Ukrayna prezidenti Vladimir Zelenski müttəfiqlərinin tezliklə onu Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün danışıqlara məcbur etməyə başlayacağından qorxur.
Tezadlar.az xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.
Nəşr qeyd edir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın kadr təyinatları və onun silahdaşlarının bəyanatları münaqişəni tez bir zamanda dayandırmaq niyyətindən xəbər verir. Nəşr vurğulayır ki, Almaniya federal kansleri Olaf Şoltsun Rusiya prezidenti Vladimir Putinə zəngi də Aİ-nin ən mühüm ölkələrinin səlahiyyətlilərinin danışıqların tərəfdarı olduğunu deməyə əsas verir.
Nəşr xatırladıb ki, Zelenski Kiyevin müttəfiqlərinə ünvanlanan bir sıra sərt bəyanatlar verib və Ukrayna prezidentinin əsas qorxusu Qərb dövlətlərinin Ukrayna tərəfinin ərazilərin bir hissəsindən imtina etməsində israr edə bilməsidir.
Bundan əvvəl Zelenski bildirib ki, Ukrayna ABŞ-dan ölkə Konqresinin təsdiq etdiyi yardımın yalnız bir hissəsini alıb.
Zelenski qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri şərq cəbhəsində çətin vəziyyətə düşüb.
E.ŞİRİNOV