İjevskdə 21 yaşlı rusiyalı gənc öz bacısına qarşı qətliam törətdiyinə görə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə dekabrın 28-də Rusiya İstintaq Komitəsinin (RİK) regional idarəsi məlumat yayıb.
Məhkəmə müəyyən edib ki, noyabrın 6-da gənc oğlan qaraj-tikinti kooperativinin ərazisində 34 yaşlı bacısına hücum edərək onu çəkiclə döyüb. Məlum olub ki, o, qadının şəxsi bəyənmədiyi 48 yaşlı keçmiş ərinin istəyi ilə hərəkət edib.
İstintaq Komitəsinin müstəntiqlərinin polis əməkdaşları ilə birgə həyata keçirdikləri kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş şəxslər müəyyən edilərək saxlanılıblar.
Adıgey Respublikasında isə polis və onun həyat yoldaşını vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən şəxs asılmış vəziyyətdə tapılıb.
E.ŞİRİNOV