Ukrayna Silahlı Qüvvələri (USQ) Kursk vilayətinə hücuma cəhd edib.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya sərhəd vilayətinin qubernatoru Aleksey Smirnov Telegram kanalında məlumat verib.
“Bu gün günortadan sonra Kursk vilayətinin səmasında 2 Ukrayna raketi vurulub. Müdafiəçilərimizə təşəkkür edirəm!” – qubernator yazıb.
Kursk vilayətində oktyabrın 18-i cümə günü beş dəfə raket xəbərdarlığı elan edilib. Sakinlərdən bərk divarları olan pəncərəsiz otaqlara sığınmağa və ya yaxınlıqdakı sığınacağa getməyə çağırılıb.
Qeyd edək ki, Kursk vilayətində iki aydan çoxdur ki, Ukrayna Silahlı Qüvvələri ilə döyüşlər gedir. Sentyabr ayında Rusiya Silahlı Qüvvələri əks hücuma keçib. Rusiya Xarici İşlər Nazirliyinin Kiyevdəki cinayətlər üzrə səfiri Rodion Miroşnik bildirib ki, bütün döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri nəticəsində bölgədə ən azı 300 dinc sakin yaralanıb, 70 nəfər isə həlak olub.
E.ŞİRİNOV