“Azərbaycan ilə Gürcüstan arasında güclü qardaşlıq və dostluq əlaqələri var".

TEZADLAR.AZ Gürcüstan KİV-nə istinadən verir ki, bu sözləri jurnalistlərə müsahibəsində parlamentin sədri Şalva Papuaşvili deyib.

O, Azərbaycan Prezidentinin təbrik məktubunu da şərh edib: “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının parlament seçkilərində qələbəsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevdən və digər siyasi şəxslərdən təbriklər aldıq. Bu, bizim dostluğumuzun bariz nümunəsidir. Bundan sonra da hər iki ölkə arasında bugünədək qoruyub saxladığımız sıx dostluq və qardaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edəcək, daha da möhkəmlənəcək”, - deyə Ş.Papuaşvili qeyd edib.

Onun sözlərinə görə, Gürcüstan Parlamenti yaxın vaxtlarda yeni tərkibdə fəaliyyətə başlayacaq.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN