Bu ilin doqquz ayında Naftalan şəhərinin iqtisadiyyatının əsasını təşkil edən turizm sektorunda ciddi inkişaf qeydə alınıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə şəhər icra hakimiyyətindən məlumat verilib.

Məlumata görə, doqquz ayda şəhərə gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artaraq 33030 nəfər olub, onlardan 11791 nəfəri 40 ölkədən gələn xarici turistlərdir. İlk üçlükdə olan ölkələr Rusiya, Özbəkistan və Qazaxıstandır. Həmçinin qonaqlar arasında Belarus, İsrail, Qırğızıstan, Çin, Türkiyə, ABŞ və digər ölkələrdən olan turistlər də çoxluq təşkil edir.

Hazırda Naftalanda 3-ü beşulduzlu olmaqla, ümumilikdə 20-yə yaxın hotel və müalicə mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə 1200-dən çox işçi çalışır.

Qeyd edək ki, hazırda Naftalanda bir gündə dörd minə yaxın turist gecələyə bilər.

AZƏRTAC

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN