Artıq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da 75 984 nəfər qeydiyyatdan keçib.
Tezadlar.az xəbər verir ki, qeydiyyatdan keçənlərin 57160-ı əcnəbidır.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasıda 197 ölkədən nümayəndə iştirak edir.
Onu da qeyd edək ki, COP26-da qeydiyyatdan keçənlərin sayı 44165, COP27-də 54109, COP28-da 88504 nəfər olub.
Dünyaya səs salan Bakı konfransı öz işini davam etdirməkdədir. Dostlar sevinir, düşmənlər isə paxıllıqdan partlayır və mənən ölür...
YASƏMƏN MƏMMƏDLİ