Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş İslam Respublikasının prezidenti Məsud Pezeşkiyanın Moskvaya ayrıca səfəri zamanı imzalanacaq.

Tezadlar.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali Livanın “Al Mayadeen” telekanalına müsahibəsində deyib.

İran səfirinin sözlərinə görə, saziş oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində imzalanmağa hazır idi.

“Amma iki ölkənin prezidentləri Aşqabadda keçirilən görüşdə razılaşıblar ki, bu, ikitərəfli səfərlər zamanı yekunlaşacaq. Bununla əlaqədar Rusiya lideri cənab Vladimir Putin Pezeşkyanı Moskvaya səfərə dəvət etdi”, - o qeyd edib.

Bundan əvvəl Pezeşkian və Putin ilk danışıqlarını Aşqabadda keçiriblər. Dövlət başçıları ikitərəfli münasibətləri, eləcə də Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN