Danimarkalıların demək olar ki, yarısı ABŞ-ın onların ölkələri üçün əhəmiyyətli təhlükə olduğuna inanır və bu, ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı iddiaları ilə bağlıdır...

Tezadlar.az xatırladır ki, bu barədə "The Guardian" məlumat yayıb. Belə ki, ictimai rəy sorğusu göstərib ki, respondentlərin 46%-i ABŞ-ı Danimarka üçün “çox böyük təhlükə” və ya “olduqca böyük təhlükə” hesab edib. Bu, Şimali Koreya və ya İranı təhlükə hesab edənlərin sayından çoxdur – müvafiq olaraq 44% və 40%.
Bununla yanaşı, Rusiyadan gələn təhlükə xeyli yüksək olaraq qalır: respondentlərin 86%-i Moskvanı təhlükə hesab etdiyini bildirib. Həmçinin respondentlərin 78%-i Qrenlandiyanın ABŞ-a satılmasının əleyhinədir, lakin 72%-i yekun qərarın Danimarkanın deyil, Qrenlandiyanın olduğunu bildirib.
Tədqiqat yanvarın 15-dən 22-dək aparılıb və 1000-dən bir qədər çox Danimarka sakini iştirak edib.

Problem isə qalmaqda, narahatlıq və narazılıq artmaqdadır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN