Müharibə itkilərsiz ötüşmür...

Rusiya ilə yanaşı Ukrayna da bu müharibədən böyük ziyan görməkdədir. Rusiyanın 20 mindən çox hərbçi itirdiyi rəsmi qurumlarda təsdiqlənir. Dünən isə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibə başlayandan indiyədək ordunun itkilərini açıqlayıb. "Təzadlar" "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Ukrayna lideri CNN-ə müsahibəsində bildirib. Sitat: "Bizdə olan rəqəmlərə əsasən hesab edirik ki, 2 500-dən 3 000-ə qədər hərbçimizi itirdik. 10 min yaralımız var, onlardan neçəsinin sağ qalacağını demək çətindir", - Zelenski qeyd edib.

Xatırladırıq ki, Türkiyənin bütün cəhdləri sayəsində indiyədək tərəflərin sülh danışıqları baş tutub, mülki əhalinin evakuasiyası olub, amma hələki müharibəni Rusiyanın böyük ərazi iddiaları sayəsində dayandırmaq mümkünsüzdür.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN