Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında

həyata keçirilən “Yubileylər silsiləsi” layihəsi çərçivəsində Gəncə şəhərinin 1530 illiyi ilə əlaqədar “Gəncə – 1530” adlı kitab sərgisi və videoçarx hazırlanıb. Kitab sərgisində Gəncə və gəncəlilər haqqında kitab və ensiklopediyalar, Gəncədə dünyaya gələn şairlərin əsərləri nümayiş olunur.

Mərkəzi Kitabxananın İnformasiya-resurs şöbəsinin operatoru Günay Qululunun hazırladığı videoçarx Ümummilli Lider Heydər Əliyevin Gəncə və gəncəlilər haqqında dəyərli sözləri ilə başlayır. Videoçarxda Gəncənin tarixi haqqında məlumat verilir. Bildirilir ki, Gəncə ölkənin və regionun ən böyük sənaye mərkəzlərindən biridir. Videoçarxda Gəncənin parkları, mədəniyyət ocaqları, elm və təhsil müəssisələri, tarix və memarlıq abidələri haqqında da qısa məlumat verilir. Videoçarxda Gəncənin qardaşlaşdığı şəhərlərin, Gəncədə fəaliyyət göstərən konsulluqların siyahısı verilib.

 Burada Gəncənin tanınmış şəxsiyyətləri haqqında qısa məlumatlar verilir. Videoçarx Xalq artistləri Elmira Rəhimovanın ifasında “Gəncəm”, İlhamə Quliyevanın ifasında “Göygöl”, Azər Zeynalovun ifasında “Gəncədən gəlirəm” mahnıları ilə izləyicilərə təqdim olunur. Videoçarx kitabxananın YouTube kanalında aşağıdakı keçiddə nümayiş olunur:

https://www.youtube.com/watch?v=sGwVHhzSsRY&t=91s

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN