Qazaxıstan Baş Prokurorluğu Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərinin araşdırılmasını davam etdirir və araşdırmaya ən təcrübəli əməkdaşlar cəlb edilib.
Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə Qazaxıstanın baş prokurorunun müavini Qalımjan Koygeldiyev məlumat verib.
“İstintaq davam edir, ən təcrübəli işçilərdən istintaq qrupu yaradılıb, ekspertiza təyin edilib, bu, asan məsələ deyil, nəticəni gözləyirik”, – deyə Koygeldiyev AZAL-ın təyyarə qəzasının araşdırılması ilə bağlı sualı cavablandırıb.
Daha əvvəl Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev bildirmişdi ki, təyyarə qəzası ilə bağlı araşdırmanı respublikanın Nəqliyyat Nazirliyi (qəzanın səbəblərini araşdırır) və hüquq-mühafizə orqanları, o cümlədən Baş Prokurorluq aparır (onlar ballistik və partlayıcı müayinələr aparırlar). Azərbaycan, Rusiya Federasiyası, Braziliya və ICAO-dan (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) beynəlxalq ekspertlər də araşdırmalar aparır. Bozumbayevin sözlərinə görə, bu həftə Qazaxıstan Nəqliyyat Nazirliyinin qəza ilə bağlı araşdırmanın ilkin nəticələrini dərc edə biləcəyi planlaşdırılır.
E.ŞİRİNOV