Ümumdünya Qaçqınlar Günü Birləşmiş Milətlər Təşkilatı(BMT) tərəfindən hər il İyun ayının 20-si qeyd edilən beynəlxalq gündür.

Günün məqsədi münaqişə və ya təqib səbəbindən vətənlərini tərk etməyə məcbur olan insanların gücünü və cəsarətini qeyd etməkdir. Həmçinin, ümumdünya qaçqınlar günü onların acınacaqlı vəziyyətləri və həyatlarını yenidən qurmaları ilə bağlı anlayış yaratmaq üçün bir fürsətdir. Hər nə qədər məqsəd dünyadakı qaçqın və məcburi köçkünlərin sayını azaltmaq olsa da, statistika tam əksini göstərir. 2021 ci ilin sonunda dünyada didərgin düşənlərin sayı 89.3 milyon-a çatmışdır ki, onlardan 53.2 milyonu məcburi köçkün, 27.1 milyonu qaçqın 4.6 milyonu isə sığınacaq axtaranlardan ibarətdir.(UNHCR, Refugee Data Finder)  Hər il sürətlə artmağa davam edən bu rəqəmlər 2022-ci ilin mayında, Rusiyanın Ukraynaya hücumu nəticəsində 100 milyonu keçmişdir. BMT-nin İnsan Haqları Agentliyinin verdiyi məlumata əsasən fevral ayının 24-dən bu yana 12.8 milyon ukraynalı didərgin düşmüşdür.  Ən son hesablamalara görə, münaqişə nəticəsində 7,7 milyon ukraynalı məcburi köçkün vəziyyətinə düşüb ki, bu da bütün əhalinin 17,5 faizinə bərabərdir. Məlumat üçün qeyd edək ki, məcburi köçkünlər qaçqınlardan fərqli olaraq təhlükəsizlik tapmaq məqsədi ilə ölkə sərhəddini keçmədən ölkə daxilində sığınacaq axtaran şəxslərə deyilir. BMT-nin Qaçqınlar üzrə Ali komissarı Filippo Qrandi  2022 ci il 20 iyun tarixli çıxışında dünyadakı didərginlərin sayının 100 milyona çatmasının ağlasığmaz olduğunu qeyd edərək əlavə edib ki, Ukraynadakı müharibə ilə birlikdə Efiopiya, Burkina, Faso, Myanma, Nigeriya, Əfqanıstan və Konqo Demokratik Respublikasındakı yeni və ya davam etməkdə olan fövqəladə hallar statistikanın bu həddə çatmasına səbəb olub. Ölkəsindən qaçmağa məcbur olanların sayının ölkəsinə qayıda bilənlərdən üstün olması isə həll yollarının çatışmazlığının artaraq davam etməsinə səbəb olur. Grandi əlavə edib ki, liderlər sülhü bərqərar etmək və qaçqın və məcburi köçkünlərin vəziyyətini qalıcı və humanist yolla  həll etmək üçün birlikdə işləyə bilərlər.

Xatırladaq ki, dünyada ən çox qaçqına ev sahibliyi edən ölkə Türkiyə (3.8 milyon) ikinci Kolumbiya (1.8 milyon) üçüncü yeri isə hər biri 1.5 milyon qaçqına ev sahibliyi etməklə Uqanda və Pakistan paylaşır. BMT-nin Qaçqınlar Üzrə Ali komissarlığının Azərbaycandakı Nümayəndəsi Quido Ambrosunun ARB 24 kanalına verdiyi məlumata əsasən Ukrayna müharibəsinədək Azərbaycandakı qaçqın sayı 1700 idi. Azərbaycan Əfqanıstan və yaxın Şərq ölkərindən gələn qaçqınlara ev sahibliyi edir.

*** 

Bəli, Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1988-90-cı illərdə 300 mindən çox soydaşımız İrəvandakı tarixi torpaqlarından qaçqın düşdülər, hələ də o yerlərə qayıda bilmirlər...

 Nərminə Hacıyeva

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN