Abşeron rayonu üzrə 6 bələdiyyə birləşdiriləcək və yeni bələdiyyələr yaradılacaq.

TEZADLAR.AZ xəbər verir ki, bu, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Abşeron rayonu üzrə bələdiyyələrin birləşməsi yolu ilə aşağıdakı yeni bələdiyyələr yaradılacaq:


Aşağı Güzdək və Pirəkəşkül-Qobustan bələdiyyələrinin əhatə etdiyi Aşağı Güzdək qəsəbəsində və Qobustan, Pirəkəşkül kəndlərində Aşağı Güzdək bələdiyyəsi;

Fatmayı və Görədil bələdiyyələrinin əhatə etdiyi Fatmayı və Görədil kəndlərində Fatmayı bələdiyyəsi;

Güzdək və Qobu bələdiyyələrinin əhatə etdiyi Güzdək və Qobu qəsəbələrində Qobu bələdiyyəsi.


 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN