Dünəndən başlayaraq Rusiya sülhməramlıları Şuşanın girişindəki nəzarət-buraxılış məntəqəsini bağlamağa başlayıblar (hazırda fəalların aksiyası keçirilən yerlə üzbəüz).

Tezadlar.az sosial media platformalarına istinadla bildirir ki, iki böyük çadır, dünən bazar günü səhər isə iki metal konteyneri sökülüb. Beləliklə, sülhməramlılar keçid məntəqəsinin onlara aid hissəsini ləğv ediblər və orda yolun özündə yalnız bir neçə beton plitə qalıb. Eyni zamanda, Azərbaycan tərəfindəki keçid məntəqəsi böyüyüb və təkcə 14-cü gündür yolda dayanan eko-aktivlərin çadırları hesabına yox. Bir gün əvvəl isə 200-ə qədər erməni Xankəndıdən sülhməramlıların aşağı keçid məntəqəsinə yürüş edərək onlara azərbaycanlıların yoldan çıxarılması tələbi ilə bəyanat veriblər. Erməni mətbuatının məlumatına görə, şənbə günü sülhməramlıların komandanlığı separatçı liderlərə dekabrın 26-da Laçın yolunun açılacağını bildirib. Həmin gün Vladimir Putin İlham Əliyevlə zəng edib  və rəsmi məlumata görə, onlar sərhəddə təhlükəsizlik məsələlərini müzakirə ediblər. Bütün bu hadisələri müqayisə etsək, güman etmək olar ki, sülhməramlıların nəzarət-buraxılış məntəqəsi (Şuşaya Laçın tərəfdən gələn yolda - yuxarı giriş) ləğv olunur,  Azərbaycan keçid məntəqəsi isə yerində qalır. Şuşanın aşağı hissəsindəki  keçid məntəqəsinə gəlincə (Xankəndi tərəfdən), görünür, sülhməramlılar hələlik orada qalırlar.

Qeyd edək ki, Putinlə Əliyev arasında sərhəddə təhlükəsizliyin müzakirəsi o demək ola bilər ki, sülhməramlıların komandiri general Volkov iki həftə əvvəl  dediyi  “mini-gömrük” məntəqəsi ayın 26-da işə başlayacaq. Əgər yuxarıda sadalananların hamısı baş verərsə, bu o deməkdir ki, Qarabağa giriş-çıxış rejimi Rusiya tərəfi ilə razılaşdırılaraq Azərbaycanın nəzarətinə keçir. Artıq neçənci dəfədir ki, ermənilərin rusların əli ilə Qarabağa silah-sursat gətirməsi barədə şübhələr var. Bu məsələ Bakı ilə Moskva arasında dəfələrlədir müzakirə olunur.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN