Milli Məclisin deputatı Vüqar Bayramov ona müraciət edən seçiciləri ilə gğrüşüb və onları narahat edən məsələlərlə tanış olub.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə o sosial media hesabında məlumat verib.
Deputat qeyd edib ki, növbəti görüş Füzuli rayon Horadiz şəhərində qəbul üçün müraciət edən sakinlərlə olub.
"Görüş zamanı 30-dan çox seçicimizin qayğılarını dinlədik və bəzi müraciətlərlə bağlı qərarlar qəbul etdik. Həmyerlilərimizin müraciətləri məşğulluq, əlillik dərəcəsinin alınması, iş yerinin ixtisara düşməsi, mənzil təminatı, sahibkarlıq fəaliyyəti, səhiyyə xidməti, sosial təminat və digər mövzuda idi. Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq", - deyə bildirib.
Vüqar Bayramov növbəti görüşdə iştirak etmək istəyən seçicilərinə də müraciət edib.
O diqqətə çatdırıb ki, Horadiz şəhərində təşkil olunacaq növbəti görüşümüzdə iştirak etmək istəyən həmyerlilərimiz deputat köməkçisi Eltun Agakishiyev (0502268002) ilə əlaqə saxlamaqla öncədən qeydiyyatdan keçə bilərlər.
JASMİN