ABŞ Ukraynaya 1,25 milyard dollar dəyərində daha bir böyük hərbi yardım paketini verməyi planlaşdırır.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, Amerika rəsmiləri bunu bəyan edərək, Bayden administrasiyası prezidentlik müddətinin sonuna qədər Kiyevi mümkün qədər dəstəkləməyə çalışdığını vurğulayıb. Bu barədə həm də "Associated Press" ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Hesabata görə, yeni hərbi yardım paketinə NASAMS yer-hava raket sistemləri və HAWK hava hücumundan müdafiə sistemi üçün əhəmiyyətli miqdarda sursat daxil olacaq.

 Bundan əlavə, Ukrayna “Stinger” raketləri, həmçinin 155 mm və 105 mm-lik top mərmiləri alacaq. Rəsmilərin dediyinə görə, yardımın köçürülməsi ilə bağlı elandekabrın 30-da bəyan ediləcək.

Müharibə isə dağıntıları ilə davam edir. Ən pisi odur ki, nilyardlarla vəsait insanların rahatlığına deyil, onların məhvinə sərf edilir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN