Növbəti görüşümüz Füzuli rayonu Əhmədallar kəndinin sakinləri ilə oldu.

TEZADLAR.AZ xəbər verir ki. bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında bildirib.

O bu dəfə 40-dan çox seçicisini qəbul edib.

"Görüş zamanı 40-dan çox seçicimizin qayğılarını dinlədik və bəzi müraciətlərlə bağlı qərarlar qəbul etdik.

Həmyerlilərimizin müraciətləri məşğulluq, su təminatı, əlillik dərəcəsinin alınması, səhiyyə xidməti, sosial təminat və digər mövzuda idi. Sakinlər orta məktəbin əsaslı təmiri, istilik probıemi və kənd təssərüfatı ilə bağlı məsələləri də xüsusi qeyd etdilər.

Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq", - deyə deputat qeyd edib.

Qeyd edək ki,  Vüqar Bayramov 1975-ci il 13 iyun tarixində Füzuli rayonu Aşağı Güzlək kəndində doğulub. 

Vüqar Bayramov 2020-ci il 9 fevral tarixində keçirilən növbədənkənar parlament seçkilərində 84 saylı Füzuli seçki dairəsindən VI çağırış Milli Məclisin deputatı seçilib.

2024-cü il 1 sentyabr tarixində keçirilən növbədənkənar parlament seçkilərində o yenidən VII çağırış Milli Məclisin deputatı seçilib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN