"Rusiya Ukraynadakı müharibəni artıq uduzub, lakin onun başa çatmağına hələ çox var”.
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bunu Avropa Komissiyasının (AK) icraçı vitse-prezidenti Frans Timmermans bildirib. Onun sözlərinə görə, Rusiya indi tam təcrid vəziyyətindədir: “Rusiya indi beynəlxalq arenada tam təcrid vəziyyətindədir. Sanksiyalar ona ağır zərbə vurur və Rusiyanın başlatdığı müharibə indi ona baha başa gəlir”, - deyə Timmermans vurğulayıb. O, həmçinin qeyd edib ki, Rusiyaya tətbiq olunan sanksiyalar hələ uzun müddət davam edəcək.

Rusiyanın Ukraynadakı işğaıçı mühatibəsi isə davam edir. İtkilər hər gün artır. Və Rusiya hər gün Ukraynadakı mülki şəhər vı obyektləri raket atəşinə tutmaqdadır.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN