Baydendən ağlagəlməz qərar: ABŞ prezidenti Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli raketlərdən istifadə etməklə zərbə endirməsinə icazə verib.
Tezadlar.az CNN-Türk- ə istinadla xəbər verir ki, bu barədə “The New York Times“ qəzeti məlumat yayıb. Nəşr yazır ki, Ukrayna yaxın günlərdə Kursk bölgəsinə uzaqmənzilli ATACMS raketləri ilə ilk zərbələr endirməyi planlaşdırır. “The New York Times“ qəzetinin yazdığına görə isə ATACMS raketləri çox güman ki, ilkin olaraq Rusiyanın qərbindəki Kursk bölgəsində Ukrayna qoşunlarını qorumaq üçün Rusiya və Şimali Koreya qüvvələrinə qarşı istifadə olunacaq. ATACMS raketlərinin uçuş məsafəsinin 190 mil və ya 305 km olduğu bildirilir.
Beləliklə, Ukrayna cəbhəsində vəziyyət gərgin xarakter alır. Halbuki siyasi və hərbi ekspertlər hesab edirdi ki, Bayden Rusiyaya qarşı nəinki aqressiv olacaq, əksinə, sülh prosesinə rəhbərlik edəcək. İndi isə bunun tamamilə əksi baş verir. Baş verənlər o deməkdir ki, rəsmi Kiyev Moskvanı rahatca vura bilər. Bu isə bölgədə daha dəhşətli nəticələrə gətirib çıxara bilər.
A.Məmmədli