1992-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin səmasında, ermənilərin vertalyotu vurması nəticəsində, Azərbaycanın say-ceçmə, igid oğulları ilə bir yerdə, atası, dəyərli ziyalı, istedadlı jurnalist Osman Mirzəyevin də şəhid olduğunu və hadisə 30 il bundan əvvəl baş verdiyindən deyəsən, Sevinc Osmanqızı bunları unudub...

Türkiyə prezidenti sayın Rəcəb Tayyib Ərdoğanın oktyabrın 20-də Zəngilan aeroportunun açılışında iştirak etməsi dostlara və düşmənlərə bir mesaj oldu. Dost bu mesajdan sevindi, düşmən isə yasa büründü. Ətrafımız da ki, “maşallah olsun” düşmənlərlə doludur. Söhbət təkcə bizimlə sərhəddə olan düşmən ermənilərdən  getmir. Eyni zamanda xaricdə yaşayaraq, dildə özlərini Vətən təəssübküşi kimi göstərib, əməldə isə, düşmən dəyirmanına su tökən soydaşlarımız nəzərdə tutulur.

Mən xaricdə yaşayan söyüşcül “vətənpərvərləri” bir kənara qoyuram, çünki bunlar düşmənçiliklərini açıq-aşkar göstərirlər. Onların mövqeləri və kimə xidmət etdikləri də məlumdur. Amma bunların içərisində bir xanım da var ki, onun mövqeyi Bakı küləyi kimidir. Söhbət ABŞ-da yaşayan “Osman” TV-nin yaradıcısı Sevin Osmanqızından gedir. Bu xanım tələsmədən, yastı-yastı hadisələri elə təhrif edir ki, sanki danışan bir azərbaycanlı xanımı yox, hansısa bir erməni yanlısıdır. Bu xanım həm də ona görə bizə yaxından tanışdır ki, atası çox dəyərli ziyalılarımızdan və jurnalistlərimizdən biri olan mərhum Osman Mirzəyevdir. O, Osman Mirzəyev ki, 1992-ci ilin noyabrın 20-də Azərbaycanın say-seçmə oğulları ilə birlikdə ermənilərin Qarakənd səmasında vertolyotu vurması ilə həlak olmuşlar. Belə olan surətdə adamda təsəvvür yaranır ki, atası ermənilər tərəfindən öldürülən Sevinc Osmanqızı qisas hissilə alışıb-yanmalıdır və hər danışığında ermənilərin cəllad xislətini yaşadığı ABŞ-da və dünyaya açıb göstərməlidir. Amma çox təəssüf ki, Sevin Osmanqızı əks mövqedə dayanıb. Verilişlərindəki bütün danışıqları onu göstərir ki, sanki onun atasını Rəcəb Tayyib Ərdoğan və ya İlham Əliyev öldürüb.

Mən indiyə qədər Sevinc xanımın verilişlərini çox nadir halda izləmişəm. Ona da axıra qədər baxmağa səbrim çatmayıb. Çünki elə başlanğıcdan görürsən ki, qılıncını sıyırıb düşüb Azərbaycan və Türkiyə dövlətinin, həmçinin bu dövlətlərin prezidentlərinin üstünə. Belə şər və böhtanları başlanğıcda görən adamın, təbii ki, verilişi axıra kimi izləməyə səbri çatmır.

Sevinc xanımın bu günlərdə sosial şəbəkədə yenə “Əl əli yuyar, əl də üzü və ya bir millət, iki rejim” yazısı ilə verilmiş bir verilişinə rast gəldim. Söhbətin əvvəlində gördüm ki, Türkiyə prezidenti R.T.Ərdoğanın Zəngilan aeroportunun açılışındakı iştirakından danışır. Fikirləşdim yəqin bu dəfə haqq yoluna gəlib, həqiqəti danışar. Elə verilişin ilk dəqiqələrində yanıldığımı gördüm. Ona görə bu dəfə “mənasız söhbətdir” deyib, üstündən keçə bilmədim. Bu səbəbdən də Sevinc xanıma bəzi iradlarımı və fikirlərimi çatdırmaq məqsədilə 20 dəqiqəlik verilişi səbrimi basıb, axıra qədər izlədim. İlahi, bu xanımın içi Azərbaycana və Türəkiyəyə qarşı nə qədər nifrətlə dolu imiş. Mən sadəcə dəhşətə gəldim. Bəlkə də heç ermənilər Türkiyə prezidenti R.T.Ərdoğana və Azərbaycan Prezidenti İlham Əliyevə bu qədər nifrət bəsləmirlər. Verilişin əvvəlindəki bir cümləni xatırlatmaq istəyirəm. Hər iki prezidentlərin Zəngilan aeroportunun açılışında iştirakını nəzərdə tutaraq, S.Osmanqızı belə deyir: “Cumhur başkanı R.T.Ərdoğanın Azərbaycana səfərini bir atalar sözüylə təsvir etmək olar: “Əl-əli yuyar, əl də üzü” Bu gün bu iki xalqın liderinin yox, iki xalqın avtoritar liderinin görüşü idi. Xatirənizdədirmi cumhur başkanı Ərdoğan Bakıdakı parada gələndə onun reytinqi nə qədər yüksəkdə idi. Eyni zamanda Ərdoğan Türkiyə və Azərbaycan xalqlarının dostluğunun bir simvoluna çevrilmişdi. “Osman” TV kanalının keçirdiyi rəy sorğusunda Ərdoğan “İlin adamı” olmağa namizəd idi. Bu gün Ərdoğan haqqında bunu demək olmaz. Bu gün Ərdoğan Türkiyə və Azərbaycan rejimlərinin korrupsiya simvoluna çevrilmişdir”.

Bu sözləri hər hansı rus, fars, erməni və ya qeyri düşmənlərimiz demir. Bunu qanı-qanımızdan, canı-canımızdan olan və atası ermənilər tərəfindən öldürülən şəhid Osman Mirzəyevin qızı Sevinc xanım, özü də üzünə xoşbəxt bir təbəssüm verərək deyir. Ərdoğanın Füzuli və Zəngilan Beynəlxalq Aeroportunun açılışında iştirak etməsi düşmənlərimizin yuxusunu ərşəyə qaçırıb. Bunu başa düşürük. Bəs Sevinc Osmanqızına nə olub? Onu kim danışdırır, kimə xidmət edir?

44 günlük II Qarabağ savaşında bütün Türkiyənin, o cümlədən onun lideri R.T.Ərdoğanın siyasi-iqtisadi və mənəvi baxımından hər an yanımızda olması Azərbaycan döyüşçülərinə bir ruh verdi və nəticədə 30 il işğalda olan torpaqlarımızı erməni quldurlarından təmizlədik. Minlərlə şəhidlərimizin, o cümlədən Sevinc xanımın atası Osman Mirzəyevin də qisasını aldıq. Sevinc Osmanqızı buna niyə sevinmir? Niyə mahiyyəti bir kənara qoyub, hər iki prezidentlərə kinayə edərək, şər və böhtan atır?

Bu gün işğaldan azad olunmuş ərazilərdə gedən quruculuq, abadlıq işləri də Sevinc Osmanqızını gecə gündüz narahat edir. Bu ərazilərdə yollar çəkən, aeroport tikən, evlər və obyektlər qurub-yaradan, kəndlər, qəsəbələr salan bir çox şirkətlərlə yanaşı, Türkiyə şirkətlərinin iştirakını Sevinc xanım olduqca qısqanclıqla qarşılayır. Baxdığım həmin verilişdə görün bu barədə Sevinc xanım obyektivlik və qürur hissini nə qədər itirib ki, orada işləyən Türkiyə şirkətlərinə həqarət edir. Verilişdən sitat: “Türkiyə prezidenti R.T.Ərdoğan Zəngilana səfərində belə deyib: “Mən fəxr edirəm ki, Azərbaycan tərəfi işğaldan azad olunmuş ərazilərdə gedən quruculuq-abadlıq işlərində Türkiyə şirkəti olan “Çingiz Kalion” şirəkətinə də şərait yaradıb”. Biz yaxşı bilirik ki, o şirkət kimindir. Bundan ötəri Panama sənədlərinə və jurnalist araşdırmalarına baxsaq görərik ki, o şirkətin arxasından Ərdoğanın yaxınları çıxır”.

Görürsünüzmü, Sevinc xanımın Türkiyə prezidentinə qarşı hikkəsini və həqarətini? Adama deyərlər ki, sənə o şirəkətin kimliyi lazımdır, yoxsa gördüyü işlər? Lap tutaq ki, “Çingiz Kalion” şirkəti R.T.Ərdoğanın yaxınlarına mənsubdur. Belə çıxır ki, hörmətli Ərdoğanın yaxınları şirkət sahibi ola bilməzlər? Bu nə düşüncə tərzidir, bu nə təfəkkürdür? Bu nə geri zəkalıqdır? Bu sözlərdən erməni lobbisinin pullarının ucu görünmürmü? Bir xanım olaraq Azərbaycanın düşmənlərinə satılmaq, rəzalət olmaqla yanaşı, bizim də papağımızı yerə soxmaqdır axı...

Bu gün R.T.Ərdoğanın nüfuzu dünyada elə bir səviyyəyə gəlib çatıb ki, az qala BMT-nin baş katibinin funksiyasını yerinə yetirir. Bu, gəlişi gözəl söz deyil. Ukrayna limanlarından taxıl dolu gəmilərin Avropa bazarına çıxarılmasını BMT-nin baş katibi bacarmadı. Bunu məhz Türkiyə prezidenti R.T.Ərdoğan bacardı və Avropa əhlisini acından ölməyə qoymadı. Hətta bu barədə BMT-nin baş katibi Antonio Quterreş belə özü etiraf etdi ki, bizim bacarmadığımızı Türkiyə prezidenti R.T.Ərdoğan bacardı. Qardaş ölkə liderinin dünyada belə nüfuz qazanması, ilk növbədə dostları sevindirir, düşmənlərin isə yuxusunu ərşə çəkir. Yuxusu ərşə çəkilənlərdən və ya yuxusu ərşə çəkilənlərə xidmət edənlərdən biri də məhz Sevinc Osmanqızıdır.

Verilişin sonunda xoruzun quyruğu lap açıq-aşkar göründü. Sevinc xanım sonda görün nə deyir: ”Cumhur başkanı Ərdoğan əvvəlcə Qərbi hədəfə alıb və deyir ki, Qərbi   dünyaya tanıtmalıyıq. Qərb nə edib ki,  Azərbaycana? Bu gün Qərb Azərbaycanı sülhə gətirməyə çalışır. Azərbaycan və Ermənistanı bir masaya oturtmaq və bəli, Türkiyənin sərhədlərinə də sülh gətirməyə çalışır. Bu gün sayın Ərdoğan çalışmalıdır ki, Qərbin aparmağa çalışdığı vasitəçilik missiyasına dəstək olsun, onun kölgəsini qılınclamasın” və s. Pul aldığı Qərbə yarınmaqla mənsub olduğu xalqı unudan Sevinc xanıma bircə xatırlatma etmək istəyirəm. Bəh-bəhlə bizə Qərbin sülhpərvər missiyasından söz açan Sevinc xanım 30 il ATƏT-in Minsk qrupu çərçivəsində Qərbin nə hoqqalardan çıxdığını bilmirmi? Bu 30 ildə Qərb bizə bircə metr torpaq qaytara bildimi? 30 il ərzində sənin təriflədiyin o sülh missiyasını həyata keçirən Qərbin  İşğalçı ilə işğala məruz qalana fərq qoymadı və bircə dəfə də olsa, Ermənistanı işğalçı adlandırmadı. Budurmu Qərbin vasitəcilik missiyası? Bunamı sayın Ərdoğan dəstək verməlidir? Bunu deyəndə vicdanın bir balaca da olsa, sızıldadımı? Yoxsa atanı kimlərin öldürdüyünü unutduğun kimi, vicdan hissini də Qərbin verdiyi pulların içündə unutmusan?

Yoxsa Qərbin ən “demokratik” və ən “parlaq” ölkəsi  olan Fransa prezidenti Emmanuel Makronun Ermənistandan ötrü özünü necə axırıncı yola qoyduğunu görmürsən?  Bu gün Azərbaycanla Ermənistan arasında sülhün bağlanmasına ən böyük maneə sənin sevimli Qərbin bir hissəsi olan Fransa dövlətini senatı və onu prezidenti Makronun olduğunu görmürsənsə, onda Sevinc xanım, oftalmoloqa müraciət etməyin məsləhətdir. Amma səndən fərqli olaraq sayın Ərdoğan Qərbin  ikiüzlülüyünü və məkrini görüb ifşa edirsə, Azərbaycanın haqq işinə dəstək verib, ən çətin məqamlarda yanında olursa,  bir azərbaycanlı və şəhid qızı kimi bunlar səni niyə narahat edir? Sənin ermənilər tərəfindən öldürülın şəhid atanın qisasını, Həmçinin 30 il işğalda olan torpaqları, ironiya ilə “bir millət, iki rejim” dediyin Azərbaycan və Türkiyə  dövlətlərinin prezidentləri, İlham Əliyev və Ərdoğan dostluğu, qardaşlığı aldı. Buna təşəkkür etmək əvəzinə, hər iki qalib lideri Qərbdə aşağılamaq yolunu tutmusan. Bu addımına görə sənə bir yekə “ayib olsun” deyərdim, amma xanımlığına və şəhid qızı olmağına görə “barı utan” qınağı ilə söhbətdən keçirəm.

Məlum verilişində Sevinc xanım Azərbaycan və Türkiyə liderlərinin əleyhinə asta-asta, yastı-yastı sözlərini elə xırdalayır ki, sanarsan danışan azərbaycanlı xanımı yox, bizi sevməyən tamam başqa bir millətin nümayəndəsidir. Buna isə, yalnız təəssüf etmək qalır. Görəsən, Azərbaycan və Türkiyə liderlərinin bu qardaşlığı, dostluğu, bu isti münasibətin nəticəsində Azərbaycanın Beynəlxalq aləmdə nüfuzunun artması, işğaldan azad olunan ərazilərimizi, iki qardaş əl-ələ verərək, qurub-dirçəltməsi niyə Sevinc xanımı narahat edir? Nədir onun ağrısı və yuxusunu ərşə çəkən faktor? Birdəfəlik etiraf eləsə ki, mən pul verənlərin diktəsi ilə danışmağa məcburam, onda heç kim ona irad bildirə bilməz ki, niyə Azərbaycan və Türkiyə liderlərinin əleyhinə bu qədər qərəzli və nifrətlə danışırsan? Əlbəttə, hamı bir tikə çörək qazanmalıdır. Sevinc Osmanqızının da çörəyi Azərbaycan və Türkiyə, həmçinin hər iki prezidentlərin əleyhinə danışmaqdan çıxırsa, neyləmək olar, qoy danışsın. Amma Sevinc xanım bunu etiraf eləmir, əksinə, bizə özünü Azərbaycanın təəssübünü çəkən, vətənpərvər kimi göstərməyə çalışır. Amma hörmətli Sevinc xanım, sən verilişinə bir atalar sözü ilə başladığın kimi, mən də sözlərimə bir atalar sözü ilə yekun vururam: “Dəvəquşu başını kolluğa soxdu, elə bildi onu görən yoxdur”. Ona görə də heç narahat olma, sənin o yastı-yastı danışmağın heç nəyi yastılamır, örtə bilmir, hər şey göz önündədir. Necə ki, sən Azərbaycan həqiqətlərini görə bilmirsən, eləcə də bunları görə bilməzsən. Amma bircə təəssüf hissimi qeyd etməyə bilmərəm. Bütün bu yalan-palanları, bu qərəzlərini, hər iki Azərbaycan və Türkiyə liderlərinə həqarətini bəlkə də sənə bağışlaya bilərdim. Amma sənin ermənilər tərəfindən öldürülən o qeyrətli kişinin – Osman Mirzəyevin qızı olmağını heç cürə bağışlaya bilmirəm. Heyf elə qeyrətli kişidən, belə fərsiz və nankor övlad dünyaya gəlib.

Elçin MƏMMƏDLİ

 

Pin It

“Ata, Şəmkirdən olan Qəzənfər Abdullayev adlı MAXE mərminin əsgər Bayram Bayraməliyevin yanına düşəcəyini görüb, özünü onun üstünə atdı...”

Pin It

Vaxtilə Əmək Məcəlləsinin 70-c bəndi ilə gömrükdəki vəzifəsindən qovulan Zəfər Məmmədov Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” Gömrük postuna necə rəis təyin edilib???

Pin It

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Co Bayden NATO Zirvə Toplantısı çərçivəsində İspaniyanın paytaxtı Madriddə bir araya gəliblər.

Pin It

Müğənni Manaf Ağayev 15 sutkalıq həbsdən çıxandan sonra açıqlama vemişdi ki, bir çox sənət dostları onu məyus edib. Bunların içində Mətanət Əsədova da olub və  bu səbəbdən müğənni ilə küsülü olduğu bildirilirdi. Amma bu günlərdə Mətanət Əsədovanın xəstələndiyini və komada olduğunu eşidən Manaf Ağayev humanistlik göstərərək, müğənni xanımı ziyarət etmək üçün xəstəxanaya gedib. Bu zaman məlum olub ki, Mətanət Əsədovanın komaya düşməsi yanlış məlumatdır.

P.S. Yəqin Manaf Ağayevlə görüşən kimi dərhal komadan ayılıb və sevindiyindən küsülü olmağı da yadından çıxıb...

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN