İsveçdə artıq bir neçə dəfədir Qurani-Kərimi yandıran iraqlı mühacir Salvan Momika güllələnərək öldürülüb.

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, bu barədə İsveçin SVT telekanalı məlumat yayıb. Məlumata görə, Salvan Momika Stokholmun cənubundakı Syödertelye şəhərində güllələnərək öldürülüb. Polis hələlik hadisə və öldürülən şəxsin kimliyi barədə şərh verməyib.

Telekanalın məlumatına görə, işin araşdırılmasında təhlükəsizlik xidməti iştirak edir, bir neçə nəfər saxlanılıb. Qeyd edək ki, bu gün Stokholm dairə məhkəməsi milli zəmində nifrəti qızışdırmaq maddəsi ilə hökm çıxarmalı idi. Lakin təqsirləndirilən şəxslərdən birinin ölümü təsdiqləndiyi üçün hökmün elan edilməsi təxirə salınıb.

Bu adamın əcəli burda tamam imiş. Ona başa salan olmayıb ki, axı Quranı yandırmaq kiminlə və nə ilə mübarizədir???

A.Məmmədli

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN