Rusiya Xarici İşlər Nazirliyi İsraili ittihamlayan bəyanat yayıb...
Nazirlik Rusiyanın BMT İnsan Haqları Şurasında üzvlüyünün dayandırılması ilə bağlı bəyanatlarının “iyrənc” olduğunu bildirib.
"Təzadlar" "Ria Novosti"yə istinadla bildirir verir ki, Rusiya XİN-dən edilən açıqlamada xatırladılıb ki, İsrailin xarici işlər naziri Yair Lapid aprelin 7-də Rusiyanın BMT İnsan Hüquqları üzrə Komissarlığa üzvlüyünün dayandırılması ilə bağlı açıqlama verib. Sözügedən açıqlamanın Rusiya əleyhinə olduğu bildirilən açıqlamada, "İsrail xarici işlər nazirinin açıqlamaları üzücü və iyrəncdir", ifadəsindən istifadə edilib. "İsrailin Ukraynadakı vəziyyətdən istifadə edərək beynəlxalq ictimaiyyətin diqqətini Fələstin məsələsindən çəkməyə çalışır. İsrail hökuməti BMT Baş Assambleyasının və BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq, Fələstin ərazilərini qeyri-qanuni ilhaq etməyə davam edir. Bu ilhaq nəticəsində Qərb sahilində 2 milyon 500 mindən çox fələstinli dünyadan əlaqəsi kəsilmiş yaşayış məntəqələrində yaşayır. İsrailin İkinci Dünya müharibəsindən sonrakı dünya tarixində ən uzun işğal silsiləsi Qərb ölkələrinin razılığı və ABŞ-ın dəstəyi ilə həyata keçirilir", - deyə Rusiya XİN-in açıqlamasında bildirilib. Onu da deyək ki, İsrail Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada, Rusiya Ukraynanın işğalı və mülki əhalini öldürməkdə ittiham edib.
A.Məmmədli