...Adətən “pula səcdə edən” nadan işbazlar xalqın müqəddəs dəyərlərini zaman-zaman mövsümə uyğun özlərinin şit məqsədlərinə istifadəyə yönəldib

hörmətdən, gözdən, nüfuzdan salırlar. Son vaxtlar belə müqəddəs dəyərlərdən biri olan “Şuşa” adını da istismar edən işbazlar peyda olur. Görürsən, hansısa uzaq küncdə zirzəmidə balaca kafe açıb adını qoyurlar “Şuşa kafesi”... Kimsə başına beş-üç adam yığıb oyunbazlıq dəstəsi yaradır, adını qoyur “Şuşa komandası”... Birisi şübhəli bir mükafat təsis edib, adını qoyur “Şuşa milli mükafatı”... və s.

Halbuki o müqəddəs məkan tariximizin ulu yadigarıdır! O bir namus, şərəf, qeyrət Qalası olaraq Vətənimizin Mədəniyyət Paytaxtıdır! Onu igid oğullarımız öz qanları, canları bahasına döyüşə-döyüşə düşməndən geri alıb xalqa qaytarıb! Və indi o təkcə Şuşalılar üçün yox, hamı üçün əzizdir, doğmadır!

Və nə qədər ki “pula səcdə qılan” nadan işbazlar xalqın bu müqəddəs dəyərini də özlərinin şit məqsədlərinə yönəldə-yönəldə hörmətdən, gözdən, nüfuzdan salmayıblar - hər yetənin Şuşa adını sağa-sola səpələməsindən qorumaq, Şuşa adının istifadəsi üçün hansısa formada normativ hədd düşünmək yaxşı olmazmı?!

Akif ƏLİ,

Fələsəfə doktoru,

Yazıçı-publisist

     

 

 

     

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN