Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyanat yayaraq ölkədə keçirilən parlament seçkilərinin şəffaf və demokratik keçirildiyini bəyan edib.

“Seçkilər tamamilə ədalətli, azad, rəqabətli və təmiz keçdi. Açıqlıqla bağlı heç bir problem yoxdur. Hər kəs hər şeyi ikiqat yoxlaya bilər”- baş nazir vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Helsinki komissiyası Gürcüstanda keçirilən səsvermənin qeyri-demokratik xarakter daşıdığını göstərən bəyanat yayıb.

Həmçinin ölkə prezidenti Salome Zurabişvilinin parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı sözlərinə dəstək ifadə olunub.

 Beynəlxalq təşkilatlardan DTİHB ATƏT, ATƏT PA, AŞPA isə seçki strukturuna müsbət qiymət verib, eyni zamanda onlar da bir sıra qanun pozuntularını - partiyaların maliyyələşdirilməsində balanssızlığı, seçicilərə və dövlət sektoru işçilərinə təzyiqləri qeyd ediblər.

 İndi bu məsələni Mərkəzi Seçki Komissiyası ölkənin Baş Prokurorluğu ilə birlikdə həll edir.

Gürcüstan respublikasının Baş Prokurorluğu da seçki saxtakarlığı iddialarına görə, prezident Salome Zurabişvilini dindirməyə çağırıb. Baş Prokurorluq seçki saxtakarlığı iddialarına görə, prezident Salome Zurabişvilini dindirməyə çağırıb.

 

JASMİN

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN