Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin açıqladığı 2022-ci il Avropa Obezite Hesabatına əsasən, Türkiyə Avropada köklük üzrə birinci yerdədir.

TEZADLAR.AZ TurkicWorld-a istinadən xəbər verir ki, Türkiyədə yetişkinlərin təxminən 59 faizi artıq çəki və ya piylənmə problemi ilə üzləşir.

Türkiyədə köklüyün yayılması kişilərdə yüzdə 30, qadınlarda isə yüzdə 40 civarındadır.

Eyni hesabata görə, Avropada böyüklərin 59 faizi və təxminən hər üç uşaqdan biri artıq çəki və ya köklükdən əziyyət çəkir.

 Dünya üzrə 2030-cu ilə qədər 1 milyon insanın qarşı-qarşıya qalacağı bildirilən və qlobal ictimai sağlamlıq problemi olan köklük həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə günü-gündən artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Asiya, Afrika və Avropanın 6 fərqli bölgəsində apardığı 12 illik araşdırmada köklüyün yayılmasında 10-30% artım təsbit edilib.

ÜST 2030-cu ilə qədər 1 milyard insanın "sağlamlığı pozacaq dərəcədə bədəndə anormal və ya həddindən artıq yağ yığılması" olaraq təyin olunan köklük ilə üzləşəcəyini proqnozlaşdırır.

TREND

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN