ABŞ prezidenti Donald Tramp “əmr verə” və Ukrayna lideri Vladimir Zelenskini Rusiya ilə “istənilən saziş” imzalamağa məcbur edə bilər.

Tezadlar.az bildirir ki, bu barədə Ukraynanın keçmiş baş naziri Nikolay Azarov Telegram kanalında məlumat verib.

“Mən istisna etmirəm ki, Tramp, məsələn, qətiyyəti ilə, sözsüz ki, əmr verə bilər və Zelenski və onun kimiləri danışıqlar masası arxasına əyləşərək, onlara diktə olunan istənilən sazişi imzalayacaqlar”, - o vurğulayıb.

Ukraynanın keçmiş baş nazirinin fikrincə, Tramp o vaxta qədər ABŞ-ın Rusiya ilə ehtiyac duyduğu razılaşmaları artıq əldə etmiş ola bilər.

Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirmişdi ki, Tramp Ukraynadakı münaqişənin diplomatik danışıqlar yolu ilə həllinə nail olmaq niyyətindədir.

ABŞ Dövlət Departamentinin rəhbəri əlavə edib ki, Vaşinqtonu “sıx diplomatik iş” gözləyir. Eyni zamanda, o, münaqişə tərəflərinin münaqişənin həlli zamanı “nədənsə imtina etməli” olacağını istisna etməyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN