Türkiyə Respublikası Hərbi və Dəniz Qüvvələrinə məxsus "TCG YILDIRIM F-243" gəmisi Gürcüstanın ərazi sularına daxil olub.

Tezadlar.az Gürcüstan Müdafiə Nazirliyinə istinadla bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, gəminin ekipaj üzvlərini Batumi limanında Daxili İşlər Nazirliyinin Sərhəd Polisi Sahil Mühafizəsi Departamentinin direktoru, kapitan Ramaz Papidze, Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Tornike Rijvadze, Batumi meri Arçil Çikovani və digər şəxslər qarşılayıblar.

 Mərasimdə Türkiyə Respublikasının Gürcüstandakı səlahiyyətli səfiri Ali Kaan Orbay, Batumidəki baş konsul Rza Kaqan Yılmaz, Türkiyənin Hərbi Attaşesi, polkovnik İlhan Öktendural və digər rəsmilər iştirak ediblər. Qeyd olunur ki, səfərin məqsədi NATO-nun Əməliyyat Bacarıq Konsepsiyası çərçivəsində Gürcüstan Sərhəd Polisinin Sahil Mühafizəsi Departamentinin “Oçamçire” və “Dioskuriya” gəmilərinin ikinci səviyyəli özünüqiymətləndirməsini keçirməkdir.

 Sözügedən proses Gürcüstan və “NATO” hərbi-dəniz qüvvələri komandanlığından olan nümayəndələrin dəstəyi ilə həyata keçirilir. Səfər çərçivəsində Sahil Mühafizə İdarəsinin rəhbərliyi Türkiyə gəmisinin komandanlığı ilə görüşəcək. Türkiyə gəmisinin göyərtəsində rəsmi qəbul təşkil olunacaq. Həmçinin ekipaj üzvləri üçün müxtəlif mədəni tədbirlər nəzərdə tutulub. Bildirilir ki, türk gəmisi martın 10-da Batumi limanını tərk edəcək.

Bu da tarixi hadisə kimi qeyd olunmaqdadır...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN