Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi David O'Sullivan iddia edir ki, Brüssel Qazaxıstanın Rusiyaya qarşı sanksiyalara qoşulmasında israrlı deyil və Astana ilə Moskva arasında ticarət əlaqələrinə müdaxilə etməyəcək.

Tezadlar.az bildirir ki, O'Sallivan bu barədə Astanaya səfəri zamanı keçirdiyi brifinqdə bildirib.

“Avropa İttifaqı Qazaxıstanın Avropa İttifaqının sanksiyalarına qoşulmamaq mövqeyinə tam hörmətlə yanaşır. Biz isə Qazaxıstanın sanksiyaları qəbul etməsində israr etmirik və israr etməyəcəyik. Bizim Rusiyanın Qazaxıstanla uzun illərdir davam edən qanuni ticarət əlaqələrinə müdaxilə etmək və ya heç bir şəkildə pozmaq niyyətimiz yoxdur”, –  o deyib və onun çıxışının videoyazısını “Orda” yayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN