"Mən ABŞ-a gürcü xalqını və bütün regionumuzu dəstəkləmək üçün atdığı güclü addıma, Bidzina İvanişviliyə qarşı tətbiq edilən sanksiyalara görə minnətdaram".

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkədə yazıb. Zelenski dünyanın bütün tərəfdaşlarını İvanişviliyə qarşı bu cür sanksiyalardan istifadə etməyə çağırıb: "İvanişvili bu gün Tbilisinin faktiki hökmdarıdır və Gürcüstanı Putinin nəzarəti altına almaq üçün hər şeyi edir. Bölgəmizdə hər hansı bir ölkənin itirilməsi, bir xalq üçün demokratiyanın məhv edilməsi, cinayətkar Rusiya təsirinin yayılması bütün regionu, bütün insanları təhdid edir. Ukrayna artıq İvanişviliyə və onun mafioz qrupunun əsas fiqurlarına qarşı tam sanksiyalar tətbiq edib. İndi daha bir güclü hərəkət – güclü Amerika sanksiyalarını gördük. Biz bütün avropalı tərəfdaşları, insanların normal həyatına və azadlığına dəyər verən dünyadakı bütün tərəfdaşları İvanişviliyə qarşı bu cür sanksiyalardan istifadə etməyə çağırırıq ki, o, öz ölkəsinin müstəqilliyini məhv etməyin və gürcü xalqını aşağılamağın qiymətini başa düşsün. İnanırıq ki, heç bir mafioz gürcü xalqının azad xalqlar ailəsində, Avropa cəmiyyətində azad yaşamaq arzusunu oğurlaya bilməyəcək”.

Əlavə şərhə yəqinki ehtiyac yoxdur.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN