Güldənə Hidayətli Bakı Ali Neft Məktəbinə strateji inkişaf üzrə prorektor təyin edilib.
TEZADLAR.AZ xəbər verir ki, bu barəfə BANM-nin rektoru Elmar qasımov sosial media hesabında məlumat verib.
Rektor qeyd edib ki, Güldənə Hidayətli BANM - da həm bakalavr, həm də maqistraturada təhsil alıb.
"Bitirdikdən sonra biz onu doğma kollektivdə saxladıq. Əvvəlcə kefiyyətə təminat şöbəsində əməkdaş, son 5 ildə isə həmin şöbənin müdiri vəzifəsində çalışmışdır. Gənc, dinamik, savadlı, yaradıcı xanımdır. Ən əsası öz kollektivinə sadiqdir. Mən isə çox qürurluyam. İlk tələbə biletini, sonra isə bakalavr və maqistr diplomlarını təqdim etdiyim yetirməmizin təqdimatını prorektor vəzifəsinə təqdim etdim.
SOCAR prezidenti cənab Rövşən Nəcəfə və SOCAR-ın vitse-prezidenti Ziba xanım Mustafayevaya təqdimatımıza və məzunumuza göstərdikləri böyük etimada görə dərin minnətdarlığımı bildirirəm. Güldənə xanıma isə böyük etimadı doğrultmağı və fəaliyyətində uğurlar arzu edirəm", - deyə vurğulayıb.
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN