Naməlum şəxslər Ukrayna Müdafiə Nazirliyinin “Ehtiyat+” hərbi xidmətinə məsul şəxslərin etimadnaməsini yeniləmək üçün tətbiqinin Telegram botunu sındırıblar.

Tezadlar.az bildirir ki, “RİA Novosti” bu barədə dövlət xüsusi rabitə xidmətinə istinadən xəbər verir.

Xidmətdən verilən məlumata görə, reservplus.zip arxivi əlavə edilməklə “xüsusi proqram təminatı”nın quraşdırılmasının zəruriliyi barədə mesajlar hesab vasitəsilə yayılır.

“Müəyyən edilib ki, arxivdə faylları oğurlayan zərərli proqram meduzastealer var”, - idarədən bildiriblər.

Əvvəllər Ukrayna dövlət qurumlarının rəsmi səhifələrində dərc edilən Telegram messencerindəki kontaktlara keçidlər indi sındırılmış hesaba gətirib çıxarır.

RBC-nin məlumatına görə, kibertəhlükəsizlik üzrə ekspert Konstantin Korsun sosial şəbəkələrdə bildirib ki, hakerlər qrupu DaVinci Group haker hücumunda iştirak edə bilər. O qeyd edib ki, hakerlərin əlində çoxlu sayda Ukrayna hərbçilərinin və ehtiyatda olan hərbçilərin məlumatları var. Bundan əlavə, təsirlənmiş cihazların dəqiq sayı və kontaktlar vasitəsilə təkrarlanan "zəncirli" infeksiyalar məlum deyil. O, insidenti "nəzarət etmədikləri Telegram botunu super kritik hərbi səfərbərlik proqramına əlavə edən" tərtibatçılarda günahlandırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN