Bu ilin yanvar-may ayları ərzində ölkədən 17,7 milyon ABŞ dolları dəyərində 12,2 min tondan çox tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2023-cü ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə ixracın dəyəri 28,3 faiz və ya 3,9 milyon dollar, həcmi isə 15,6 faiz və ya 1,6 min ton artıb.
Təkcə cari ilin may ayında 3,9 milyon dollar dəyərində 3,2 min ton tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib ki, bu da aprel ayı ilə müqayisədə dəyər ifadəsində 24,2 faiz və ya 761,8 min dollar, həcm olaraq isə 55,1 faiz və ya 1,1 min ton çoxdur.
Cari ilin ilk beş ayında bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,16 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,41 faizə bərabər olub.