Murmansk hava limanı müvəqqəti olaraq uçuşları qəbul etmir və göndərmir.
Tezadlar.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Telegram kanalında bildirib.
“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Murmansk hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub. Hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir”, - məlumatda deyilir.
Qeyd olunur ki, uçuşun təhlükəsizliyini təmin etmək üçün təyyarələrin ekipajları, hava hərəkəti dispetçerləri və hava limanının xidmətləri bütün zəruri tədbirləri həyata keçirir.
E.ŞİRİNOV