Bakını göydələnlər şəhərinə çevirənlər həm də paytaxtın mənzil bazarını əlçatmaz qiymətlərlə fərqləndirməkdədirlər...

Məsələn, Bakının mərkəzində təmirsiz (suvaq vəziyyətində) 1kvm. mənzil sahəsi 1500-2000, bəzi yerlərdə 2-3 min dollar arasında dəyişir... 

"Təzadlar"ın Araşdırma Qrupu Qırğızıstandakı vəziyyəti araşdırıb. Ölkənin rəsmi mediasına istinadla bildiririk ki, məsələn, deputat Aibek Altınbekov bu gün Dövlət Tikinti Komitəsinin rəhbəri Nurdan Oruntayevdən 1 kv.m. mənzil sahəsinin bazar qiymətinin nə qədər olduğunu soruşub. Nurdan Oruntayev bildirib ki, 1 kv.m-in satış  qiyməti Bişkekdə 900-1100 dollar arasında dəyişir. O bildirib ki, qiymətlər tikintinin sinfinə və növünə görə müəyyən edilir. Oruntayev əlavə edib ki, panel evlərdə bir kvadratmetrin dəyəri daha aşağıdır və bir kvadratmetr üçün 600 dollar təşkil edir. “Mən daşınmaz əmlakın bazar qiyməti barədə isə danışa bilmərəm, bu, yəqin ki, Antiinhisar Xidmətinə aiddir, amma bildiyimiz kimi, bazar qiyməti 1 kv. mənzil sahəsi üçün qiymətlər hələki 1500 dollardan başlayır...".

Qayıdırıq Bakıya. Bakıda axşamlar şəhərdəki göydələnlərə baxanda mənzillərin işığından yaşayışın hansı faizdə olduğunu bilmək olur. Elə binalar var ki, 6-10 ildir tikilib istifadəyə verilib, amma 10-20 faizində yaşayış var. Niyə? Açı mənzil tikintisi əhalinin ehtiyacına görə olmalıdır. Bakının isə Nərimanov, Yasamal, Səbail, Nəsimi rayonlarında köhnə 1, 2 və 5 mərtəbəli eblər sökülərək yerində 20 mərtəbəli evlər tikilirsə, bu o deməkdir ki, yeni tikililər əhalinin ən çoxu 20 faiz ehtiyacını təmin edir. Qalan 80 faiz mənzillər kimə satılır? Görünür, satılmır deyə, hazırda həmin mənzillərdə işıqlar yanmır.

 Azərbaycanda isə "Əmlak vergisi haqqında" Qanun var. Amma həmin qanun əriyib yox olub... Həmin qanuna görə, hər bir vətəndaş aldığı mənzilə görə dövlət büdcəsinə əmlak vergisi ödəməlidir. Media olaraq belə bir verginin vəziyyətini, yəni qanunun necə işlədiyini öyrənməyə çalışdıq. Hələki ürəkaçan mənzərənin şahidi deyilik! Araşdırmamız davam edir.

Məsələ ondadır ki, bu qanun işlək, yəni mövcud olsaydı, tətbiq edilsəydi, Bakı göydələnlərlə imtahana çəkilməzdi. Çünki MTK rəhbərləri həmin verginin qorxusundan harda boş yer görən kimi ələ keçirərək bu qədər mənzillər tikməzdilər. Məsələn, Hollandiya və İsveçrədə artıq mənzilə sahibliyin olmaması üçün əmlak vergisini 1 mənzil üçün başqa, 2-3 mənzil üçün isə daha yüksək vergi tətbiq edirlər. Yəni, hər kəs ehtiyacı olan qədər mənzilə sahiblənməlidir. Yoxsa, harda gəldi göydələnləri tikib Bakını tıxaca yüklə, sonra da gözlə ki, bu mənzilləri nə vaxtsa, kiməsə satacaqsan?!

A.Məmmədli  

P.S.Azərbaycanda hazırda əmlak vergisi belə hesablanır (sanki çoxsaylı mənzilə və əmlaka sahib olanlar qanunu-qaydanı özlərinə görə yazıblar): 

Fiziki şəxslərin əmlak vergisi

AR ərazisində xüsusi mülkiyyətində tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq su və hava nəqliyyatı (o cümlədən mühərriki olmayan) vasitələri olan fiziki şəxslər əmlak vergisinin ödəyiciləridir.           

AR Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.11-ci maddəsinə görə:

Bina - insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, eləcə də istehsalat sahələrinin yerləşdirilməsi və ya maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyektidir.

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan və AR ərazisində yerləşən binalar, yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyektidir.

Qeydiyyat.

Bələdiyyə ərazisində yerləşən əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədləri əldə etdikdən sonra fiziki şəxs 1 ay ərzində əmlakın yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında uçota durmalıdır.

Fiziki şəxs yuxarıda göstərilən müddətdə uçota durmadıqda o, bələdiyyənin vergi xidməti orqanı tərəfindən aparılan müşahidə-baxış tədbirlərinin nəticəsi üzrə tərtib olunan pasport qeydiyyatı aktı əsasında uçota alınır və ona 5 gün müddətində müvafiq olaraq şəhadətnamə və ya bildiriş göndərilir.

Fiziki şəxsin hər bir əmlakı yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında ayrı-ayrılıqda uçota alınır.

Fiziki şəxslərin əmlak vergisinin dərəcələri.

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kv.metrdən artıq olan hissəsinin) hər kv.metrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (Bakı şəhərində yerləşən binalara münasibətdə, həmin dərəcələrə AR Nazirlər Kabinetinin "AR Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar"ın təsdiq edilməsi barədə 2015-ci il 6 aprel tarixli 101 nömrəli Qərarı ilə müəyyən olunmuş 0,7-1,5 hədlərində əmsallar tətbiq edilir);

Yaşayış məntəqələri Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri (manatla)
Bakı 0.4
Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 0.3
Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri 0.2
Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) 0.1
Misal.

Fiziki şəxsin Bakı şəhərində Atatürk Prospekti ilə Məmməd Araz küçəsinin kəsişdiyi yerdə yerləşən çoxmənzilli binada ümumi sahəsi 74 kv.metr olan yaşayış sahəsi vardır. AR Nazirlər Kabinetinin "AR Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar"ın təsdiq edilməsi barədə" Qərarında həmin yer 6-cı zonaya aid edilmiş və zona əmsalı 1 müəyyən olunmuşdur. Qeyd olunan əmsal və yaşayış sahəsinin 30 kv.metrinin vergiyə cəlb olunmadığı nəzərə alınaraq fiziki şəxsə məxsus mənzilə görə əmlak vergisi aşağıdakı kimi hesablanır:

(74 - 30) x 0,4 x 1 = 17.60 manat

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN