İsrailin baş naziri Benyamin Netanyahu kiçik oğlunun toyunu daha gec tarixədək təxirə salmağı düşünür.

 Kan dövlət televiziya və radio şirkətinin məlumatına görə, toyun noyabrın 26-da Təl-Əvivin şimalındakı Ronit fermasındakı bayram bağında baş tutması planlaşdırılıbmış. 

İsrailin baş nazirinin isə bu istəyi regionda münaqişənin gərginləşməsi və dron hücumları da daxil olmaqla, təhlükəsizliyin pozulması ehtimalı ilə bağlıdır.

 Kan daha əvvəl bildirmişdi ki, İsrail hökumətinin iclasları daha təhlükəsiz yerə köçürülüb, lakin həmin məkan dəqiqləşdirilməyib.

 Netanyahunu oğlunun toyu ilə yanaşı, parlament iclaslarının təxirə salınması məsələsi də narahat edir, çünki sessiya zamanı düşmənin raket hücumlarına məruz qala bilər.

 Qeyd edək ki, oktyabrın 19-da Livan pilotsuz təyyarəsi Benyamin Netanyahunun Qeysəriyyədəki evlərindən birinə daxil olub. Həmin vaxt baş nazir və ailəsi otaqda olmayıb.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN