Milli Məclisin deputatı Vüqar Bayramov bir qrup seçicisi ilə görüşüb və onları narahat edən məsələlər- qayğıları barədə söhbət edib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə deputat sosial media hesabında məlumat paylaşıb.
O diqqətə çatdırıb ki, növbəti görüş Füzuli rayonu Qazaxlar və Mirzənağılı kəndlərinin sakinləri ilə olub.
"Görüş zamanı 40-dan çox seçicimizin qayğılarını dinlədik və bəzi müraciətlərlə bağlı qərarlar qəbul etdik. Həmyerlilərimizin müraciətləri sosial yardım, məşğulluq, kommunal xidmətlərin təminatı, əlillik dərəcəsinin alınması, səhiyyə xidməti və digər mövzuda idi.
Sakinlər yolların əsaslı təmiri, su təminatı və kənd təssərüfatı ilə bağlı məsələləri də xüsusi qeyd etdilər.