər şəbəkəsi boş vakansiyalar üzrə işçi axtarır.
“İşğalçı rejimin nümayəndəsi İrana qarşı fitnə və intriqaya macal tapmayacaq”

İran İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat katibi İsrailin Bakıdakı nümayəndəsinin İranla bağlı yalan və iyrənc bəyanatlarını pisləyib və “Təzadlar”a göndərdiyi bəyanatında vurğulayıb ki, “… işğalçı rejimin nümayəndəsi mənsub olduğu rejimin 80 illik utanc verici həyatında yalnız öz qonşularına, Fələstinlərə və bölgənin digər xalqlarına qarşı müharibə aparıb amansızca kütləvi qətl və terrorizm ilə məşğul olub. O, […]
“Toy karvanlarına qoşulan bəzi sürücülər yol hərəkəti qaydalarını pozur”- BDYPİ-dən müraciət- –

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) toy karvanlarında yol hərəkəti qaydalarına riayət olunması ilə bağlı toy sahiblərinə müraciət edib. Tezadlar.az xəbər verir ki, müraciətdə deyilir: “Toy insan həyatının ən sevincli və unudulmaz günlərindən biridir. Baş Dövlət Yol Polisi İdarəsi də bu münasibətlə bütün ailə quranlarq xoşbəxtlik və rifah arzulayır. Lakin müşahidələr göstərir ki, toy karvanlarına […]
Rusiyada əsirlikdə qalmış Xersonun meri azad edildi…

…Xersonun sabiq meri Rusiya əsirliyindən qayıdıb… BILD.de saytı yazır ki, Vladimir Nikolenko əsgər deyildi, əlində silah tutmamışdı — o, kostyum və qalstukda bir mer idi. Rusiya qoşunları Xersona daxil olduqda, Nikolenko Moskvanın təklif etdiyi kimi işğalçı administrasiyanın bir hissəsi olmağı rədd etmişdi. Mer həyat yoldaşına deyib: “Daha yaxşıdır zirzəmi və həbsxana.” Elə də olub: əməkdaşlıqdan […]
Azərbaycan qonşularla sülh və harmoniyanı qoruyur-AZAD MƏSİYEV
“İran və Azərbaycan əzəli və əbədi qardaş ölkələrdir. İranda 50 milyona yaxın soydaşımız yaşayır və bu baxımdan İran-Azərbaycan münasibətlərinin yaxşı olması hər iki dövlətin maraqlarına uyğundur. Xüsusilə İran dünyadan təcrid olunmuş və sanksiyalara məruz qalmış bir dövlətdir. Bu baxımdan qonşularla münasibətlərin yaxşı olması həm İran xalqının, həm də dövlətin maraqlarına tam uyğundur. Azərbaycanla münasibətlər xüsusilə […]
Bakıda çölü bəzək, içi təzək 43 saylı orta məktəb- NAZİRİN MENYUSUNA

…Yeni dərs ilinə cəmi 2 həftə qalıb. Tezliklə məktəb sinifləri şagirdlərini ağuşuna alacaq… Bəs Bakının Nərimanov rayonundakı 43 saylı tam orta məktəbdə necə??? XXX Sosial şəbəkələrdə yayılmış bu fotoşəkillərdəki mənzərələr təhsil naziri Emin Əmirullayevin komandasının “əl işidir”! Sitat: “…Bura hansısa ucqar kənd məktəbi deyil, Nərimanov rayonunda yerləşən 43 saylı orta məktəbin (MLK) sinif otağı və […]
Еврокомиссия хочет направить €200 млрд замороженных российских активов на восстановление Украины

Европейская комиссия разрабатывает механизм, который позволит перевести почти 200 миллиардов евро замороженных российских активов в специальный фонд и направить их на восстановление Украины после завершения войны. Как сообщает tezadlar.az, источник: Politico со ссылкой на нескольких европейских чиновников. Детали: По данным издания, Брюссель проверяет готовность национальных правительств к переводу активов в более рискованные инвестиции, которые могли […]
Araik Harutyunyan Ermənistanın təcavüzkarlığını boynuna aldı

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David […]
Rusiya çoxlu sayda NATO silahını ələ keçirib – Maroçko

Rusiya ordusunun bölmələri Luqansk Xalq Respublikasının qərb sərhədlərində gedən döyüşlərdə NATO-nun çoxlu sayda atıcı silahını, eləcə də müxtəlif növ qumbaraatanları “ələ keçirib”. Tezadlar.az bildirir ki, bu barədə TASS-a hərbi ekspert Andrey Maroçko məlumat verib. “Əgər biz uğurlarımızdan danışırıqsa, dərhal deyə bilərəm ki, Luqansk Xalq Respublikasının qərb sərhədlərində bütün döyüş təmas xətti boyunca biz çoxlu sayda […]
Çitada beş nəfər Ukraynanın maraqları naminə terror aktı törətməkdə təqsirli bilinib

Terror aktı törətdiklərinə görə 5 nəfər 7 il 8 aydan 13 ilədək müddətə azadlıqdan məhrum edilib. Onlar Çitada idman klubunu yandırıblar. Tezadlar.az xəbər verir ki, bu barədə FTX-nin Zabaykalsk diyarı üzrə mətbuat xidməti məlumat yayıb. “2-ci Şərq Dairə Hərbi Məhkəməsi terror aktı törətməkdə və təxribat törətməyə cəhddə təqsirli bilinən 5 Rusiya vətəndaşına hökm çıxarıb. Onlar […]
Heyif, onun zəhmətindən… -Mirzə Ağabəyli- 75

…Bu dəfə sizə bakılılara məxsus şirin ləhcəylə danışan, buzovnalı balası, əməkdar artist Mirzə Ağabəylidən söhbət açmaq istəyirəm. Yəqin ki, aranızda- “Həri qədeş, de gəlsün”- söyləyənlər də tapılacaq. Amma, gəlin öncə onun ömür yoluna nəzər yetirək. O, 1950-ci ildə əncir yığılan ayda Bakının Buzovna qəsəbəsində dünyaya gəlib. 1971-ci ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə […]
Fransa Ukraynanı Rusiya ilə ABŞ arasında münasibətlərdə maneə adlandırıb

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Ukrayna ABŞ və Rusiya arasında münasibətlərin bərpasına maneədir. Tezadlar.az xəbər verir ki, bu barədə Fransanın “Le Point” jurnalı öz mənbəsinə istinadən yazıb. “Trampın prioriteti Rusiya ilə funksional münasibətləri bərpa etməkdir. Onun fikrincə, Ukrayna maneədir”, – mənbə nəşrə bildirib. Bundan əvvəl Ali Radanın deputatı Aleksandr Dubinski bildirib ki, Ukrayna […]
Avropa ölkələri Ukraynada bufer zona yaradarsa…

Artıq Avropa rəsmiləri Ukraynadakı münaqişənin nizamlanması çərçivəsində bufer zona yaradılması məsələsini müzakirə etməyə başlayıblar. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə “Politico” nəşri beş avropalı diplomata istinadən məlumat yayıb. Nəşr qeyd edib ki, söhbət Rusiya və Ukrayna cəbhələri arasında 40 kilometrlik bufer zonanın yaradılması imkanından gedir və bu, mümkün sülh sazişinin tərkib hissəsi […]
Aviasiya eksperti Rusiyanın ballistik raketlərini necə təkmilləşdirdiyini belə izah edir

Rusiya hərbi qüvvələri ballistik raketlərini həm taktiki, həm də texniki cəhətdən təkmilləşdirir. Tezadlar.az xəbər verir ki, bu sözləri aviasiya eksperti və Antonov Dövlət Aviasiya Muzeyinin aparıcı elmi işçisi Valeri Romanenko deyib. “Ruslar saxta hədəflər əvəzinə ballistik raketlərə tıxanma generatorları quraşdırmağa başlayıblar. Onlar bizim hansı radarlarımıza sahib olduğumuza baxır və həmin cihazları tənzimləməyə çalışırlar ki, effektiv […]
Rada Zelenskinin Ukrayna ilə bağlı qərarlarından birinin məqsədini açıqlayıb

Kiyevin yaşı 22-dən aşağı olan çağırışçılar üçün sərhədləri açmaq qərarı Aİ ölkələrinə demoqrafik problemlərini həll etməyə kömək etmək məqsədi daşıyır. Tezadlar.az xəbər verir ki, bunu “YouTube” kanalının efirində Ali Radanın deputatı Aleksandr Dubinski deyib. “Orada (Aİ-də) uğursuzluq var, çünki onlar 90-cı illərdə çox aşağı doğum səviyyəsinə malik idilər. Və bu aşağı uğursuzluq – aşağı doğum […]
“Vostok” qruplaşması USQ-nin dörd “Starlink” stansiyasını vurub

Ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri (USQ) “Vostok” qüvvələr qrupunun məsuliyyəti zonasında dörd “Starlink” peyk rabitə stansiyasını və 12 pilotsuz uçan aparat idarəetmə məntəqəsini itirib. Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə qrupun mətbuat mərkəzinin rəhbəri Aleksey Yakovlev məlumat verib. “Starlink”in 4 peyk rabitə stansiyası və 12 pilotsuz uçuş aparatının idarəetmə məntəqəsi məhv edilib”, – Yakovlev […]
Fidan Rubio ilə Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan TGRT Haber telekanalına müsahibəsində ABŞ dövlət katibi Marko Rubio ilə Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi məsələsini müzakirə etdiyini bildirib. Tezadlar.az xəbər verir ki, XİN rəhbərinin sözlərinə görə, Türkiyə bu məsələdə əsas rol oynayır. O, Türkiyənin mövzunun onsuz müzakirə olunmasını istəmədiyini vurğulayıb. Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna üçün təhlükəsizlik […]
Putinin şəkli olan sikkələrin ikinci partiyasının buraxılması planlaşdırılır

Hazırda Rusiya prezidenti Vladimir Putinin təsviri olan 2,5 min sikkənin buraxılması planlaşdırılır. Gündəlik ilkin sifarişlər sayəsində Almaniyanın “Compact” nəşriyyatı istehsal həcmini artırmaq niyyətindədir. Tezadlar.az bildirir ki, bu barədə TASS-a jurnalın müxbiri Dominik Reyxert məlumat verib. Bundan əvvəl məlum olub ki, Almaniyanın “Compact” siyasi jurnalı Putinin şərəfinə sikkə buraxıldığını elan edib. Suvenir gümüşdən hazırlanıb. Onun üzərində […]
Paşinyan “erməni soyqırımı”na görə Netanyahuya qarşı…

Paşinyan: “İsrailin baş nazirinin dediklərinin nə Ermənistanın, nə də erməni xalqının maraqları ilə heç bir əlaqəsi yoxdur… Aydındır ki, Netanyahunun bəyanatının nə Ermənistan Respublikasının, nə xalqının, nə də erməni xalqının maraqları ilə heç bir əlaqəsi yoxdur”. Baş nazir Nikol Paşinyan bunu cümə axşamı Ermənistan hökumətinin Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında və çərşənbə axşamı […]
Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə”yə müsahibəsi Azərbaycanın liderlik mövqeyini bir daha nümayiş etdirdi

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının nüfuzlu “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində mühüm məsələlərə toxunaraq, bir daha ölkəmizin regional və beynəlxalq siyasətdəki aparıcı mövqeyini dünyaya nümayiş etdirdi. Bu fikirləri “Tezadlar”a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib. “Dövlətimizin başçısının səsləndirdiyi fikirlər regionun gələcəyi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və Azərbaycanın strateji əhəmiyyətinin artması […]
“Kayrat” tarixində ilk dəfə ÇL qrupunda – “Qarabağ”a təbrik göndərdi

Qazaxıstanın “Kayrat” klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib və eyni uğuru qazanan “Qarabağ” haqqında paylaşım edib. Tezadlar.az xəbər verir ki, Almatı təmsilçisi “TikTok” sosial şəbəkəsində video yayımlayaraq Azərbaycan çempionunu özünəməxsus tərzdə təbrik edib. Xatırladaq ki, “Kayrat” ÇL-in pley-off raundunda Şotlandiyanın “Seltik” klubunu üstələyib (0:0, 0:0, penaltilər – 3:2). “Qarabağ” isə pley-offun […]
31 yaşlı Bəhruz Kərimli həyətdəki tövlədə ölü halda tapıldı

Ağdaşda tövlədən kişi meyiti tapılıb. Tezadlar.az-ın məlumatına görə, hadisə Yuxarı Ləki kəndində baş verib. Kənd sakini 31 yaşlı Kərimli Bəhruz Vasif oğlunun meyiti yaşadığı evin həyətindəki tövlədə aşkarlanıb. Mərhumun hansı səbəblə öldüyü bilinmir. Faktla bağlı araşdırma aparılır.
“Qarabağ İtkin Ailələri” BMT-də: Ermənistan kütləvi məzarlıqların xəritəsini təqdim etməlidir

2025-ci il avqustun 28-də “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təmsilçiləri Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR – The Office of the High Commissioner for Human Rights) Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin (CED – Committee on Enforced Disappearances) Katibliyi ilə görüş keçirib. “Tezadlar” xəbər verir ki, görüşdə “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova Ermənistanın […]
Böyük Britaniya, Almaniya və Fransa İrana qarşı sanksiyaların bərpasına başlayıb

Avqust ayında BMT Təhlükəsizlik Şurasında sədrlik edən Panama təsdiqləyib ki, Böyük Britaniya, Almaniya və Fransa Tehranın nüvə proqramı ilə bağlı danışıqların uğursuzluqla nəticələnməsindən sonra İrana qarşı sanksiyaların bərpası prosesini başladıblar. “Tezadlar” xəbər verir ki, bu barədə Panamanın BMT-dəki daimi nümayəndəliyinin nümayəndəsi jurnalistlərə açıqlamasında bildirib. “Bəli, onlar “snapback” mexanizminin tətbiqi ilə bağlı rəsmi bildirişin əks olunduğu […]
Sosial şəbəkələrdə yayılan zorakılıq iddialarından sonra 13 yaşlı qızın ailəsinə baxış keçirilib

Qaxda bir neçə şəxs tərəfindən zorakılığa məruz qalan 13 yaşlı qız nəzarətə götürülüb. Tezadlar.az xəbər verir ki, bu barədə anews.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidən bildirilib. “Komitə tərəfindən aidiyyəti dövlət orqanlarına rəsmi müraciət ünvanlanıb. Qax Rayon İcra Hakimiyyəti tərəfindən yetkinlik yaşına çatmayanın yaşadığı ailəyə baxış keçirilib, uşağın ümumi vəziyyəti qiymətləndirib. Hazırda uşağın […]
Şamaxıda Heydər Əliyev Fondunun dəstəyi ilə iki yeni uşaq bağçası açıldı

Avqustun 28-də Heydər Əliyev Fondu tərəfindən Şamaxının İkinci Cabanı və Böyük Xınıslı kəndlərində inşa olunan körpələr evi-uşaq bağçalarının açılışı olub. “Tezadlar” xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib. Leyla Əliyeva körpələr evi-uşaq bağçalarının otaqları ilə tanış olub, uşaqlar üçün yaradılan şəraitə baxış keçirib. Bildirilib ki, hər iki bağça kəndlərin mərkəzində yerləşir. […]
Körpələr evinə verilən uşaqlar anaya qaytarıldı, sonra yenidən döyüldü

18:55 2023-cü il təvəllüdlü Musa Rəhimov xalası Şahanə Ağayeva tərəfindən işgəncəyə məruz qaldığı üçün Sosial Xidmətlər Agentliyinin 22 iyul 2024-cü il tarixli qərarı ilə Körpələr Evinə yerləşdirilib. Bu barədə Nəsimi Rayon Məhkəməsindən bildirilib. Qeyd edilib ki, Ağdam Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli qərarı ilə anlaqsız vəziyyətdə əməl törətmiş Şahanə Ağayeva barəsində tibbi xarakterli […]
Zelenski və Ərdoğan telefonla danışdı: Azərbaycan səfirliyi və “Bayraktar” zavodu hücuma məruz qaldı

Xəbər verildiyi kimi, Ukrayna və Türkiyə prezidentlərinin telefon danışığı olub. Tezadlar.az xəbər verir ki, Ukrayna Prezidentli Volodimir Zelenski də özünün “X” hesabında bu barədə məlumat yayıb. Volodimir Zelenski göstərdiyi dəstəyə görə Türkiyə Prezidentinə təşəkkürünü bildirib. O, “Rusiyanın hücumlarında Azərbaycan səfirliyi və Türkiyəyə məxsus şirkətin hədəf alındığını” bildirib. Tərəflər Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin olunması ətrafında […]
Məmmədəli Ağayev saxlanıldı – ona 10 ilədək həbs cəzası verilə bilər

Moskva Akademik Satira Teatrının keçmiş rəhbəri Məmmədəli Ağayev saxlanılıb. O, dələduzluqda ittiham olunur və ona 10 ilədək həbs cəzası verilə bilər. Tezadlar.az Rusiya mediasına istinadla bildirir ki, istintaqla müəyyən edilib ki, Ağayev öz teatrı ilə müqavilə bağlamaq üçün fərdi sahibkarı qeydiyyata alıb. Həmin müqavilələrə əsasən,, o, bir neçə ssenari yazmalı və hüquqlarını teatra verməli idi. Daha […]
“Meydan TV” işi üzrə fotoqraf Əhməd Muxtara ittiham elan olundu və həbs edildi

Xəbər verdiyimiz kimi “Meydan Tv” işi üzrə ibtidai istintaq başa çatıb. “Tezadlar”ın məlumatına görə, istintaqın sonunda fotoqraf Əhməd Muxtara da yekun ittiham elan edilib. Bu gün onun barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, cinayət işi Bakı Şəhər Baş Polis İdarəsində istintaq olunub.
Lukaşenko: “Putin məndən Belarus kartofu istədi, indi aparacağam”

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putin və Çin sədri Si Cinpinə kartof hədiyyə edəcək. “Tezadlar” xəbər verir ki, Lukaşenkonun bu haqda danışdığı videoçarxı “Pul pervovo” teleqram kanalı yayımlayıb. Belə ki, o, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti üçün Çinə gedəcəyini və həmkarlarına kiçik kisələrdə kartof aparacağını deyib: “Mən üç 5 kiloqramlıq torbadan ibarət 10 kisə yığdım […]
Astroloqlar xəbərdar edir: bu bürclər köhnə münasibətlərlə vidalaşacaq

Ay və Yupiterin gərgin tərəfinin təsiri altında bürc dairəsinin üç nümayəndəsi mühüm dəyişikliklər yaşayacaq. Duyğular adi haldan daha kəskin şəkildə hiss olunacaq və qavrayış – xüsusilə yüksələcək. Tezadlar.az-ın xəbərinə görə, bürcün üç şanslısı üçün bu dəfə bir növ “güzgü”yə çevriləcək, orada artıq onlara fayda verməyənləri görəcəklər. Köhnəlmiş münasibət və əlaqələri dərk etmək onları daxili transformasiyaya […]
U-14 Liqasında 390 yeniyetmə cüdoçu mübarizəyə qoşuldu

Cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının III turu start götürüb. “Tezadlar” xəbər verir ki, yarışda 80 klub və idman cəmiyyətindən olan 390 idmançı (313 oğlan, 77 qız) ümumilikdə 18 çəki dərəcəsində medallar uğrunda mübarizəyə qoşulub. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilən turnirin ilk günündə 9 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib. […]
Azərbaycan səfirliyi zərər gördü – Kiyevdə raket hücumu

28 avqustun tarixində gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları baş verib. Raketlərdən biri ölkəmizin Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Tezadlar.az-ın sorğusuna cavab olaraq bildirib. O qeyd edib ki, bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında […]
“Gangnam Style” ifaçısı Psy narkotik tərkibli dərman reseptlərinə görə araşdırılır

Cənubi Koreya polisi əsasən “Gangnam Style” hiti ilə tanınan müğənni Psy-a qarşı istintaqa başlayıb. Hüquq-mühafizə orqanlarının şübhəsinə görə, əsl adı Pak Çe San olan müğənni tanış həkimin köməyi ilə şəxsən müayinə olunmadan narkotik tərkibli preparatların yazıldığı reseptlər əldə edib. Tezadlar.az xarici mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, Psy, eləcə də onun meneceri və digər vasitəçilər […]
Məşhur amerikalı hakim Frenk Kaprio 88 yaşında vəfat etdi

ABŞ-nin dünyaca məşhur hakimi Frenk Kaprio 88 yaşında vəfat edib. “Tezadlar” bu barədə NBC-yə istinadən xəbər verir ki, onun vəfatını oğlu açıqlayıb. Qeyd edək ki, F. Kaprio 40 il Providens məhkəməsində hakimlik edib. O, daha çox “Caught in Providence” adlı televiziya prorqamı ilə tanınıb. 2023-cü ildə hakimə xərçəng diaqnozu qoyulub, 1 il sonra isə xəstəliklə mübarizədə […]
Rusiyada yarıçılpaq kişi polis şöbəsinə hücum etdi

Rusiyanın Orenburq vilayətində yarıçılpaq kişi polis şöbəsinə daxil olaraq əməkdaşlara hücum edib. Tezadlar.az yerli mediaya istinadla bildirir ki, hadisə avqustun 20-də, Orsk şəhərində baş verib. Bildirilir ki, şöbəyə soxulan idmançı sərxoş olub. O, polisi guya onu incidən nəsə etməkdə günahlandıraraq əməkdaşlardan birinə hücum edib. Daha sonra ikinci polis əməkdaşını da yerə yıxaraq şöbəni tərk edib. Bir […]
Bu da “Qarabağ”ın Liqa mərhələsindəki rəqibləri- İNANILMAZ

Güvəndiyimiz komandamız- “Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacağı bütün rəqibləri artıq məlum oldu. Səbr və həyəcanla tezadlar.az onları təqdim edir: Atılan püşkün nəticəsinə əsasən, Azərbaycan çempionu “Qarabağ” “Liverpul” (İngiltərə), “Benfika” (Portuqaliya), “Napoli” (İtaliya) və “Atletik”lə (İspaniya) səfərdə, “Çelsi” (İngiltərə), “Ayntraxt” (Almaniya), “Ayaks” (Niderland), və “Kopenhagen”lə (Danimarka) iləsə evdə, yəni Bakıda qarşılaşacaq. Qeyd edək ki, […]
Suriyada əməliyyat başlaya bilər

Türkiyə Suriyada əməliyyata başlaya bilər. “Tezadlar” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “CNN Türk”ə müsahibəsində deyib. O, bildirib ki, Türkiyə Silahlı Qüvvələri 7/24 xidmət edir, döyüş hazırlığı vəziyyətindədir: “Burada filan şey, orada başqa şey olacaq, demək istəmirəm. Bizim demək istədiklərimizi onsuz da Prezident Rəcəb Tayyib Ərdoğan deyib. Suriyaya gəlincə, bütün silahlı qüvvələrimiz […]
39 yaşlı dünya çempionu Raul Albiol A Seriyasına qayıdır

Yayda İspaniya təmsilçisi “Vilyarreal”la müqaviləsinin müddəti başa çatan Raul Albiol karyerasını İtaliyada davam etdirə bilər. “Tezadlar” “Football Italia”ya istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçi A Seriyasının debütantı “Piza” ilə anlaşıb. İspaniya millisinin heyətində dünya və Avropa çempionu olan futbolçunun “Piza”ya keçidinin yaxın günlərdə açıqlanacağı bildirilir. Qeyd edək ki, R.Albiol karyerası ərzində ölkəsində “Valensiya”, “Xetafe”, “Real” […]
Yeni tədris ilində məktəblərdə yeni dərsliklər tədris olunacaq

Yeni tədris ilində ümumtəhsil müəssisələrində Təhsil İnstitutunun təşkilatçılığı ilə hazırlanan yeni dərsliklər tədris olunacaq. Bu barədə “Tezadlar”a Təhsil İnstitutundan (ARTİ) bildirilib. ARTİ tərəfindən hazırlanan bu dərsliklər ümumtəhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir təlim yanaşmalarının tətbiqi və şagirdlərin biliklərinin daha sistemli formalaşdırılması məqsədini daşıyır. 2025-2026 -cı tədris ilində istifadəyə veriləcək yeni dərsliklər: 8-ci sinif – Kimya, Fizika, […]
Salyanda 87 yaşlı kişinin meyiti Kür çayından çıxarıldı

Kür çayının Salyan rayonundan keçən hissəsində yaşlı kişi meyiti aşkar olunub. “Tezadlar”ın Aran bürosu xəbər verir ki, hadisə Salyan şəhəri ilə Babazanlı yaşayış məntəqəsini birləşdirən körpünün yaxınlığında qeydə alınıb. Məlumata görə, meyit şəhərin Qüdrət Səmədov küçəsində yaşayan, 1938-ci il təvəllüdlü İbrahimov Əbülfəzə məxsusdur. Meyit götürülərək aidiyyati üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Milli Məclis: Azərbaycana qarşı sosial şəbəkələrdə aparılan informasiya kampaniyası ifşa edildi

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı davam edən informasiya kampaniyasına dair açıqlama yayıb “Tezadlar”ın məlumatına görə, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası 6 avqust 2025-ci il tarixli açıqlamasının davamı olaraq bildirir ki, “Facebook” sosial media və sosial şəbəkə platformasının Azərbaycan seqmentində qonşu dövlətlərdən birinin ərazisindən ölkəmizə qarşı […]
Uitkoff protokolu pozub və stenoqrafsız Putinlə görüşə gedib

ABŞ liderinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff avqustun 6-da Rusiya prezidenti Vladimir Putinlə görüşə dövlət katibi olmadan gəlib və bununla da protokolu pozub. Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Uitkoff Rusiya prezidentinin dəqiq sözlərini qeyd etmədən qalıb. Nəticədə, avqustun 7-də Avropa liderləri ilə telefon danışığı zamanı […]
Ağdamda atasının döydüyü azyaşlıların vəziyyəti nəzarətdə saxlanılır

Ağdamda şiddətə məruz qalmış azyaşlıların vəziyyəti nəzarətdə saxlanılır, onların hüquqlarının müdafiəsi Ombudsmanın diqqət mərkəzindədir. Bu barədə “Tezadlar”a Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki, Ağdam rayonunda atası tərəfindən döyüldüyü iddia edilən 2 azyaşlı uşağın xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat yayımlandığı andan etibarən məsələ Ombudsman Aparatı tərəfindən araşdırılır, uşaqların vəziyyəti nəzarətdə saxlanılır. Vurğulanıb ki, hazırda 2023-cü il təvəllüdlü […]
Aİ Komissiya sədri: Putin danışıqlar masasına oturmalıdır

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ Prezidenti Donald Trampı telefon vasitəsilə Kiyevdəki Avropa İttifaqı (Aİ) missiyasının binasının zədələnməsi barədə məlumatlandırıb. “Tezadlar” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Kiyevə qarşı həyata keçirilən və həmçinin Aİ-dəki ofislərimizə təsir edən kütləvi hücumdan sonra ABŞ Prezidenti Donald Trampla danışdım. Rusiya lideri Vladimir […]
Ukrayna XİN ABŞ və Avropa ölkələrini Kiyevi uzaqmənzilli raketlərlə təmin etməyə çağırıb

Ukrayna Xarici İşlər Nazirliyi avropalı tərəfdaşlarını və ABŞ-ı dərhal Kiyevə uzaqmənzilli raketlər və hərbi maliyyələşdirmə üçün daha çox pul verməyə çağırıb. “Biz tərəfdaşlarımızı Ukrayna səmasını qorumaq üçün dərhal Ukraynaya əlavə hava hücumundan müdafiə qüvvələri, uzaq mənzilli silahlar və əlavə hərbi yardım paketləri verməyə çağırırıq”, – Tezadlar.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin Facebook-da yeralan […]
Selçuk Bayraktar: Türkiyə artıq gəmilərdəki hərbi mexanizmləri də istehsal edir

Artıq Türkiyə müdafiə sənayesi gəmilərdəki hərbi mexanizmi də istehsal edir. “Tezadlar” xəbər verir ki, bunu “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar “TEKNOFEST – Mavi Vatan” çərçivəsində “Haber Global”a açıqlamasında deyib. O, nümayiş etdirilən gəmilər barədə də geniş məlumat verib: “Gəmilərdəki hərbi sistem və mexanizmin Türkiyədə istehsal edilməsi gəminin özünün hazırlanmasından da vacib bir məsələdir”. S.Bayraktar […]
Rəhmon və Nurtleu Mərkəzi Asiyanın inkişafı üçün müqavilə imzaladı

Tacikistan və Qazaxıstan XXI əsrdə Mərkəzi Asiyanın inkişafı məqsədilə dostluq, mehriban qonşuluq və əməkdaşlıq müqaviləsi imzalayıblar. Bu barədə “Tezadlar” Tacikistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir. Sənədi Tacikistan Prezidenti Emoməli Rəhmon və Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu imzalayıblar. Tacikistana səfəri çərçivəsində Murat Nurtleu bu ölkənin Prezidenti Emoməli Rəhmonla görüşüb. İki ölkə arasında siyasi, […]
Abşeronda qətl: kişi bıçaqlanaraq öldürüldü

Abşeronda qətl törədilib. Abşeron rayon prokurorluğundan Tezadlar.az-a verilən məlumata görə, avqustun 28-də saat 14 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində 1971-ci il təvəllüdlü Adil İmambaxışovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1972-ci il təvəllüdlü Vüqar Abuzərovun bıçaqla xəsarət yetirərək Adil İmambaxışovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət […]
Azərbaycanda aqroparkların fəaliyyəti yeni mərhələyə keçir

Azərbaycanda aqroparkların fəaliyyəti daha yaxşı formada təşkil ediləcək və bu, aqrar sahənin dayanıqlı inkişafını dəstəkləyəcək. Kənd Təsərrüfatı Nazirliyindən “Tezadlar”a verilən məlumata görə, bunu nazir müavini İlhamə Qədimova “Aqroparkların inkişafında yeni mərhələ” mövzusunda keçirilmiş tədbirdə deyib. O, qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı 14 aprel 2025-ci il tarixli fərmana əsasən, aqroparkların yaradılması və aqroparkların fəaliyyətinin tənzimlənməsi […]
Oğul anasını güllələdi, sonra intihar etdi

Sabirabad sakini anasını güllələyərək yaralayıb, özünü isə öldürüb. Tezadlar.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Nizami kəndində baş verib. Kənd sakini 55 yaşlı İsayev Malik Xanlar oğlu anası 87 yaşlı Hüseynova Səbiyyə Astan qızına arxadan ov tüfəngi ilə atəş açaraq yaralayıb. Daha sonra özünü güllələyərək öldürüb. S.Hüseynova Şirvan xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.
Bakı və Abşeronda 20 su müəssisəsi bağlandı

Qida Təhlükəsizliyi Agentliyi iyul ayından etibarən aparılan monitorinq çərçivəsində su istehsalı müəssisələrindən 39, yol kənarlarında və binaların həyətlərində quraşdırılmış modul tipli su aparatlarından 47 nümunə götürülərək, laborator müayinələrə cəlb olunub. AQTA-dan Tezadlar.az-a verilən xəbərə görə, mikrobioloji göstəricilər üzrə sınaq nəticələrində uyğunsuzluq müəyyən edilən su emalı müəssisələrində və su aparatlarında yoxlamalar aparılıb. Yoxlama zamanı 20 su emalı müəssisəsindən […]
3 min illik konus formalı bürünc balta tapıldı

İndoneziyada arxeoloqlar unikal bir artefakt aşkarlayıblar. Yeni tapılan konus formalı bürünc baltanın yaşı üç min ildən çoxdur. Alimləri təəccübləndirən təkcə onun görünüşü deyil, həm də mənşəyidir. Harada tapılıb? Tezadlar.az xəbər verir ki, artefakt Kalimantandan olan bir kəndlinin şəxsi kolleksiyasında aşkarlanıb. Kişi baltanı dayak xalqına aid ənənəvi daş alətləri və muncuqlarla birlikdə saxlayırmış. Onları qızıl yuyarkən tapıb. […]
“Braqa”dan “Qarabağ”a emosional təbrik: “Qürurlu ata kimi hiss edirik”

Portuqaliyanın “Braqa” klubu “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi münasibətilə maraqlı təbrik paylaşımı edib. Tezadlar.az xəbər verir ki, bu paylaşım klubun rəsmi “TikTok” hesabında yerləşdirilib. Postda məşhur filmdən bir ağlama səhnəsi istifadə olunub və üzərinə belə yazılıb: “Qarabağ”ın Çempionlar Liqasına yüksəlməsini izləyən qürurlu ata kimi hiss edirəm”. Videonun açıqlama hissəsində isə əlavə edilib: “Sizin […]
Pişiyin qatarda ucadan miyoldamasına görə sahibinə 110 avro cərimə

Fransada bir qadın pişiyinin qatarda dəfələrlə “çox ucadan miyoldaması” səbəbilə 110 avro cərimələnib. Sakitliyi pozan pişiyin adı Mone olub və onun üçün ayrıca bilet də alınıb. Tezadlar.az xarici mediaya istinadla bildirir ki, ağ pişik Mone sahibi Kamilla və onun gənc dostu Pyerlə birlikdə səyahət edib. Lakin xoş bir səfər əvəzinə, Kamilla ciddi məbləğdə cərimə ilə üzləşib. […]
Nizami rayonunda partlayış: 15 ailə müvəqqəti kirayəyə köçürüləcək

Bakının Nizami rayonu, Əli Vəliyev küçəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayışda birinci girişin dörd və beşinci mərtəbələri tam qəzalı vəziyyətə düşüb. Fövqəladə Hallar Nazirliyindən (FHN) “Tezadlar”a bildirilib ki, partlayış nəticəsində qəzalı vəziyyətə düşən binada 15 mənzilin sakininə müvəqqəti kirayə pulu veriləcək. “Həmin mərtəbələr sökülüb yenidən bərpa ediləcək. Yaxın müddətdə hökumət bununla bağlı müvafiq qərar qəbul edəcək. […]
“Miray” ləqəbli tiktoker Aysel Mustafayeva saxlanıldı

Azərbaycanda daha bir tiktoker saxlanılıb. Tezadlar.az-ın əldə etdiyi məlumata görə, “Miray” ləqəbli tiktoker Aysel Mustafayeva Sumqayıtda polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində olan iddialarla bağlı araşdırma aparılır. Qeyd edək ki, “Miray” TikTok-da qeyri-etik ifadə və davranışları ilə məşhurdur.
Paşinyan: “10 noyabr bəyanatı artıq qüvvəsini itirib”

Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci il noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatın artıq qüvvəsini itirdiyini açıqlayıb. Tezadlar.az xəbər verir ki, Paşinyan bu barədə keçirdiyi brifinqdə danışıb. “Noyabrın 9-na qayıtmağın mənası yoxdur. Həmin tarix özündə qaldı”, – Ermənistanın hökumət başçısı bildirib.
Məşhur aparıcı cütlüyün romantik anı gözlənilməz şəkildə kəsildi

Məşhur aparıcı cütlük Zaur və Günay yenə də diqqət mərkəzinə düşüb. Tezadlar.az xəbər verir ki, onların hovuz kənarında yaşadığı romantik an sosial şəbəkələrdə maraqla qarşılanıb. Lakin həmin məqamda hovuzda sərinlənən qızlarının qəfil görüntüsü romantikanı yarımçıq qoyub. Zaurun bu vəziyyətə verdiyi reaksiyası izləyicilərdə gülüş doğurub. Paylaşılan görüntülər qısa zamanda sosial mediada yayılıb.
Holann formasında anasının soyadını daşıyacaq

İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Holann Norveç millisindəki formasında soyadını dəyişdirib. Tezadlar.az xəbər verir ki, bu barədə Norveç yığmasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, futbolçu bundan sonra “9” nömrəli formanı “Braut Haaland” soyadı ilə geyinəcək. 25 yaşlı hücumçu indiyədək yalnız atasının soyadı ilə tanınırdı. Lakin o, anası Qryu Marita Brautun soyadını da əlavə […]
Yunanıstanda 4 türk qadın restorandan qovuldu – səbəb Acun Ilıcalı

Yunanıstanın Saqqız adasına gedən 4 türk qadın restorandan qovulub. Tezadlar.az xəbər verir ki, qadınlar bunun türkiyəli iş adamı Acun Ilıcalıya görə edildiyini bildirib. Onlar bildirib ki, yemək yedikləri restorandan qovulublar. Hadisə avqustun 22-də “Roussiko” adlı restoranda baş verib. İddialara görə, sahibi Ilıcalı və ailəsinə yer açmaq üçün dörd qadını masasından çıxarıb. Onlara “Qalx, Çeşməyə get” […]
Türkiyədə klub prezidenti kafedə güllələnərək öldürüldü

Türkiyədə “Alemdağ” İdman Klubunun prezidenti Tuncay Meriç kafedə oturduğu yerdə silahlı hücuma məruz qalıb və həyatını itirib. Tezadlar.az xəbər verir ki, hadisə avqustun 27-də axşam saatlarında Güngören məhəlləsində qeydə alınıb. Məlumata görə, 49 yaşlı Meriç naməlum şəxs tərəfindən başından vurulub. İlkin araşdırmalar qətlin borc mübahisəsi zəminində törədildiyini göstərir. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlərin […]
Ryazanda azərbaycanlı Ukrayna kəşfiyyatı ilə əməkdaşlığa görə 5 il həbs edildi

Ryazan sakini Ukrayna hərbi kəşfiyyatı üçün Rusiya təhlükəsizliyinə xələl gətirə biləcək məlumat toplamağa cəhd etdiyi üçün məhkum edilib. Tezadlar.az xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. 55 yaşlı Azərbaycan vətəndaşı “WhatsApp” və “Signal” vasitəsilə Ukrayna xüsusi xidmət orqanları ilə əlaqə saxlayaraq kəşfiyyat məlumatları toplamış, lakin FSB əməkdaşları […]
Rəqsanə İsmayılova ev dustaqlığına buraxılmaq üçün məhkəməyə müraciət edəcək

Dələduzluqda ittiham olunaraq həbs edilən müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılmaq üçün məhkəməyə müraciət edəcək. Tezadlar.az xəbər verir ki, bu barədə Musavat.com-a müğənninin vəkili Hikmət Əliyev açıqlama verib. O, onkoloji xəstəlikdən əziyyət çəkən müğənninin səhhətinin qənaətbəxş olduğunu bildirib: “Ev dustaqlığına buraxılması üçün hələ müraciət etməmişik. Amma müraciət edəcəyik. Həbsdə xəstə olan bir xanım üçün yaxşıdır […]
Azər Həsrət: “Netanyahunun bəyanatı Azərbaycan üçün məqbul deyil”

Tezadlar.az xəbər verir ki, bir neçə gündür dünya mediası İsrail Baş naziri Benyamin Netanyahunun “erməni soyqırımı”nı tanıdığı haqqında xəbəri tirajlayır. Bildirilir ki, İsrail dövlət olaraq rəsmən hər hansı qərar qəbul etməsə də Benyamin Netanyahu mediaya verdiyi açıqlamada bu “soyqırım”ı tanıdığını deyib. Bununla da o, İsrailin belə bir fikirdə olan ilk dövlət/hökumət rəhbəri kimi tarixə düşüb. […]
Vaşinqton sənədləri ilə bağlı danışıqlara sentyabrda start veriləcək

Azərbaycan və Ermənistan arasında Vaşinqton sənədləri üzrə müzakirələr sentyabr ayından başlayacaq. Tezadlar.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə bildirib. O, bunları deyib: “Hazırda heç bir müzakirə yoxdur. Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq”.
Valideynləri həbs olunan azyaşlılar dövlət himayəsinə veriləcək

Ağdamda valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək. Bu barədə “Tezadlar”ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən (SXA) məlumat verilib. Agentliyin əməkdaşları hər iki uşağın vəziyyəti ilə yaxından maraqlanır və azyaşlıların mənafeyinə uyğun addımların atılması məqsədilə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş aparırlar. Qeyd olunub ki, hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında […]
Sosial şəbəkələrdə gənclərin Ukraynanı tərk etməsi ilə bağlı çoxlu videolar yayımlanır

TikTok sosial şəbəkəsi bu gün – Nazirlər Kabinetinin sərhədi keçməsinə icazə verən qərarının qüvvəyə mindiyi ilk gündə Ukraynanı tərk edən 18-22 yaş arası kişilərin videoları və hekayələri ilə doludur. Tezadlar.az xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb. Nəşrin Telegram kanalında da yerləşdirdiyi videolarda kişilər təəssüratlarını bölüşürlər. Onlardan biri deyir: “Mən artıq Polşadayam, bunun […]
7 ayda həyat sığortası üzrə 531 milyon manat toplanıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 531,223 milyon manat sığorta haqqı toplanılıb. “Tezadlar” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,1 % çoxdur. Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 27,2 % artaraq 376,05 milyon manata çatıb. Beləliklə, 7 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 70,8 manatı müştərilərə geri ödənilib. Bu […]
İran Prezidenti sentyabrın 9-da Çində Si Cinpinlə görüşəcək

İran Prezidenti Məsud Pezeşkian sentyabrın 9-da Çinə səfər edəcək. “Tezadlar” xəbər verir ki, bu barədə dövlət başçısının müşaviri Mehdi Sənai “X” sosial şəbəkəsində bildirib. Səfər çərçivəsində Pezeşkian 30-dan çox ölkənin iştirak edəcəyi Şanxay Əməkdaşlıq Təşkilatı və “Şanxay plus” sammitlərində iştirak edəcək. Səfər proqramına, həmçinin Çin Sədri Si Cinpin ilə danışıqlar, eləcə də ikitərəfli münasibətlərin möhkəmləndirilməsi […]
Kiyevdəki Aİ səfirliyinin binasını kim vurub?

Avqustun 28-də gecə hava hücumlarından sonra Aİ-nin Kiyevdəki səfirliyinin binasına ziyan dəyib. Tezadlar.az bildirir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen məlumat verib. Fon der Leyen X sosial şəbəkəsində yazıb: “Avropa İttifaqının missiyası da gecə Kiyevdə vurulub. Heyətimiz xəsarət almayıb”. Zərərin birbaşa zərbədən, yoxsa Ukrayna hava hücumundan müdafiə qüvvələrinin işi nəticəsində baş […]
Bakı və Astana strateji tərəfdaşlıq ruhunu vurğuladı

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Jandos Şaymardanovla ikitərəfli münasibətlərin perspektivlərini müzakirə edib. “Tezadlar” xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsində məlumat yayılıb. Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıb, onların strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri ruhunda inkişafını vurğulayıblar.
Hindistan ABŞ-ın təzyiqlərinə baxmayaraq, sentyabr ayında Rusiyadan neft idxalını artıracaq

Hindistan ABŞ administrasiyasının təzyiqlərinə baxmayaraq, sentyabrda Rusiya neftinin alışını artırmağa hazırdır. Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb. Onların proqnozuna görə, Hindistanın neft emalı zavodları avqust ayı ilə müqayisədə sentyabrda Rusiya neftinin alışını 10-20% və ya gündəlik 150-300 min barel artıracaq. Avqustun ilk 20 günündə Hindistan gündəlik 1,5 milyon barel Rusiya […]
Paytaxtın 8 rayonu zərər gördü: xilasedicilər dağıntılar altında qalanları axtarır

Kiyevdə Rusiya ordusunun zərbələri nəticəsində ölənlərin sayı 17-yə çatıb. “Tezadlar”ın Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Kiyev şəhər hərbi administrasiyası məlumat yayıb. Bildirilir ki, paytaxtın Darnitski rayonunda dağıntıların təmizlənməsi davam edir. 12:24 Rusiya ordusunun Kiyevə endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 14-ə çatıb. “Tezadlar”ın Ukrayna KİV-lərinə istinadən məlumatına görə, bu barədə şəhər prokurorluğu […]
Qukasyan Qarabağdakı cinayətlərinə susur, amma…

Bu gün avqustun 28-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyanın cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadələr və ona aid digər sənədlər elan edilib. Tezadlar.az xəbər verir ki, təqsirləndirilən şəxs Arkadi Qukasyan ibtidai istintaq zamanı ifadəsində bildirib ki, qondarma rejimin “prezidenti” kimi istənilən “vəzifəyə təyinat”la bağlı qərar qəbul etmək səlahiyyətinə […]
Ukrayna rəsmi olaraq UPK-ni Rus Pravoslav Kilsəsinə bağlı olaraq tanıyır

Ukraynanın Etnosiyasət və Vicdan Azadlığı üzrə Dövlət Xidməti (SSUECS) kanonik Ukrayna Pravoslav Kilsəsinin Rus Pravoslav Kilsəsinə bağlı təşkilat olması ilə bağlı rəsmi qərar qəbul edib. Tezadlar.az xəbər verir ki, bu barədə SSUECS-in saytında yerləşdirilən məlumatda deyilir. “SSUECS UPK-ni Ukraynada fəaliyyəti qadağan edilmiş xarici dini təşkilata bağlı olaraq tanıyıb”, – məlumatda deyilir. Bu, həm də bunun […]
Rusiyanın günlük hərbi xərcləri 580 milyon dollara çatır

2025-ci ilin ilk yarısında Rusiya Federasiyasının hərbi büdcəsi yeni tarixi rekorda çatıb. Rusiya Maliyyə Nazirliyinin məlumatlarına əsasən, ölkənin hərbi xərcləri 8,5 trilyon rubldan (təxminən 106 milyard ABŞ dolları) çox olub. Tezadlar.az xəbər verir ki, bu barədə “The Moscow Times” nəşri Almaniyanın Beynəlxalq Təhlükəsizlik İnstitutunun tədqiqatçısı Yanis Kluqenin araşdırmasına istinadən xəbər verir. Məlumatlara görə, 2024-cü ilin […]
Paşinyandan şok qərar: “9 noyabr üçtərəfli bəyanat qüvvədən düşüb…”

Bu gün Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının qüvvədən düşdüyünü bildirib. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla bildirir ki, bugünkü brifinqdə bu məsələyə toxunan Paşinyan deyib ki, “noyabrın 9-na qayıtmağa ehtiyac yoxdur”. Sitat: “9 noyabr 9 noyabrda qaldı!”. Sitatın sonu…
Sabirabaddakı avtoqəzada baba və nəvə öldü…

Sabirabadda baş verən qəzada 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Tezadlar.azın məlumatına görə, hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb. Avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, beş nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Sabirabadda yol qəzasında ölənlərin sayı 2-ə çatıb. Avtoqəza zamanı 1957-ci il təvəllüdlü Güdəcühür sakini Əliyev Rəhim Əlisa oğlu ilə yanaşı, […]
Tramp hərbi parada görə dilxor oldu

ABŞ lideri Donald Tramp iyunda ABŞ ordusunun 250 illiyi ilə bağlı keçirilən paraddan narazı qalıb, ona görə də ABŞ Hərbi Dəniz Qüvvələri onun üçün daha böyük parad hazırlamağa başlayıb. Tezadlar.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb. “Vaşinqtondakı paraddan sonra Tramp köməkçilərinə məyus olduğunu söylədi, buna görə də […]
Paşinyan cinsi orqanını göstərməklə hədələndikdən sonra hərəkətə keçdi

Ermənistanın baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin (AAK) rəhbəri II Qaregini öz cinsiyyət orqanını göstərəcəyi ilə hədələdikdən iki ay sonra vəzifəsindən uzaqlaşdırılmağa başladığını açıqlayıb. Tezadlar.az xəbər verir ki, o, bu barədə “Armenpress” agentliyinin YouTube-da yayımladığı brifinqdə bildirib. “Erməni Apostol Kilsəsi ilə bağlı mövqeyim dəyişməyib və heç bir halda dəyişə bilməz. Ktrix Nersisyan (ÜAK-ın dünya […]
Aktyor Sənan Kazımov sənət yoldaşı ilə nişanlandı – FOTO

Gənc Tamaşaçılar Teatrının əməkdaşları Sənan Kazımov aktrisa Aygün Fətullayeva ilə ailə qurmağa hazırlaşır. Tezadlar.az xəbər verir ki, gənclərin nişanı ötən gün baş tutub. Bu barədə cütlük sosial şəbəkə hesablarında paylaşım ediblər. Qeyd edək ki, aktyor Sənan Kazımov Əməkdar artist, tanınmış rejissor Nicat Kazımovun oğludur.
Siqaret kötüyünə görə 300 manat cərimə: bu necə müəyyən olunub?

Qarabağ veteranı 80 manat, tələbəsi 100 manat, pensiyaçısı 300-400 manat alan ölkədə siqaretə görə 300 manatlıq cərimə? İnzibati Xətalar Məcəlləsində ayrıca maddə var, deputatlarımız səs verib, parlament qəbul edib: “…siqaret kötüklərini və ya siqareti icazəsiz yerdə atmağa, çəkməyə görə Məcəllənin 271-1-ci maddəsində (ərazilərin siqaret kötükləri ilə zibillənməsi): Fiziki şəxslərin 300 manat, Vəzifəli şəxslərin 600 manat, […]
Netanyahunun Ərdoğandan necə qisas aldığı məlum olub

İsrailin baş naziri Benyamin Netanyahu gözlənilmədən “110 il əvvəl baş verən hadisələri” erməni soyqırımı kimi tanıyan İsrail hökumətinin ilk başçısı oldu. Tezadlar.az xəbər verir ki, bunu Almaniyanın “Bild” nəşri yazır. Amerikalı iş adamı Patrik Bet-David-in podkastında Netanyahuya ölkəsinin “niyə hələ də ermənilərin, asurilərin və yunanların türk soyqırımını tanımadığı” sualı verilib. Bet-David özü də assur köklərinə […]
DİQQƏT: Noyabrın 4-də keçiriləcək hərraca 29 nəqliyyat vasitəsi çıxarılacaq

Noyabrın 4-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək. Tezadlar.az Dövlət Xidmətinin məlumatına istinadən xəbər verir ki, hərraca 29 nəqliyyat vasitəsi çıxarılacaq. Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı […]
ATB Tailandda ölkənin turizm imkanlarını nümayiş etdirir

Azərbaycan Turizm Bürosu (ATB) “Şahdağ” Turizm Mərkəzi və digər tərəfdaşlarla birgə Tailandın Banqkok şəhərində keçirilən “PATA Travel Mart 2025” (PTM) sərgisində ölkənin turizm imkanlarını nümayiş etdirir. Tezadlar.az Dövlət Turizm Agentliyinin məlumatına əsasən xəbər verir ki, sərgidə stend ziyarətçilərinə ölkə haqqında ətraflı məlumat verilib və potensial əməkdaşlıq imkanları qiymətləndirilib. Tədbir zamanı PATA-nın baş icraçı direktoru Nur […]
Rusiya Ukraynaya məxsus Su-27 təyyarəsini vurub

Rusiya hava hücumundan müdafiə sistemləri bir gündə Ukrayna Silahlı Qüvvələrinin Su-27 təyyarəsini, iki HIMARS MLRS mərmisini və 192 təyyarə tipli pilotsuz uçuş aparatını vurub. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-27 təyyarəsini, iki idarə olunan aviabombanı, ABŞ istehsalı olan iki HIMARS […]
Qarabağ və Şərqi Zəngəzurda sənaye məhsulu istehsalı dəfələrlə artıb

2024-cü ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sənaye müəssisələri və fərdi sahibkarlar tərəfindən ümumilikdə 407,8 milyon manatlıq sənaye məhsulu istehsal olunub. Bu göstərici əvvəlki illə müqayisədə 3,5 dəfə yüksəkdir. Tezadlar.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən il Qarabağ iqtisadi rayonunda istehsal həcmi dəyər ifadəsində 316,59 milyon manat təşkil edərək illik müqayisədə […]
Paşinyan Putinlə görüş planlarından danışıb

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırdığını açıqlayıb. Görüş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutacaq. Tezadlar.az xəbər verir ki, TASS-ın məlumatına görə, Paşinyan 2025-ci il sentyabrın sonunda Rusiyaya səfər etmək niyyətini də təsdiqləyib. Qeyd edək ki, ŞƏT sammiti Pekində keçiriləcək. Təşkilat bir sıra Avrasiya dövlətlərini birləşdirir və təhlükəsizlik, iqtisadi […]
Anasını oteldə yaxalayan oğul qətl törətdi- ŞOK

Bakıda oğul anasını hoteldə sevişərkən görüb və onu qətlə yetirib. Tezadlar.az sosial mediada yayılan xəbərlərə istinadla bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisindəki hotellərin birində baş verib. Binəqədi rayon sakini, 2009-cu il təvəllüdlü Ayxan Qasımlı anası, 1989-cu il təvəllüdlü Əsmət Qasımovanı hoteldə yaxalayıb. O, anasına bıçaqla çox sayda xəsarət yetirərək qətlə yetirib. Hadisəni törətməkdə şübhəli […]
Ödənişli əsaslarla ali məktəblərə qəbul olunmuş abituriyentlər bu gündən tələbə krediti üçün müraciət edə bilərlər

Ödənişli əsaslarla ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlər 2025–2026-cı tədris ilinin payız semestri üçün 28 avqust – 8 sentyabr tarixlərində portal.edu.az platforması üzərindən təhsil qeydiyyatını həyata keçirdikləri zaman, paralel olaraq www.e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün müraciət edə bilərlər. Tezadlar.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondu məlumat yayıb. Bildiririk ki, bu […]
Mənzilə qaz verilməyibsə, bəs partlayış nədən baş verib?

“Blokdakı partlayış səsinə oyandım, çox qorxulu idi. Qonşular qışqırırdılar ki, çıx çölə, partlayış olub. Xalat geyinib, aşağı qaçdım. Hər yeri su basmışdı”. Tezadlar.az bildirir ki, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsindəki beşmərtəbəli binada partlayış baş vermiş mənzilin sahibəsi Alevtina Kərimova belə deyib. Xanım baş verənləri belə xatırlayıb: “Mən dördüncü mərtəbədə yaşayıram, partlayış isə beşinci […]
Vaqif Həsənovun 7 illik Ağdam fəaliyyəti…

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin etimadı ilə Ağdam rayonuna icra başçısı təyin edilmiş Vaqif Həsənovun vəzifəsinin icrasına başlamasının 7-ci ilidir! Bu illər ərzində Vaqif Həsənov həm tarixi sınaqlara, həm də böyük dönüşlərə şahidlik edən bir dövrün başçısı olmuşdur. Ağdamın işğalda olduğu çətin illərdə rayonumuzun insanlarına mənəvi dayaq olmuş, […]
Prezident İlham Əliyev Maqdalena Qrononu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
Nizami rayonunda yaşayış binasında partlayış

Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində beşmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Tezadlar.az xəbər verir ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən […]
Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanılıb

Avqustun 27-də ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə Tezadlar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 58, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqədar 29, qanunsuz […]
Kəlbəcərin yollarında tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir-VİDEO

Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Kəlbəcər şəhərinin daxili yollarının tikintisi layihəsi sürətlə və yüksək keyfiyyətlə icra olunur. Tezadlar.az AAYDA-nın rəsmi portalına istinadla bildirir ki, Kəlbəcər şəhərinin ilk yaşayış məhəlləsinin təməli 2023-cü il mayın 27-də Prezident İlham Əliyevin rayona səfəri zamanı qoyulub. Ümumi uzunluğu 26,5 km olan şəhərdaxili yolların birinci mərhələdə 18,9 […]
20 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 27-də ümumi çəkisi 19,7 kiloqramdan artıq narkotik vasitə, kultivasiya yolu ilə yetişdirilmiş 244 ədəd çətənə kolu və 201 ədəd psixotrop tərkibli həb aşkar olunaraq götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. RÖVŞANƏ
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Avqustun 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 6 tüfəng, 2 patron darağı və 21 ədəd patron aşkar edərək götürüblər. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. RÖVŞANƏ
Qərb və ermənilər Bakı-Moskva münasibətlərini soyutmaq istəyirlər, amma…
“Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiya hava məkanında vurulması bir faciədir. Bu, beynəlxalq konvensiyaların pozulmasıdır. Beynəlxalq konvensiyalara görə, Rusiya sərnişin təyyarəsinin öz ərazisinə daxil olmasına icazə verirsə, onun təhlükəsizliyinə də zəmanət verməlidir”. Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev tezadlar.az-a belə söylədi. Məsiyev qeyd etdi ki, bu hadisə dövlətlər arasında soyuqluğa gətirib çıxardı. […]
Futbolumuzun QURBAN QURBANOV əfsanəsi!

Hələ gənc yaşlarımda, 70-ci illərdə gələcəkdən xəbərlər verən Nostradamusun bir xəbəri dillərdə əzbər idi: “XXI əsr türkün dirçliş əsri olacaq”! Mən gələcək haqqında söylənilən heç bir fikrə, heç bir xəbərə heç vaxt inanmamışam. Amma bu kəlamın, bu xəbərin birbaşa mənsub olduğum millətlə bağlı olması məni öz ağuşuna ala bilmişdi… Zaman keçdi. Sanki ilahi qüdrətdən […]
DXR kütləvi PUA hücumu cəhdinin qarşısını alıb

DXR xüsusi xidmət orqanları bölgənin şəhərlərinə PUA-nın kütləvi hücumunun qarşısını alıb. Tezadlar.az xəbər verir ki, bu barədə regional FTX məlumat yayıb. Bildirilir ki, FTX Çexiya pilotsuz təyyarələrinin DXR şəhərlərinə təşkil etdiyi kütləvi terror aktının qarşısını alıb. PUA-lar respublikanın dinc şəhərlərinə – Makeyevka və Dokuçayevskə hücum etməyə cəhd ediblər. Departamentin məlumatına görə, Çexiya istehsalı olan FP-1 […]
Gürcüstan Qərbi “İkinci Cəbhə” ilə hədələyir

Hakim “Gürcü Arzusu” partiyasının baş katibi, Tbilisi meri və payız seçkilərində eyni posta əsas namizəd Kaxa Kaladze Qərbi həqiqətlə hədələyib. Əgər şantaj dayanmasa, Gürcüstan onu Rusiyaya qarşı “ikinci cəbhə” açmağa məcbur etmək cəhdlərinin sübutlarını dərc edəcək. Bu cəhdlər və Qərbin sərt oyunu ilə bağlı bəzi məlumatlar media üçün artıq məlumdur. Topladığımız həmin məlumatları təqdim edirik. […]
Qazaxıstanda müəllimlər süni intellektlə işləmək üçün təlimlərə cəlb ediliblər

“Orleu” Milli Təkmilləşdirmə Mərkəzi UNESCO ilə birgə yeni təhsil proqramını təqdim edib *** Qazaxıstanda müəllimlərin rəqəmsal bacarıqlarının inkişafına yönəlmiş genişmiqyaslı təlim başlayıb. Tezadlar.az xəbər verir ki, kazpravda.kz bu barədə Qazaxıstan Respublikasının Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Qeyd edilir ki, yeni tədris ili ərəfəsində Qazaxıstan Respublikası Təhsil Nazirliyi yanında “Orleu” Milli Təkmilləşdirmə Mərkəzi UNESCO ilə birgə […]
AYNA-nın daha bir velosiped zolağı ləğv edilir- “TƏZADLAR” YAZMIŞDI…

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin onsuz da Sovetlər dövründə və hətta ondan da əvvəlki keçmiş illərdə çəkilmiş, genişləndirilməmiş yollarını daraldıb velosiped, BUS və parklamalara ayırmasından çox yazılır. Hətta parlament səviyyəsində bu əsassız və qanunsuz, paytaxt küçələrində tıxaclara gətirib çıxaran məlum daraltmalar qınanıb. Amma nə fayda! *** Lakin bu gün Məmməd Rahim küçəsində gördüklərimiz belə deməyə əsas […]
Sabah daha 3 itkinimiz dəfn ediləcək…

Avqustun 29-da 3 itkin şəhid dəfn olunacaq. Tezadlar.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Qeyd edilib ki, hərbçi Hacıyev Rizvan Qara oğlu Kürdəmir rayonu, Qocalı kənd qəbiristanlığında, hərbçi Əliyev Sumbat Nüdrət oğlu Füzuli rayonu, Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında, hərbçi Kərimov Natiq Zeynal oğlu Qax […]
Avtoqəzada həlak olan Arif Acaloğlunun ailəsi həkimdən təzminat tələb edir…

Bakıda ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Tezadlar.az xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, zərərçəkmiş tərəfin hüquqi varisinin vəkilləri məhkəmədə iştirak edə bilməyəcəklərini və prosesin təxirə salınması […]
Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçin ki…- BU GÜNDƏN

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başlanıb. Tezadlar.az Dövlət İmtahan Mərkəzinə istinadla bildirir ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 28-dən 2 sentyabr saat […]
Tramp dünyanı daha təhlükəsiz edəcək razılaşma axtarır, amma…

ABŞ Prezidenti Donald Tramp strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması üzrə tədbirlər haqqında Rusiya və ABŞ arasında bağlanmış müqaviləni (START) əvəz edəcək saziş bağlamaq istərdi. “Tezadlar” xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisinin strateji çəkindirmə və nüvə inteqrasiyası üzrə müavini general-leytenant Endryu Cebara Mitçell adına Amerika Aerokosmik Tədqiqatlar İnstitutunun videoseminarında deyib. […]
Bakı bu səhər də tıxac əhatəsində

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. Tezadlar.az Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla bildirir ki, hazırda yollardakı vəziyyət belədir: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. […]
Mənzildə qaz sızması partlayış törətdi

Bakının Nizami rayonu, Əli Vəliyev küçəsində beşmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Nazirlikdən “Təzadlar”a bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən birotaqlı […]
Qarabağın xilaskarı “Qarabağ”ı təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə “Qarabağ” futbol klubunu təbrik edib. Prezidentin sosial şəbəkə hesablarında edilən paylaşımda deyilir: “Azərbaycanın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı!. “Qarabağ” klubunun bütün komanda heyətini və azarkeşləri təbrik edirəm!”. Bu, lap yerinə düşür ki, Qarabağı […]
Kiyev LPR-nin qərbində hücumları artırıb

Həftənin əvvəlindən Ukrayna Silahlı Qüvvələrinin bölmələri Luqansk Xalq Respublikasının qərb sərhədlərinə hücumları gücləndirib və cəbhənin eni 20 km-dən çox olan hissəsinə hücum edir. Tezadlar.az xəbər verir ki, bu barədə hərbi ekspert Andrey Maroçko bildirib. “Bu həftənin əvvəlindən düşmən LPR-nin qərb sərhədlərində fəallaşıb. Ukrayna yaraqlıları LPR-nin Kremenski bələdiyyə rayonunun Novovodanoye, Petrovskoye yaşayış məntəqələri ərazilərində, eləcə də […]
Kim Çen In Pekində keçiriləcək qələbə paradında iştirak edəcək

KXDR lideri Kim Çen In Pekində keçiriləcək Qələbə Paradına qatılacaq. Tezadlar.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. Ötən həftə Yaponiya hökuməti diplomatik kanallar vasitəsilə Asiya və Avropa ölkələrini İkinci Dünya Müharibəsində qələbənin 80 illiyi şərəfinə sentyabrın 3-də Çində keçiriləcək anım tədbirlərində və hərbi paradda iştirak etməməyə çağırıb. Mənbələr bildiriblər ki, […]
Rusiyanın üç hava limanı fəaliyyətini bərpa edib

Rusiyanın üç şəhərinin – Saratov, Volqoqrad və Soçinin hava limanlarında uçuş məhdudiyyətləri aradan qaldırılıb. Tezadlar.az bildirir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin rəsmi nümayəndəsi Artem Korenyako özünün Teleqram kanalında məlumat verib. O qeyd edib ki, hava limanları təyyarələrin qəbulunu və buraxılışını bərpa edib. Korenyakonun sözlərinə görə, məhdudiyyətlər dövründə Volqoqrada uçan üç təyyarə və Soçiyə […]
Vens Ağ Evdə Zelenski ilə mübahisəni amerikalılar üçün faydalı adlandırıb

ABŞ-ın vitse-prezidenti J.D.Vens fevral ayında Ağ Evin Oval kabinetində Vladimir Zelenski ilə baş verən qalmaqalı amerikalılar üçün faydalı adlandırıb. Tezadlar.az xəbər verir ki, o, bu mövqeyi avqustun 27-də “USA Today” qəzetinə müsahibəsində bildirib. Fevralın 28-də ABŞ prezidenti Donald Tramp və Zelenski arasında baş verən qalmaqala münasibət bildirən Vens deyib ki, “insanlar bəzən razılaşmırlar”. “Mən Oval […]
İran üç ölkənin sanksiyalar tətbiq edəcəyi təqdirdə cavab verəcəyi ilə hədələyib

Böyük Britaniya, Almaniya və Fransa BMT-nin İslam Respublikasına qarşı sanksiyalarını yeniləyəcək mexanizmi işə salsa, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyi (ABEA) ilə əməkdaşlığı dayandıra bilər. Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib. Onun aydınlaşdırdığına görə, İran Avropa ölkələrinə açıq şəkildə bildirib ki, mexanizm işə düşərsə, cavab addımları atılacaq. […]
Prezident İlham Əliyev “Qarabağ” klubunun uğuru münasibətilə paylaşım edib – FOTO
Prezident İlham Əliyev rəsmi sosial şəbəkə hesablarında “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə paylaşım edib. Tezadlar.az xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycanın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı! “Qarabağ” klubunun bütün komanda heyətini və azarkeşləri təbrik edirəm!”
Gündəlik duz qəbulunu azaltmaq beyin sağlamlığını qoruyar

Terapevt və dietoloq Elvira Fasenko gündəlik duzun həddindən artıq qəbulunun beyin sağlamlığı üçün təhlükəli olduğunu bildirib. Onun sözlərinə görə, artıq duz beyində qan dövranını pozur, arterial təzyiqi yüksəldir və damar mənşəli demensiya riskini artırır. Tezadlar.az xəbər verir ki, mütəxəssis qeyd edib ki, beyin yüksək enerji tələb edən orqan olduğu üçün neyronların fasiləsiz qan və oksigenlə […]
Putinlə Ərdoğan Tyantszində bir araya gələ bilər

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan Çində görüşə bilərlər. Tezadlar.az xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyinə Türkiyədəki diplomatik mənbələrdən məlumat verilib. “Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Türkiyə və Rusiya prezidentləri arasında görüş ehtimalı var. Lakin görüşün geniş mövzuları əhatə edib-etməyəcəyi hələlik məlum deyil”, – deyə mənbədən bildirilib. […]
Məşhur müğənnidən xəbərdarlıq: “Bu tələlərə düşməyin!”

Hər zaman şəxsi həyatı ilə gündəmə gələn müğənni Seda Sayan indi də paylaşdığı paylaşımla diqqət çəkib. Tezadlar.az xəbər verir ki, sosial mediada 3,2 milyon izləyicisi olan Sayan ona ünvanlanan “Niyə bu tələlərə düşürsən” sualına cavab verib. Sayan “Son vaxtlar adımdan istifadə edərək insanları aldadırlar. Sonuncu dəfə həkimimi aldatmağa çalışdılar. Allaha şükürlər olsun ki, dərhal mənə dedi. […]
Alimlər xəbərdarlıq edir: Xəzərin quruması ciddi ekoloji risklər yaradır

Son illərdə Xəzər dənizində suyun səviyyəsinin enməsi nəzərəçarpacaq həddə çatıb. Alimlər və ekoloqlar bildirirlər ki, iqlim dəyişikliyi, havaların isti keçməsi, uzunmüddətli quraqlıqlar, həmçinin Xəzərə axan çayların sularının azalması bu prosesin əsas səbəblərindəndir. Mütəxəssislərin sözlərinə görə, suyun səviyyəsi ildən-ilə geri çəkilir və bəzi sahilboyu ərazilərdə qumluqlar, torpaq sahələri üzə çıxmağa başlayıb. Bəs Xəzər dənizinin belə qurumağa […]
Zelenski: Təhlükəsizlik təminatları İsveçrə və ABŞ-də müzakirə olunacaq

Ukrayna nümayəndə heyəti təhlükəsizlik təminatlarını müzakirə etmək üçün İsveçrəyə, oradan da ABŞ-yə gedir. “Tezadlar” xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski özünün teleqram kanalında axşam videomüraciətində bildirib. “Sabah İsveçrədə, cümə günü isə Amerika Birləşmiş Ştatları, Nyu-York, ABŞ prezidenti Donald Trampın komandası ilə görüşlər baş tutacaq. Təhlükəsizlik təminatlarının məzmunu üzərində işləyənlərin hamısı – hərbi, […]
Misir Qəzzada təhlükəsizlik üçün 10 minlik fələstinli kontingent hazırlayır

Misir münaqişə bitdikdən sonra Qəzza zolağında təhlükəsizliyi təmin etməli olan 10 min nəfərə qədər kontingent yaratmaq üçün fələstinlilərə təlimlər keçirir. “Tezadlar” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Nəşrin məlumatına görə, ilk qruplar Misirdəki hərbi akademiyalarda təlim keçir, daha sonra onlara daha 5 minə yaxın fələstinli qoşulacaq. Qüvvənin əsasını Fələstin Muxtariyyətinin […]
Marko Rubio: İranın nüvə silahı əldə etməsinin qarşısı alınmalıdır

ABŞ Dövlət katibi Marko Rubio Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri ilə İranla bağlı vəziyyəti müzakirə edib. “Tezadlar” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Tom Piqott bildirib. “ABŞ Dövlət katibi Marko Rubio İranla bağlı vəziyyəti müzakirə etmək üçün Fransanın xarici işlər naziri Jan-Noel Barro, Almaniyanın xarici işlər […]
Naxçıvanda çörək sexində ciddi nöqsanlar aşkarlandı

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Kəngərli rayonu Xok kəndində fəaliyyət göstərən Abtalıbov Sabir Zakir oğluna məxsus çörək emalı müəssisəsində ciddi nöqsanlar aşkar edilib. “Tezadlar” xəbər verir ki, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, qapı və pəncərələrdə qoruyucu torlardan istifadə olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin […]
Çin nüvə silahlarını sürətlə artırır

Çin sürətlə nüvə arsenalını genişləndirir və son iki il ərzində İngiltərənin indi malik olduğu qədər strateji silah əldə edib. “Tezadlar” xəbər verir ki, bu sözləri ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisinin strateji çəkindirmə və nüvə inteqrasiyası üzrə müavini, general-leytenant Endryu Cebara deyib. Onun sözlərinə görə, Çin illər əvvəl minimal çəkindiricilikdən bu gün gördüyümüz strateji […]
Nurlan Hacıyev Maliyyə Nazirliyinin aparat rəhbəri oldu

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə aparat rəhbəri təyin olunub. “Tezadlar”ın yerli bürosu xəbər verir ki, Naxçıvan maliyyə naziri Həsən İsmayılovun müvafiq əmrinə əsasən Hacıyev Nurlan Rauf oğlu Nazirliyin aparat rəhbəri vəzifəsinə təyin edilib. N.Hacıyev 4 sentyabr 1985-ci ildə Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Dövlət Universitetində “Gömrük işinin təşkili” və “Ümumi iqtisadiyyat” ixtisasları üzrə ali […]
Universitetlərdə SABAH proqramı üçün beynəlxalq reytinq və elmi nəşrlər şərti qoyuldu

“Ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı Tələblər”in təsdiq edilib. “Tezadlar”ın əldə etdiyi məlumata görə, bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib. Qərara əsasən, SABAH proqramlarının təşkili ilə bağlı tələblər müəyyən olunub. Belə ki, ali təhsil müəssisəsində beynəlxalq kitabxana resurslarına və elmi bazalara (SCOPUS, Web of Science və s.) çıxış […]
Narek Mkrtçyan Ermənistanın ABŞ-dəki səfiri oldu

Ermənistan ABŞ-yə yeni səfir təyin edib. Tezadlar.az xəbər verir ki, həmin posta Narek Mkrtçyan gətirilib. O, bundan əvvəl Ermənistanın əmək və sosial məsələlər naziri postundan azad edilib. Mkrtçyan yeni vəzifəsində səlahiyyət müddəti başa çatan Lilit Makuntsu əvəz edəcək.
Hansı adlar uşaqlar üçün qadağandır? – Maraqlı məhdudiyyətlər

Uşağa ad seçmək təkcə ailə məsələsi deyil, çox vaxt qanuni məsələdir. Müxtəlif ölkələrdə aydın məhdudiyyətlər var: bəzi adlar təhqiramiz hesab olunur, digərləri çox böyükdür, bəziləri isə hətta gələcək üçün zərərlidir. Tezadlar.az xarici mediaya istinadla müxtəlif ölkələrdə uşaqlar üçün hansı adların qadağan edildiyini və nə üçün olduğunu izah edir. Lucifer (Almaniya) 2025-ci ildə Almaniya məhkəmələri Lucifer adının […]
Mərhum Əməkdar artistin qızı jurnalistikanı seçdi

Mərhum Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər tələbə olub. Tezadlar.az xəbər verir ki, bu haqda onun yaxınları sosial şəbəkədə yazıb. Gövhər Bakı Dövlət Universitetinə qəbul olub. Gövhər “Jurnalistika” fakültəsində təhsil alacaq. Qeyd edək ki, Xanım Qafarova xərçəngdən əziyyət çəkirdi və 2014-cü ildə dünyasını dəyişib.
Azərbaycanda nərə kürüsü istehsalı 63 % artıb

2024-cü ildə Azərbaycanda 1,3 ton nərə kürüsü istehsal edilib. “Tezadlar”ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilə nisbətən 0,5 ton və ya 63 %, 2020-ci ilin göstərici ilə müqayisədə isə 1,2 ton və ya 13 dəfə çoxdur. Hesabat dövründə Azərbaycanda 6,7 min ton balıq məhsulları (konservlər daxil olmaqla) istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 4,2 ton və ya 2,7 dəfə, 5 il əvvəlki göstərici […]
Azərbaycan jurnalistləri NATO qərargahında

Azərbaycan media nümayəndələrindən ibarət nümayəndə heyəti NATO-nun mənzil-qərargahına səfər edib. “Tezadlar”ın Brüsselə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Milli Mətbuatının 150 illiyi ilə üst-üstə düşən səfər çərçivəsində nümayəndə heyəti NATO-nun cari gündəliyinə həsr olunmuş brifinqlərdə iştirak edib, həmçinin Alyansın ictimai diplomatiya və strateji kommunikasiya, dezinformasiyaya qarşı mübarizə, sosial media, texnoloji yeniliklər və innovativ üsulların […]
İngiltərəli yarımmüdafiəçi Çemberlen “Beşiktaş”dan ayrıldı

Türkiyə təmsilçisi “Beşiktaş” futbolçusu Aleks Oksleyd-Çemberlenlə yollarını ayırıb. “Tezadlar” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. İstanbul kollektivi bu ayrılığa görə futbolçuya 1.750.000 avro təzminat ödəyəcək. Qeyd edək ki, ingiltərəli yarımmüdafiəçi 2023-cü ildən “Beşiktaş”da çıxış edirdi.
Naxçıvanda “Mədrəsə” tarix-memarlıq abidəsinin bərpası üçün sənədləşmə işlərinə start verildi

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında öz əksini tapmış layihələr, habelə investisiya layihələri Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır, bu istiqamətdə bir sıra işlər həyata keçirilir. “Tezadlar”ın yerli bürosu xəbər verir ki, “Mədrəsə” tarix-memarlıq abidəsinin layihə-smeta sənədlərinin hazırlanması məqsədilə “BİMD” QSC ilə […]
Maaşınız sizi qane edirmi?
Maaşdan maaşa qədər yaşadığınızı və ya maliyyə ilə hər şey yaxşı olsa da, mənfi tərəfə keçdiyinizi gördünüzmü? Bəlkə də problem şəxsən sizin deyil. Tezadlar.az-ın xarici mediaya istinadla məlumatına görə, numeroloqlar hesab edirlər ki, doğum tarixiniz də pulla bağlı vəziyyətə təsir edə bilər. Bəzi tarixlər sadəcə olaraq pulu qazana biləcəyinizdən daha tez sovuran enerji daşıyır. İçinizdəki […]
Bir il yeməksiz yaşayan insan: Anqus Barbierinin tibbi möcüzəsi

382 gün davam edən aclıq mümkünsüz görünür, amma bir insan bunu yaşayıb. Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, Medikinlər tərəfindən qeydə alınmış Anqus Barbierinin hekayəsi təəccüblü faktları üzə çıxarır. 1965-ci ildə 27 yaşlı şotland Anqus Barbieri həkimlərin nəzarəti altında çəki atmaq qərarı verib. O, tamamilə yeməkdən imtina edib, yalnız su, çay və vitaminlər qəbul edib. […]
16 yaşında yoxa çıxmış qız ölümcül atışma işi üzrə həbs olundu

Onu sonuncu dəfə 2023-cü ilin iyununda, 16 yaşı olanda görüblər. Florida ştatının Tampa şəhərinin 18 yaşlı sakini Qreysi Elizabet Pey Landa iki ildən çoxdur ki, yoxa çıxıb. Onu sonuncu dəfə 2023-cü ilin iyununda, 16 yaşında görüblər. O vaxtdan bəri onun harada olmasından xəbər yox idi. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu həftə Landa tapılıb […]
Gizli toy doğumxanada üzə çıxdı: kişi həbs olundu

Gizli toy xəstəxanada təsadüfi görüş səbəbiylə ortaya çıxıb. 49 yaşlı Vatialinqam Mutkumar, gizli ikinci toyunun ən gözlənilməz şəkildə ifşa olunmasından sonra Sinqapurda dəmir barmaqlıqlar arxasına düşüb. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, ikinci arvadı birinci həyat yoldaşının işlədiyi xəstəxanada uşaq dünyaya gətirib. Əslən Hindistandan olan Muthumar 2007-ci ildə evlənib. Sinqapura köçdükdən sonra Salma Bi Abdul […]
Miqrantlar elektron nəzarət altında – Moskvada yeni qayda

Sentyabrın 1-dən etibarən Moskvada miqrantları izləməyə imkan verəcək elektron monitorinq tətbiqi istifadəyə veriləcək. Tezadlar.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin açıqlama yayıb. Bildirilir ki, yeni sistem miqrantların harada olduqlarını öyrənməyə imkan verəcək. Məlumata görə, bu təcrübə eksperiment kimi tətbiq edilsə də, uğurlu olacağı təqdirdə bütün Rusiyada istifadə ediləcək. Miqrantları izləyəcək proqram isə […]
Qurban Qurbanov start heyətini açıqladı – “Ferensvaroş”a qarşı

19:48 UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”la “Ferensvaroş” (Macarıstan) arasında keçiriləcək cavab oyun üçün start heyətlər açıqlanıb. Tezadlar.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:45-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar. “Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin […]
Üzümün sağlamlığa 7 möcüzəvi faydası açıqlandı

Araşdırmalara əsasən üzümün sağlamlığa çoxsaylı faydaları var. Tezadlar.az bildirir ki, mütəxəssislərin sözlərinə görə, üzüm qan təzyiqinin tənzimlənməsinə, yuxunun yaxşılaşmasına, immunitetin möhkəmlənməsinə və hətta çəkinin normada saxlanmasına kömək edir. 1600-dən çox faydalı birləşmə Araşdırmanın müəllifi Con Pettsuto bildirib ki, üzümün tərkibində 1600-dən artıq faydalı birləşmə mövcuddur. Onların arasında ictimaiyyətə tanış olan resveratrol və kversetinlə yanaşı, flavonoidlər, katexinlər və […]
2024-cü ildə ölkədə 120 ədəd ictimai sərnişin nəqliyyat vasitəsi istehsal olunub

2024-cü ildə Azərbaycanda 120 ədəd ictimai sərnişin nəqliyyat vasitəsi istehsal edilib. “Tezadlar”ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilə nisbətən 7 %, 2020-ci ilin göstərici ilə müqayisədə isə 60 dəfə çoxdur. Ötən il ölkədə ümumilikdə 6 815 ədəd avtomobil (1 il əvvələ nisbətən 43 % çox, son beş ildə – 3,2 dəfə çox), o cümlədən 5 998 ədəd minik (+55 % və +3 dəfə), 697 ədəd yük avtomobili (-13 % və […]
“Qarabağ” – “Ferensvaroş”: 2: 3- YENİLƏNİR

Tezadlar.az xatırladır ki, bir neçə dəqiqədən sonra “Qarabağ” – “Ferensvaroş” komandaları arasında mübarizəyə start veriləcək. Komandamızın qələbəsinə inanırıq!