2024-cü ildə Rusiyadan Ermənistana turist axını nəzərəçarpacaq dərəcədə azalıb.

Bu il Ermənistan rus turistlərini sürətlə itirir - doqquz ayda 22% azalma.

Bu, ölkəyə gələn ümumi turist axınına zərbə vurub,. Bunu Ermənistanın Maliyyə Nazirliyi bildirib.

***

Ermənistan 2024-cü ildə xarici turist axınının azaldığını hiss etdi,  əhəmiyyətli dərəcədə az sayda rus turistinin gəlməyə başlaması statistikaya mənfi təsir etdi.

TEZADLAR.AZ xəbər verir ki, ER maliyyə naziri Vahe Hovhannisyan açıqlayıb.

 

“Yanvar-sentyabr aylarında ölkəmizə gələn turistlərin sayı 6,9 faiz azalıb ki, bu da əsasən Rusiyadan gələn turistlərin sayının 21,6 faiz azalması ilə bağlıdır”, - deyib.

 O, aydınlaşdırıb ki, bir sıra başqa ölkələrdən gələnlərin sayı artıb, lakin bu, rusiyalı turistlərin itkisini ödəyəcək qədər deyil.

Ruslar respublikanın əsas xarici qonaqları olaraq qalmaqdadır.

Hər halda, Rusiyalı turistlərin 20 faizdən çoxunun bu dəfə istirahət üçün bu ölkəni seçməməsində Ermənistan rəhbərliyinin Rusiyaya qarşı xarici siyasəti - baxışları da rol oynamamış deyil və bu uçurum günbəgün dərinləşməkdədir...

 

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN